Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:46

Almaniyada Mehman Əliyevə dəstək aksiyası keçirilib


Mehman Əliyev. illustrasiya
Mehman Əliyev. illustrasiya

Azərbaycandan Avropaya sığınan mühacirlər bu gün, sentyabrın 9-da Almaniyanın Nurünberq şəhərində Mehman Əliyevə və digər siyasi məhbus sayılan şəxslərə azadlıq tələbi ilə etiraz aksiyası keçiriblər.

Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzinin (AKM) təşkil etdiyi aksiyada Azərbaycanda həbsdə olan ictimai-siyasi fəalların və jurnalistlərin azad edilməsi tələb olunub.

Aksiya sosial şəbəkələrdə canlı yayımlanıb.

Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzinin sədri İlham Həsən çıxışı zamanı Avropadakı Azərbaycan diasporadan narazılıq ifadə edib. O, deyib ki, Azərbaycan hökuməti ölkədən ötrü yox, özlərinə lobbi formalaşdırıb. Onun sözlərinə görə, həmin lobbi ölkədəki gerçəklikləri dünyüyü çatdırmır. Azərbaycanda həqiqəti deyənlərsə, həsb olnurlar.

Mehman Qələndərli, Mehman Əliyev və Mehman Hüseynov
Mehman Qələndərli, Mehman Əliyev və Mehman Hüseynov

İ.Həsən Azərbaycanda 160 siyasi məhbsun olduğını qeyd edib.

Aksiyanın məqsədinin büynəlxalq ictimaiyyətinin diqqətini Azərbaycanda insan haqlarının durumuna yönəltmək olduğunu bildirən İ.Həsən“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin də həbsinə toxunub.

Onlara mühacirin qatıldığı aksiya 1 saatadək davam edib. İştirakçılar “İlham Əliyev Mehman Əliyevi, Gözəl Bayramlını, Əfqan Muxtarlını azad et”, “Bayrama, Qiyasa azadlıq”, “İlqar Məmmədov azadlığa buraxılsın” və başqa şüarlar səsələndiriblər.

Sonda aksiyanınqətnaməsi oxunub.

Buna da bax: "Səməd Seyidov: ‘Mehman Əliyevin taleyi sıravi insan taleyi deyil’

“Azərbaycan hökumətinin söz, mətbuat azadlığına basqılarının nəticəsində Azərbaycanda fəaliyyət göstərən müstəqil resurslar bloklanıb, başqa yollarla sıradan çıxarılıb. Son olaraq, “Turan” İnformasiya Agentliyi hökumətin hücumuna məruz qalıb. Agentliyin rəhbəri, hər zaman vətəndaş həmrəyliyi tərəfdarı kimi çıxış edən Mehman Əliyev həbs edilib. M.Hüstynovun həbsiniölkənin xaosa sürüklənməsinə doğru addım hesab edirik”, qətnamədə qeyd edilib.

Aksiya iştirakçıları Azərbaycan hökumətini M.Əlyevi və digərlər siyasi məhbu sayılan şəxsləri qeyd-şərtis azad etməyə səsləyiblər. Əks halda etiraz aksiyalarını davam edəcəklərini bildiriblər.

Buna da bax: "ABŞ Senatında Azərbaycan rəsmilərinə qarşı sanksiyalar təklifi verildi​"

Xatırlatma

Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək, onları siyasi motivli adlandırıb.

Vergilər Nazirliyi avqustun 8-də «Turan» agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb.

Avqustun 17-də artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

Avqustun 31-i isə kollektiv bəyan edib ki, «Turan» İnformasiya Agentliyi kommersiya qurumu olaraq fəaliyyətini dayandırır. Ancaq «Turan»da çalışanlar sayt vasitəsilə fəaliyyətlərini könüllülük əsasında davam etdirirlər. Agentliyin əməkdaşları hələ də istintaqa çağırılmaqdadırlar.

Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına səsləyiblər.

ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsini istəyib.

Müsavat Avropa Koordinasiya Mərkəzi 2015-ci ildə Almaniyada təsis edilib və 2016-cı ildə qeydiyyata alınıb.

Koordinasiya Mərkəzi bu il Almaniyada bir neçə dəfə «Siyasi məhbuslara azadlıq!» şüarı ilə etiraz aksiyası keçirib. Həmin aksiyadan sonra etiraz tədbirlərinin təşkil edən, eləcə də, aksiyada iştirak edənlərin Azərbaycandakı yaxınlarının polisə çağırıldığı, sorğu-sual edildiyi bildirilirdi.

Ancaq Azərbyac rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

XS
SM
MD
LG