Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 21:27

Almaniyada “Amerika atom bombası” söhbəti Kremli silkələdi


Kremlin mətbuat katibi Dmitry Peskov bildirib ki, Rusiya Almaniyada daha 20 Amerika atom bombasının yerləşdirilməsinə əks-tədbirlərlə cavab verəcək.

Kremlin mətbuat katibi Dmitry Peskov bildirib ki, Rusiya Almaniyada daha 20 Amerika atom bombasının yerləşdirilməsinə əks-tədbirlərlə cavab verəcək.

“Əlbəttə, bu, Avropa qitəsində gərginliyin artırılmasına doğru, çox təəssüf ki, ciddi bir addımdır” – deyib Peskov RBK agentliyinə.

Tornado qırıcı-bombardmançısı
Tornado qırıcı-bombardmançısı

ABŞ-ın Almaniyadakı hərbi bazada müasir atom bombalarını yerləşdirməsi barədə məlumatı Almaniyanın ZDF telekanalı yaymışdı. Kanal bu nəticəyə Amerika hərbi hava qüvvələrinin gələn il üçün büdcəsini təhlil etdikdən sonra gəlib.

Peskovun dediyinə görə, Avropada müasir Amerika atom bombalarının yerləşdirilməsi strateji balansı poza bilər və belə bir vəziyyətdə Rusiya əks-addımlar atmağa məcbur olacaq.

Bundan bir qədər sonra Rusiyanın hərbi-diplomatik mənbələri cavab tədbiri kimi Rusiyanın Kalininqradda “İskander-M” raket komplekslərini yerləşdirə biləcəyini demişdilər.

Hirosima bombasından 80 dəfə güclü

Almaniya jurnalistlərinə görə, yeni bombalar dedikdə, söhbət böyük ehtimalla 20 ədəd B61-12 mərmilərindən gedə bilər. Bu mərmilərin hər birinin gücüHirosimaya atılmış 80 bombaya bərabərdir.

Xəbər verilir ki, yeni bombalar Almaniyada Bühel hərbi-hava bazasında Tornada təyyarələrinə yüklənmək üçün adaptasiya edilib.

B61-12 bombaları Hirosimaya atılmış mərmidən 80 dəfə güclüdür
B61-12 bombaları Hirosimaya atılmış mərmidən 80 dəfə güclüdür

Bu da bildirilir ki, müharibə baş verərsə, bombardmançı təyyarələri amerikalılar yox, almanlar sürəcəklər.

Bütün bu məlumatlara Almnaniyadan rəsmi şərh səslənməyib.

Hazırda Bühel bazasında 10-dan 20-dək Amerika atom bombasının saxlandığı bildirilir.

Bura bütün Avropada Amerikanın nüvə silahının qaldığı yeganə bazadır.

Xəbər verilir ki, hələ iki Almaniyanın mövcud olduğu vaxtlarda AFR-də 150 atom bombası vardı, lakin 2000-ci illərin əvvəllərində onlardan təxminən 130-u ölkədən çıxarılıb.

ZDF-ə müsahibə verən ekspertlər deyiblər ki, B61-12 taktiki atom bombaları köhnə mərmilərdən daha dəqiqdir.

Radara düşməyən “İskander”

İnterfax agentliyinin verdiyi xəbərə görə Moskva cavab olaraq Kalininqradda “İskander” raket komplekslərini yerləşdirə bilər.

“İskander” raketlərini radarla “tutmaq” çox çətindir. Belə ki, raket uçuşa saniyədə 700-800 metr sürətlə başlayır və manevr edir

Yeri gəlmişkən, Moskva bunu edəcəyi ilə hələ Amerika bombaları barədə xəbərlər yayılmamışdan əvvəl hədələmişsdi.

Rusiya ekspertləri daha bir cavab tədbiri kimi Baltik və Qara dənizlərdəki Rusiya donanmalarının güclənsdiriləcəyini proqnozlaşdırırlar.

Rusiyanın müdafiə naziri Shoigu deyib ki, Rusiya “İskander” raketlərini öz ərazisinin istənilən yerində quraşdıra bilər.

Bu raketlər 280-500 kilometr məsafədə olan hədəfləri vura bilir.

“İskander” raketlərini radarla “tutmaq” çox çətindir. Belə ki, raket uçuşa saniyədə 700-800 metr sürətlə başlayır və manevr edir.

Rusiyanın bu raketləri Kalininqradda yerləşdirdiyi barədə xəbərlər hələ 2013-cü ildə yayılmış və Polşanın ciddi narahatlığına səbəb olmuşdu.

XS
SM
MD
LG