Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:32

Ali Məhkəmə özünü borca görə asan sahibkarın işi ilə bağlı qərar verdi


İllüstrasiya
İllüstrasiya

►"Ölümü proqnozlaşdıra bilməzdi"

Hazırda məhkəmələrdə baxılan mülki işlərin böyük bir qismi banklarla vətəndaşlar arasında borc davalarıdır.

Bankın borcu vətəndaşın əmlakına, hətta aylıq maaşına yönəltməsilə bağlı məhkəmə çəkişmələri də kifayət qədərdir.

Ancaq bu yaxınlarda Ali Məhkəmə borcun əmlaka yönəlməsi məsələsində bir vətəndaşın xeyrinə qərar verib.

İşin mahiyyətinə gəlincə, Sumqayıt sakini Əliağa Quliyevlə "Qafqaz Lizinq" ASC arasında lizinq müqaviləsi başlanıb.

Müqaviləyə əsasən, “Corat bağları” deyilən ərazidə 12 sot torpaq sahəsi Əliağa Quliyevə verilib.

Lizinq obyektinin qiyməti isə 80 min manat dəyərləndirib və həmin məbləğ Əliağa Quliyevə verilib. Əliağa Quliyevin də üzərinə ayda 2 min 974 manat olmaqla, 36 aya krediti ödəmək öhdəliyi qoyulub.

SAHİBKAR ÖZÜNÜ ASIR...

Amma "Qafqaz Lizinq" ASC öhdəliyin yerinə yetiriləcəyinə tam əminlik üçün daha bir girov tələb edib.

Əliağa Quliyev tanışı Baloğlan Məmmədovla razılaşaraq, öhdəliklərin yerinə yetirilməsinin təminatı kimi onun mənzilini girov qoyub. "Qafqaz Lizinq"lə Baloğlan Məmmədov arasında mənzilin ipoteka ilə yüklənməsi barədə müqavilə imzalanıb.

Amma kreditin üç ayını ödəyəndən sonra gözlənilməz hadisə baş verib. Lizinq alan Əliağa Quliyev Sumqayıtdakı "Karvan" Ticarət Mərkəzində sahibkarlıqla məşğul imiş.

Orada yanğın baş verir və onun mağazaları içindəki əmlakla birliklə külə dönür. Pis vəziyyətə düşən sahibkar az sonra özünü asaraq intihar edir.

Baloğlan Məmmədov ipoteka müqaviləsinə xitam verilməsi, mənzilin yüklülükdən azad edilməsi üçün "Qafqaz Lizinq"ə müraciət edib. Bildirib ki, lizinq obyekti – “Corat bağları” deyilən ərazidəki 12 sot torpaq onsuz da "Qafqaz Lizinq"in mülkiyyətindədir, mənzilin də yüklü saxlanılmasına ehtiyac yoxdur.

Amma "Qafqaz Lizinq" razılaşmayıb, bildirilib ki, həmin torpaq girov qoyularkən dəyəri çox göstərilib, torpağın hazırkı bazar qiyməti 40-50 mindən artıq deyil.

Baloğlan Məmmədova da təklif olunub ki, o torpağı satsın, əldə olunan pulu ödəsin, borcun qalanı üzrə də yeni müqavilə bağlayıb, hissə-hissə "Qafqaz Lizinq"ə qaytarsın.

Baloğlan Məmmədov da bu təkliflə razılaşmayıb və məhkəməyə üz tutub. Onun hüquqlarını vəkil Anar Qasımlı müdafiə edib.

___________________________________________________________

Bunlara da bax:
Supermarketlər “batırıq” deyir
MN: Ermənilərin hərbi maşını minaya düşüb

___________________________________________________________

ÖLÜMÜ PROQNOZLAŞDIRA BİLMƏZDİ

İşə Binəqədi Rayon Məhkəməsində baxılıb və Baloğlan Məmmədovun xeyrinə qərar çıxarılıb. Sonradan Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb və nəhayət, bu yaxınlarda Ali Məhkəmə məsələyə son nöqtəni qoyub.

Məhkəmə qərarında göstərilib ki, Baloğlan Məmmədov tanışı Əliağa Quliyev lizinq müqaviləsini icra etmədiyi halda məsuliyyəti öz üzərinə götürüb. Amma indiki halda, lizinq müqaviləsinin icra olunmaması Əliağa Quliyevin təqsiri üzündən baş verməyib, onun vəfatı ilə əlaqədar öhdəlik yerinə yetirilməyib. Bunu isə Baloğlan Məmmədov öncədən görə, proqnozlaşdıra bilməzdi.

ŞƏRAİTİN ƏHƏMİYYƏTLİ DƏRƏCƏDƏ DƏYİŞMƏSİ

Problemli borcları müştərilərdən alan kollektor agentlikləri və banklarla mübarizə aparan "Antikollektor" şirkətinin rəhbəri, bank-müştəri çəkişmələrində vətəndaşları müdafiə edən vəkil Əkrəm Həsənov bu qərarın çox əhəmiyyətli olduğunu bildirir. Deyir ki, sözügedən qərar borcluların bir sıra problemlərini həll edə bilər - həm birbaşa, həm də dolayısı ilə.

Əkrəm Həsənov qeyd edir ki, məhkəmə qərarında Mülki Məcəllənin 422-ci maddəsinə əsaslanır ki, bu maddədə "şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ya ləğvi" nəzərdə tutulub.

"Bu qərardan birbaşa yararlanmaq olar. Bütün hallarda borclu vəfat edibsə, ipoteka müqaviləsi və zaminlik müqaviləsinə xitam verilməlidir. Yəni kim əmlakını sonradan ölmüş vətəndaşın kreditinə görə girov qoyubsa, girovunun azad edilməsini tələb edə bilər. Kim sonradan ölmüş vətəndaşın kreditinə görə zamin durubsa, zaminlikdən azad olunmasını tələb edə bilər. Bu qərardan dolayısı ilə də yararlanmaq olar. Ölüm haqdır, hamı onu dadacaq. Bununla belə, məhkəmələr hesab edib ki, ipoteka qoyan borclunun öləcəyini əvvəlcədən görə bilsəydi, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdı. Əgər mütləq olacaq ölüm şəraitin əhəmiyyətli dəyişməsidirsə, təbii ki, olub-olmayacağı bilinməyən ikiqat devalvasiya da şəraitin əhəmiyyətli dəyişməsidir. Bu mənada, devalvasiya da müqavilə şərtlərinin dəyişdirilməsi, məsələn, kreditin əvvəlki məzənnə ilə qaytarılması üçün əsasdır", - vəkil bildirib.

Həmçinin oxu: Bir günə 4 intihar xəbəri yayıldı

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun radio proqramında

Danışıqlarda erməni tərəfinin "qırmızı xətti" hardan kemir?
Supermarketlər "batırıq" deyir

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

"Azərbaycanda gəlirin 70 faizdən çoxu yeməyə gedir"
Dolların üstündə qadın şəkli olacaq

XS
SM
MD
LG