Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 14:31

Azərbaycanda icrasını gözləyən AİHM qərarlarının sayı artıb


"İnanclı insanlara qəddar münasibət var" - 2022-ci ildə insan haqları
Gözlə

No media source currently available

0:00 0:11:22 0:00

"İnanclı insanlara qəddar münasibət var" - 2022-ci ildə insan haqları

2022-ci ilin dekabrınadək Azərbaycanda Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 285 qərarı icra olunmamış qalıb. 2021-ci ildə bu rəqəm 271, 2020-ci ildə 235 olub. Bu qərarların tam yerinə yetirilmədiyi bildirilir. Avropa Şurası aprelin 6-da AİHM-in qərarlarının icrası olunmasıyla bağlı illik hesabatını yayıb.

Hesabatda deyilir ki, Nazirlər Komitəsi 2022-ci ildə AİHM-dən Azərbaycanla bağlı icrasına nəzarət üçün 49 qərar alıb. 2021-ci ildə bu qərarların sayı 46, 2020-ci ilsə ildə 51 idi.

Söhbət hansı qərarlardan gedir

Qurum bildirir ki, icrasını gözləyən qərarlar içərisində ərizəçilərin cəzalandırılmaq və susdurulmaq məqsədilə saxlanması və həbsi, ifadə azadlığı, ərizəçilərinin yaxınlarının ölümü, yaxud onlarla pis rəftarın effektiv araşdırılmaması, sərbəst toplaşma və birləşmə azadlıqları ilə bağlı olanlar var.

AİHM-in 2022-ci ildə aşkarladığı yeni pozuntular sırasında yaşamaq hüququnun əsaslı, yaxud prosedur pozuntuları, sərbəst toplaşma azadlığı hüququnun pozulması, ölkədən qanunsuz çıxarılma da sadalanır.

2022-ci ildə AİHM 38 iş üzrə təzminatın tam ödəndiyini qeydə alıb. 45 iş üzrə isə kompensasiyanın ödənməsi hələ təsdiqlənməyib. Baxmayaraq ki, məhkəmənin qərarında qoyulmuş son tarixdən altı aydan çox müddət keçib.

AİHM Avropa İnsan Hüquqları Konvensiyasının pozuntuları üzrə qərarlar çıxarır. Məhkəmənin qərarlarının necə icra olunmasına Avropa Şurasının Nazirlər Komitəsi nəzarət edir.

XS
SM
MD
LG