Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:33

Aİ Rusiya neftinə qiymət limiti barədə razılığa gələ bilmir


Avropa İttifaqının əksər ölkələri Rusiya neftinə qiymət həddinin qoyulmasına tərəfdardır, lakin bu həddin nə qədər olacağına dair fikir ayrılıqları qalır

Avropa İttifaqının əksər ölkələri Rusiya neftinə qiymət həddinin qoyulmasına tərəfdardır, lakin bu həddin nə qədər olacağına dair fikir ayrılıqları qalır.

Bu barədə Bloomberg və Politico saytları mənbələrə istinadla xəbər yayıblar. Rusiya neftinə qiymət həddi qoyulmasına dair qərar noyabrın 23-də qəbul edilməli idi.

Polşa bu həddin 1 barrel üçün 65 dollar olması təklifi ilə razılaşmayıb. Varşava hesab edir ki, bu, Moskvaya münasibətdə çox “səxavətli” addım olardı.

Polşa və Baltikyanı ölkələr Rusiya neftinin ən yüksək qiymətinin 1 barrel üçün 30 dollardan çox olmamasını təklif ediblər.

Gəmiçilik sahəsi böyük həcmlərdə neft daşıyan Yunanıstan isə bildirir ki, Rusiya neftinə 70 dollardan aşağı hədd qoyulmamalıdır.

Müzakirələr noyabrın 24-də də davam edib. Həmin gün Avropa İttifaqı qaz qiymətlərinin cilovlanması tədbirlərini müzakirə etməli idi.

60-70 dollar arası

Bu yaxınlarda The Wall Street Journal qəzeti yazmışdı ki, Avropa İttifaqı Rusiya neftinə ən yüksək qiymət həddi kimi 1 barrel üçün 60-70 dollar variantını müzakirə edir.

Xəbər verilir ki, bu qərarın qəbul edilməsi üçün Aİ-nin bütün üzvlərinin razılığı tələb olunur.

Bundan sonra isə bu qərarı G7 qrupu üzvlərinin və Avstraliyanın təsdiqləməsi gözlənilirdi.

Tankerlərlə daşınan Rusiya neftinə ən yüksək qiymət həddinin qoyulması təklifi ilə bir neçə ay bundan əvvəl ABŞ-ın Maliyyə naziri Cannet Yellen (Janet Yellen) çıxış etmişdi.

ABŞ və Qərb ölkələri Rusiya neftinə qiymət həddi qoymaqla Moskvanın neft gəlirlərini məhdudlaşdırmağa çalışırlar.

Onların fikrincə Rusiya Ukraynaya qarşı əsassız və səbəbsiz müharibəsini maliyyələşdirmək üçün neft və qaz gəlirlərindən istifadə edir.

Lakin ABŞ və Qərb həm də neft və qaz qiymətlərinin kəskin artımını istəmirlər. Məhz bu səbəbdən də limitin müəyyən edilməsi çətinliklər yaradır.

Yerevanda aksiyaçılar Putinin gəlişini etirazla qarşılayıb
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

Sanksiyaların 8-ci paketi qüvvəyə minəcək

Bundan əvvəl Rusiya neftinə 1 barrel üçün 40-60 dollar arası qiymət həddinin qoyulması müzakirə edilirdi, amma oktyabrda Bloomberg yazmışdı ki, ABŞ bu məsələdə mövqeyini yumşaldaraq 1 barrel üçün 60 dollardan yuxarı hədd təklifi verib.

Dekabrın 5-də Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının 8-ci paketi qüvvəyə minməlidir.

Bu paketə Rusiya neftinə qiymət həddinin qoyulması da daxildir.

Əgər Aİ üzvləri ən yüksək qiymət həddi barədə razılığa gələ bilməsələr, onda dekabrın 5-dən Rusiya neftinin maliyyələşdirilməsinə və sığortalanmasına qoyulan qadağan qüvvəyə minəcək.

Ağ Ev narahatdır ki, bu, dünya bazarında neft qiymətlərinin kəskin artımına səbəb ola bilər.

Rusiya bundan əvvəl bildirib ki, öz neftini ona sərf etməyən qiymətlərlə satmayacaq və lazım gələrsə, hasilatı ixtisar edəcək.

XS
SM
MD
LG