Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:30

Pedro Agramunt səlahiyyətlərindən məhrum edildi


Brüsseldən alınan xəbərlərdə deyilir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Agramunt prezident Bashar al-Assad-la görüşmək üçün Suriyaya səfər edən Rusiya Dövlət Duması deputatlarına qoşulduqdan sonra özünün rəhbərlik səlahiyyətlərindən məhrum edilib.

AŞPA Bürosunun aprelin 28-də verdiyi bəyanatda deyilir ki, Pedro Agramunt-un “bundan sonraprezident qismində hər hansı rəsmi səfərlər etmək və assambleyanın adından bəyanatlar vermək səlahiyyəti yoxdur”.

Suriyaya İspaniya senatoru qismində səfər etdiyini deyən Agramunt əvvəlcə Moskvaya gedib və orada Dəməşqə uçan təyyarəyə minib.

Agramunt-a bir çoxları son dərəcə rusiyayönlü birisi kimi baxırlar. O 2014-cü ildə Rusiya nümayəndə heyəti səs vermək hüququndan məhrum edildikdən bəri Moskvanı yenidən assambleyanın sıralarına gətirmək üçün çalışırdı.

Rusiya həmin vaxtdan bəri AŞPA-nın iclaslarını boykot edir və öz nümayəndə heyətini yanvar ayından başlanan hazırkı sessiya üçün qeydiyyatdan keçirməyib.

AŞPA-nın baş vise-prezidenti Roger Gale deyib ki, “büro bu addımları atmağı zəruri bilərək ona etimadsizlıq bildirib və onu səlahiyyətlərindən məhrum edib, çünki qaydalara görə prezident “istefaya məcbur edilə bilməz”.

Gale deyib ki, "prezident büronun bugünkü iclasına gəlməyi lazım bilməyib və istefa məktubunu təqdim etməyib”.

O əlavə edib ki, “Parlament Assambleyasının standart və prinsipləri hər hansı fərdi üzvdən mühümdür və biz assambleyanın mötəbərliyini yüksək tutmalıyıq”.

"Ürək bulandıran hərəkət"

Assambleya üzvlərindən Ukrayna nümayəndəsi Oleksiy Goncharenko Bashar al-Assad-la görüşü nəzərdə tutaraq deyib ki, “assambleya prezidentinin öz xalqını qazla zəhərləmiş birisi ilə şəkil çəkdirməsi ürək bulandırır.”

Agramunt AŞPA prezidentliyinə 2016-cı ilin yanvarından başlamışdı.

AŞPA bütün Avropa boyunca milli parlamentləri təmsil edən 300 üzvdən ibarətdir.

Strasburqda mənzillənən qurum insan haqları, qanunun alililiyi və antikorrupsiya tədbirləri kimi məsələləri müzakirə edir.

Aprelin 26-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında deputatlar bəzi üzvlərlə bağlı korrupsiya iddialarının araşdırılması üzrə müstəqil qrupun yaradılması barədə qərarı təsdiqləmışdilər.

Bəzi məlumatlara görə, korrupsiya qalmaqalının mərkəzində AŞPA rəhbəri Pedro Agramunt və onun keçmiş müavini Luka Volonte durur.

İtaliyalı Luka Volonte Azərbaycan nümayəndələrindən pul almaqda, P.Agramunt isə rəsmi Bakı və Rusiyanın maraqlarının lobbiləşdirilməsində ittiham olunur.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti isə bir qayda olaraq bəzi avropalı deputatların pulla əla alınması iddialarında onların adlarının çəkilməsini qəbul etmirlər.

XS
SM
MD
LG