Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:24

ABŞ mediası yenə də Ağalarovdan yazır


ABŞ mediası yazır ki, Donald Trump prezident seçkiləri kampaniyasının ərəfəsində Moskvada Trump Tower göydələni tikmək niyyətində olub.

Bundan əvvəlki bəzi xəbərlərdə deyilirdi ki, bu binanın tikilməsi cəhdləri 2015-cü il prezident kampaniyası ərzində də davam edib, lakin 2016-cı ildə bu səylərin olub-olmadığı barədə məlumatlar olmayıb.

ABŞ prezidentinin müvəkkili mətbuata bildirib ki, Moskva sövdələşməsi Trump Organization təşkilatının nəzərdən keçirdiyi və sonradan imtina etdiyi çoxsaylı biznes təşəbbüslərindən biri idi.

Müvəkkil deyib ki, o layihədən 2016-cı ilin yanvarında imtina edib. Onun sözlərinə görə buna səbəb o idi ki, potensial lisenziyaçının bu obyekti almaq üçün hökumətdən icazə əldə edə biləcəyinə şübhələr yaranmışdı.

The Washington Post qəzeti sözü gedən biznes təklifi və Trump təşkilatının yeni sənədlərini nəzərdən keçiriən hüquqşünaslarla tanışlığı olan bir neçə mənbəyə istinadən yazıb ki, Rusiya doğumlu Felix Saterin təşəbbüsü olan bu layihə 2016-cı ilin yanvarında baş tutmayıb.

Qəzet yazır ki, Sater “təklifə təkan verməsi və ola bilsin prezident Vladimir Putindən özü haqqında “xoş sözlər” eşitməsi üçün Trump-dan şəxsən Moskvaya gəlməsini xahiş edib”.

Rusiyalı vəkil Natalya Veselnitskaya
Rusiyalı vəkil Natalya Veselnitskaya

Məqalədə qeyd olunur ki, Trump Moskvaya getməyib və onun şirkəti niyyət məktubunu imzalasa da, layihədən 2016-cı il yanvarın sonlarında imtina edib. Bu vaxt ABŞ-da prezident seçkisinin praymeri kampaniyası başlayırdı.

Bu da bildirilir ki, Trump Organization əvvəllər də Rusiyada iş görülməsi üçün belə məktubları imzalayıb, amma iş ilkin mərhələdən o yana keçməyib.

CNN yazır ki, The Washington Post qəzetinin qeyd etdiyi danışıqlardan Trump-ın xəbərinin olub-olmadığı və ya bunlarda iştirak edib-etmədiyi bilinmir.

Buna baxmayaraq Trump əvvəllər bir sıra çıxışlarında Rusiyada tikinti işləri cəhdlərindən danışıb.

Moskvada Trump Tower tikmək planlarının son nəticədə ləğv olunmasının səbəbləri barədə ziddiyyətli mülahizələr var.

Trump artıq 2016-cı ilin iyulunda yazdığı tvitdə Rusiyada hər hansı biznes maraqlarının olmadığını bəyan edirdi.

Buna baxmayaraq Trump-ın Rusiyada göydələn tikmək niyyətinin olması və bu barədə hələ 2013-cü ildə Moskvada keçirilmiş gözəllik yarışında açıq danışması məlumdur.

Moskvada Trump Tower layihəsi barədə məlumatlı şəxslər Washington Post qəzetinə deyiblər ki, bu barədə danışqılar 2015-ci ilin sentyabrında başlanıb.

Qəzet yazır ki, bir naməlum investorun bu layihə üzrə bina tikmək və lisenziya razılaşması əsasında bu binaya Trump-ın adını vermək planı olub.

CNN-nin məqaləsində deyilir ki, bir sıra başqa xəbərlərdə buna bənzər təşəbbüslərin Trump və Putinə yaxın azərbaycanlı oliqarx Araz Ağalarov arasında yer aldığı deyilir.

CNN bildirir ki, Trump-ın komandası ilə Rusiya arasındakı mümkün əlaqələri araşdıran ABŞ təhqiqatlarında bu biznes münasibətləri ciddi araşdırılır.

Emin Ağalarov, Donald Trump və Araz Ağalarov 2013-cü il Moskva Miss Universe gözəllik yarışı zamanı
Emin Ağalarov, Donald Trump və Araz Ağalarov 2013-cü il Moskva Miss Universe gözəllik yarışı zamanı

The Washington Post qəzetində dərc olunmuş məqaləyə reaksiyasında Rusiyanın dövlət TASS xəbər agentliyi bildirir ki, Trump Organization şirkətinin Moskvada göydələn tikmək niyyətinin olması təzə xəbər deyil.

Trump TASS agentliyinə belə bir niyyətinin olduğunu 2013-cü ildə Moskvada keçirilən Miss Universegözəllik yarışı zamanı bildirib.

TASS yazır ki, Rusiya biznesmeni Araz Ağalarovun Crocus Group şirkəti göydələn danışıqlarında iştirak edən şirkətlərdən biri olub.

2015-ci ilin iyulunda Ağalarov TASS agentliyinə deyib ki, artıq həmin vaxt prezident yarışına qoşulmuş Trump-ın layihədən çıxmaq niyyəti yoxdur.

Lakin 2016-cı ilin noyabrında Ağalarov bildirib ki, Trump seçkidə qalib gəlsə, müştərək planın icrasından söhbət belə gedə bilməz.

ABŞ-ın Florida ştatında çıxan həftəlik Miami New Times qəzetinin saytında dərc olunmuş başqa bir məqalədə Sater-in şəxsiyyəti barədə qısa məlumat verilir.

Burada iddia edilir ki, Sovet İttifaqında doğulmuş Sater kifayət qədər qaranlıq fiqurdur. Məqalədə onun vaxtilə Nyu Yorkda kriminal aləmlə əlaqələri olduğundan və sonralar böyük məbləğdə dələduzluğa görə məhkum edildiyindən söz açılır.

Bu da bildirilir ki, 2015-ci ildə Saterin adına Mayaminin ultrazəngin Fişer adasında 5 milyon dollarlıq mülk olub. Sənədlərdən bəlli olur ki, o bu mülkü 2015-ci ildə ofşor şirkətə satıb və buna görə də mülkün hələ də onun adında olub-olmadığı bilinir.

Miami New Times yazır ki, Mayamiyə bağlı olan daha bir rusiyalı, milyarder Araz Ağalarovdur. Qəzet Ağalarovun da bu adada 14 milyon dollarlıq malikanəsinin olduğunu bildirir.

Və nəhayət müstəqil AlterNet saytı xatırladır ki, Trump-ın böyük oğlunun rusiyalı vəkil Veselnitskaya ilə görüşündə iştirak etmiş daha bir şəxs – İke Kaveladze Araz Ağalarovun Crocus Group korporasiyasının vise-prezidentidir.

Bundan başqa son vaxtlar ABŞ saytlarında Ağalarovların Amerikadakı mülklərini tələm-tələs satışa çıxarmaları barədə xəbərlər yayılıb.

Xəbər verilir ki, Araz Agalarovun Nyu Cersidəki 7 yataq otağı, 10 vanna otağı olan tam mebelli malikanəsinin6, 9 milyon dollara satılması barədə ilkin kontrakt imzalanıb.

Bu da qeyd edilir ki, Ağalarov bu malikanəni 2005-ci ildə 9, 3 milyon dollar almışdı.

XS
SM
MD
LG