Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:24

Ağ Evdən ‘Putin ABŞ seçkiləri haqqında danışmasın’ xəbərdarlığı


Con Kirbi
Con Kirbi

Rusiya prezidenti Birləşmiş Ştatlarda qarşıdan gələn prezident seçkiləri haqqında danışmağı dayandırmalıdır.

Bunu sentyabrın 5-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi (John Kirby) deyib.

Bundan əvvəl Vladivostokda keçirilən forumda Vladimir Putin demişdi ki, Moskva seçkilərdə demokrat namizəd Kamala Harrisin qələbəsini istərdi.

Kirbi deyib ki, Putinin kiməsə üstünlük verdiyini bildirməsinə ehtiyac yoxdur.

Putin demişdi ki, Moskva hazırkı prezident Co Bayden seçki yarışından “çıxarılandan” sonra Kamala Harrisi dəstəkləyir, “amma son seçim Amerika xalqınındır”.

Putinin dediklərini Harrisin respublikaçı rəqibi Donald Tramp da şərh edib:

"Bilmirəm, ona zəng edib hərarətli təşəkkürümü bildirməliyəmmi? Mən bunu necə qiymətləndirməli olduğumu bilmirəm. Bilmirəm o bununla məni təhqir edib, yoxsa xeyrimə danışıb”.

Bayden ABŞ prezidentliyinə namizədliyini iyulun sonlarında geri götürüb. Bu, onun Trampla seçkiqabağı debatda uğursuz çıxışından və demokratların tənqidləri ilə üzləşdikdən sonra baş verib.

Vitse-prezident Kamala Harris demokratların prezidentliyə namizədi seçilib.

Rəy sorğuları

The Wall Street Journal qəzetinin seçicilər arasında apardığı son sorğuya görə Harrisə rəyi soruşulanların 48 faizi, Trampa isə 47 faizi səs verməyə hazırdır.

Reuters və Ipsos şirkətinin sorğularına görə rəyi soruşulanların 45 faizi isə Harrisi dəstəkləyir, 41 faizi isə ona qarşıdır.

ABŞ sentyabrın 4-də Rusiyanın RT dövlət media şəbəkəsinin baş redaktoru Marqarita Simonyana və daha 9 nəfərə 2024-cü ilin prezident seçkilərinə müdaxilə cəhdlərinə görə sanksiyalar elan edib.

Bundan başqa RT-nin iki əməkdaşına – Konstantin KalaşnikovYelena Afanasyevaya qarşı çirkli pulların yuyulması məqsədilə qəsdə və ABŞ-ın xarici agent qanunu pozmalarına görə ittihamlar irəli sürülüb.

Vaşinqton hesab edir ki, RT-nin baş redaktoru Marqarita Simonyan və onun media şirkəti ilə bağlı başqa şəxslər kremlyönlü şərhlər verməklə ABŞ-ın ictimai rəyinə təsir göstərməyə çalışıblar.

XS
SM
MD
LG