Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:43

Əfqanıstan şiələrinə Aşura xəbərdarlığı edilib


Əfqanıstanda Aşura mərasimi (Arxiv fotosu)
Əfqanıstanda Aşura mərasimi (Arxiv fotosu)

Əfqanıstanda Şiə Üləmaları Şurası möminləri məhərrəm ayının başlaması ilə bağlı mərasimlərdə “fəallıqlarını azaltmağa” çağırıb.

Şuranın bəyanatında deyilir ki, şiə müsəlmanlar Aşura günündə mərasimlərdən və küçə yürüşlərindən çəkinməlidirlər. Bunun əvəzində onlara Kabildəki Əbu Fəzl və Saxi ocaqlarını ziyarət etmək tövsiyə olunur.

Şura bildirir ki, bu xəbərdarlığın çox ciddi səbəbləri var.

Bəyanatda habelə gənc şiələrə sinədöymə mərasimlərində iştirakdansa Kabildəki İmam Hüseyn Qan Bankına qan vermək tövsiyə edilir.

Əfqanıstanın şiə müsəlmanları da məhərrəm ayının ilk on günündə Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin və tərəfdarlarının 6-cı əsrdə Kərbəla döyüşündə həlak olmasını yad edirlər.

Şiələr bu günlərdə böyük toplantılar və matəm mərasimləri keçirirlər.

İtaətsizliyə çağırış

Xəbərdə deyilir ki, Əfqanıstanda Taliban hakimiyyətə gəlməzdən əvvəl məhərrəmliyin keçirilməsi üçün çox az məhdudiyyətlər vardı.

Əfqanıstanın Qərb tərəfindən dəstəklənən hökuməti şiələrə qara bayraq asmaq və mərasimlər keçirmək azadlığı vermişdi.

Şiə Üləmaları Şurasının bəyanatından əvvəl Taliban təhlükəsizlik mülahizələrini əsas gətirərək məhərrəmlik ayin və mərasimlərinə məhdudiyyət qoymuşdu.

Lakin şiələrin üləmalarından ayətüllah Seyid Mohsün Höccət iyulun 25-də şiələri Taliban hökumətinin qadağanlarına məhəl qoymamağa çağırmışdı:

“Əgər hökumət bizə məhdudiyyətlər qoyarsa, buna qarşı çıxmaq təkcə mənim işim deyil. Tək sizin də işiniz deyil, hamımızın işidir. Biz bir-birimizə dəstək olmalıyıq. Biz bu ölkədə yaşayırıq və bu hökuməti, dinimizə qarşı çıxmamaq şərti ilə dəstəkləyirik. Amma əgər onlar bayraqları endirmək və ənənələrə əməl etməmək göstərişi verirlərsə, onlara məhəl qoymamalıyıq”.

Hövsanda orta əsrlərə aid qəbiristanlıq dağılır
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

Talibanın məhdudiyyətləri

Talibanın sözçüsü Zəbinullah Mücahid AzadlıqRadiosunun Höccətin bəyanatını şərh etmək sorğusuna cavab verməyib.

Mücahid bundan əvvəl demişdi ki, məhərrəm ayında məhdudiyyətləri pozanlara ciddi cəza veriləcək.

O şiələri kütləvi toplanış və mərasimlər keçirməkdən çəkinməyə çağırmış, ayinlərin xüsusi olaraq bunun üçün ayrılmış məscidlərdə və ya şiə pirlərində icrasını tövsiyə etmişdi.

Bundan əvvəl məhərrəm ayında Əfqanıstanın müxtəlif yerlərində şiələrə qarşı ölümcül hücumlar olub.

Bu aksiyalar üçün məsuliyyəti bir qayda olaraq İslam Dövləti ekstremist qruplaşması üzərinə götürür.

İyulun 22-də Kabildə bir sıra şiə ruhaniləri Taliban hökumətindən məhərrəmliyə heç bir məhdudiyyət qouyulmamasını rica etmişdi.

Şiə Üləmaları Şurasının sədri Seyid Hüseyn Alimi Bəlxi iyulun 24-də AzadlıqRadiosuna müsahibəsində bu ricanı bir daha dilə gətirmişdi.

Bəzi şiələr bildirirlər ki, onlar hazırda Taliban hökumətinin qoyduğu məhdudiyyətlərə əməl etməklə mərasimləri icra edirlər.

XS
SM
MD
LG