Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:29

ABŞ Azərbaycandan narahatdır, lakin onunladır


“Bizim Azərbaycandakı məhdudlaşdırıcı siyasi mühit barədə narahatlığımız qalır...və biz Azərbaycan hökumətini ATƏT-lə birgə işləməyə çağırırıq” – deyilir bəyanatda.

-

ABŞ Dövlət Departamenti Azərbaycan hökumətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) lazımi sayda müşahidəçisinin parlament seçkisini monitorinq etməsinə icazə verməməsindən və DTİHB-nin bu səbəbdən seçkini izləyə bilməməsindən təəssüfləndiyini bildirib.

“DTİHB-nin iştirakı olmadan Azərbaycanın DTİHB-nin ötən seçkidə verdiyi müşhahidə tövsiyələri sahəsində tərəqqi etdiyini demək qeyri-mümkündür” – deyilir bəyanatda.

Bu da qeyd edilir ki, sözü gedən tövsiyələrdə təməl azadlıqlar sahəsində məhdudiyyətlərin aşkar edildiyi bildirilmişdi.

“Bizim Azərbaycandakı məhdudlaşdırıcı siyasi mühit barədə narahatlığımız qalır və biz Azərbaycan hökumətini onun beynəlxalq öhdəliklərinə müvafiq şəkildə dinc toplaşma və təşkilatlanma azadlıqlarına, media da daxil müstəqil səslərə hörmət etməyə və bu istiqamətdə DTİHB də daxil ATƏT-lə birgə işləməyə çağırırıq” – deyilir sənəddə.

“Biz hökumət və Azərbaycanın xalqı ilə, onların daha güclü, sabit, demokratik və firavan gələcək qurmaq səylərində birgə işləmək istəyimizə sadiq qalırıq”.

XS
SM
MD
LG