Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:21

Beynəlxalq Banka ayrılacaq pulların taleyi sual altında qalır


Beynəlxalq Bank.
Beynəlxalq Bank.

Bu il Dövlət Neft Fondundan (DNF-dən) Azərbaycan Beynəlxalq Bankına (ABB-yə) ayrılacaq vəsaitin məbləği məlum olub. “Fins.az”ın bank dairələrindən əldə etdiyi məlumata görə, bankın sağlamlaşdırılmasına, ən azı, 1,5 milyard dollar ayrılacaq. Vəsaitin birbasa ABŞ dolları ilə verilməsi nəzərdə tutulur.

Bu il DNF-dən Azərbaycan Mərkəzi Bankına (AMB-yə) 7,5 milyard manat (təxminən 4,2 milyard dollar) məbləğində vəsaitin transferti nəzərdə tutulur. Məhz bu vəsaitin bir hissəsi ABB-nin sağlamlaşmasına xərclənəcək.

Buna da bax:​ 7,5 milyardın xərc istiqamətləri bəlli oldu

2001-ci ildən bəri ilk dəfə

Ötən il fond ABB-yə 1 milyard dollarlıq depozit yerləşdirilib. Fond 2001-ci ildən bəri ilk dəfə kapitalını daxili bazara yönəldib və bu 1 milyard dollar depozit bankın xarici borclarının ödənilməsinə sərf ediləcək.

DNF-dən ABB-nin sağlamlaşdırılmasına vəsait ayrılması birmənalı qarşılanmır. Ekspertlər neft pulunun yalnız bir banka ayrılmasını rəqabət prinsiplərinin pozulması sayırlar. Onların fikrincə, bankın hələ özəlləşdirilmədən yeni eyni duruma düşməyəcəyinə heç bir təminat da yoxdur.

Buna da bax: Valyuta ehtiyatları: Prezident 'artırmalıyıq' deyir, amma...

ABB-nin problemləri qurumun keçmiş başçısı Cahangir Hacıyevin həbsiylə su üzünə çıxıb. O, ABB-dən müxtəlif adamların adına kredit ayırmaqda, yaxınlarıyla bigə həmin kreditləri mənimsəməkdə suçlu bilinir. 2015-ci il dekabrın 5-də həbs edilən keçmiş sədrə bu il oktyabrın 14-də mənimsəmə, vəzifədən sui-istifadə, vəzifə saxtakarlığı ittihamlarıyla 15 il həbs cəzası kəsilib.

“Bu, sağlam rəqabət prinsiplərinə ziddir”

Bank məsələləri eksperti Əkrəm Həsənov deyir ki, əslində, DNF pulu banka bağışlamır, əmanət kimi yerləşdirir. Başqa sözlə, quruma kredit verir: “Fond öz vəsaitini eyni şəkildə xarici banklarda da saxlayir, yəni vəsaiti yerli bankda qorumaqda qəbahət yoxdur. Di gəl, bu, sağlam rəqabət prinsiplərinə ziddir”.

Buna da bax:​ İki prezidentin fərqli Ehtiyat Fondu [kiçik araşdırma]

“ABB muflis olsa, öhdəliklərinə dövlət cavabdehdir”

Ekspert fondun niyə digər banklara pul verməməsinə cavab axtarır. Onun fikrincə, ABB bu durumda dövlət bankı imtiyazı qazanır: “Amma təbii, anlayırıq ki, reallıqda dövlət bu banka yardım edir. Niyə? Çünki ABB muflis olsa, öhdəliklərinə dövlət cavabdehdir və bu başdan kömək edir ki, bankı bir az “abra” salıb özəlləşdirsin”.

Əkrəm Həsənovun qənaətincə, dövlət özəlləşdirməni vaxtında etsəydi, belə vəziyyət yaranmazdı: “İndi əsas odur ki, bank bu puldan səmərəli yararlanıb, çətin durumdan cıxsın. Əks halda, bu pullar, sadəcə, bata bilər və Neft Fondunun onsuz da azalan ehtiyatı tükənər. Nəticə: dövlətin bu addımı arzulanan deyil, amma məcburidir. Təki müsbət nəticə versin”.

Buna da bax: İqtisadçının 'böhrandan çıxdıq' deyən prezidentə cavabı

AzadlıqRadiosunun “Digər dövlət qurumlarının borcları kimi, bu banka ayrılan pullar da gələcəkdə silinə bilərmi” sualını ekspert belə cavablayıb: “Bəli, bankın durumu düzəlməsə, bu ehtimal böyükdür”.

“Bankın daxili resursları hesabına mümkün deyil”

İqtisadçı ekspert Natiq Cəfərliyə görə, ABB-ni sağlamlaşdırmağın başqa yolu yoxdur: “Bankın xarici öhdəlikləri var, o borclar bağlanmalıdır. Bu, bankın daxili resursları hesabına mümkün deyil. Üstəlik, hökumət də bankı özəlləşdirəcəksə, borclarla, toksik kreditlərlə heç bir investor oraya pul qoymaq istəməz”.

Buna da bax:​ Neft Fondu ilk dəfədir ki, Mərkəzi Banka da pul ayırır

“DNF əmanəti geri çəkmək istəsə…”

Onun fikrincə, banka ayrılan vəsait onsuz da batacaq və o pul bir daha DNF-yə qayıtmayacaq: “Adı əmanətdir, o vəsait borclara və kreditlərin silinməsinə xərclənəcək. Fond əmanəti geri çəkmək istəsə, bank bunu nə ilə qaytaracaq?!”.

XS
SM
MD
LG