Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:26

İmadəddin Nəsimi. Düşdüm əzəldə zülfünə, dam olmadan hənuz


Düşdüm əzəldə zülfünə, dam olmadan hənuz,
İçdim ləbin şərabını, cam olmadan hənuz.

Gördüm üzünü Kə’bədə əhli-səfa ilə,
Qıldım təvafi-Kə’bə, həram olmadan hənuz.

Yazmış üzündə surеyi-rəhman ələssəlam,
Ərş ilə kürsü, lövhü qələm olmadan hənuz.

Gördüm üzünü nuri-təcəllivü şövqünü
Ayü günəşdən nuri-qiyam olmadan hənuz.

Dürdanə dişlərini nigarın görəndə mən,
Dürrə sədəfdə nəzmü, nizam olmadan hənuz.

Vəchində yazmış idi anın yirmi səkkiz hərf,
Хətti-bəyani-hərfü kəlam olmadan hənuz.

Görmüş idi üzündə Nəsimi nişani-həq,
Ol dəm nişani-sübh ilə şam olmadan hənuz.
XS
SM
MD
LG