Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:24

Nizami Gəncəvi. Leyli və Məcnun (20)


əvvəli

KEÇƏN ÖMRÜ UNUTMAQ


Yenəmi dərd çəkim sabahki qəmdən?
Görüb bildiyimi danışmayım mən?
Keçən günlərin də adını az tut,
Yaxşısı budur ki, bir dəfə unut!
Bir qəlyanaltıydı keçən ömürlər.
Indi o keçmişdən qalmamış əsər.
Onları köhnə bir səhifə düşün,
Dünən yazılmışlar yazılmaz bu gün.
Tutaq ki, yeddi göy, yeddi yeri sən
Yeddi min il qalıb, bildin əzbərdən;
Axıra çatsa da bu yeddi min il,
Dünyanın axırı görünən deyil.
Uzun da, qısa da olsa qəddimiz,
Yenə də ölməyə yaranmışıq biz.
Saqi, piyaləni ver səhər-səhər!
İçməmiş məst olum, mən üzügülər.
O şərab gün kimi şölələr salsın,
Qurumuş çeşmələr ondan su alsın.

davamı
XS
SM
MD
LG