Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:48

Məhəmməd Hadi. Məktəb şərqisi


Mәktәb nә demәk? Şәmsi-şәbistani-cәhalәt.

Mәktәb nә demәk? Gülşəni-ürfan, kəmalət,

Mәktәb nә demәk? Ümmәtә bir babi-inayət,

Eylәr qәlәmim sizlәrә hәqqilә vәsayәt:



Darülәdәbin bilmәliyiz qәdrini, millәt,

Göstәrmәli ikmalına olduqca hәmiyyәt.



Mәktәb nә demәk? Rәhbәri-övladi-vәtәndir.

İrşadına mәzhәr bulunan әhli-fәtәndir,

Məktəb düri-adabü kəmalətə әdәndir,

Atidәki söz bizlər üçün zibi-dәhәndir:



Darülәdәbin bilmәliyiz qәdrini, millәt,

Göstәrmәli ikmalına olduqca hәmiyyәt.



Mәktәb nә demәk? Ruh, dilә feyzrәsandır,

Gәhvareyi-canpәrvәri-rövşәnnәfәsandır,

Aşiqlәri darülәdәbin növhәvәsandır.

Bu söz bizә hәr şamü sәhәr zikri-lisandır:



Darülәdәbin bilmәliyiz qәdrini, millәt,

Göstәrmәli ikmalına olduqca hәmiyyәt.



Mәktәblә qılar növi-bәşәr dәfi-bәlaya,

Mәktәblә çıxar zahirә әsrari-xәfaya,

Mәktәblә yaşar rahәtü mәsud rәaya,

Eylәr qәlәmim bu sözü tәkrar vәsaya:



Darülәdәbin bilmәliyiz qәdrini, millәt,

Göstәrmәli ikmalına olduqca hәmiyyәt.



Azmışlar üçün elmü әdәb nuri-sәhәrdir,

Cәhl ilә kor olmuşlar üçün köhl bәsәrdir,

İnsana şәrәfbәxş fәqәt elmü hünәrdir.

Bimәrfәt adәm canı yox xüşk şәcәrdir.



Darülәdәbin bilmәliyiz qәdrini, millәt,

Göstәrmәli ikmalına olduqca hәmiyyәt.
XS
SM
MD
LG