Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:22

Məhəmməd Hadi. Məktəb


Mәktәb nә demәk? Xadimi-qüdsiyyәti-millәt,

Mәktәb nә demәk? Baisi-ülviyyәtü şövkәt,

Mәktәb nә demәk? Cilvәgәhi-nuri-hәqiqәt,

Mәktәb nә demәk? Rәhbәri-irşadü sәadәt.

Övladi-vәtәn etmәk üçün bizdә tәali

Mәktәblәr açıb kәsb edәlim elmü kәmali!


* * * * *


Mәktәb nә demәk? Heyәti-milliyyәyә candır,

Mәktәb nә demәk? Ruhü dili-mürdәdilandır.

Ariflәrә hәmvarә bu söz virdi-zәbandır:

Әlmәktәbü, әlmәktәbü, ey millәt, amandır.

Övladi-vәtәn etmәk üçün bizdә tәali

Mәktәblәr açıb kәsb edәlim elmü kәmali!


* * * * *


Mәktәb nә demәk? Әncümәni-әhli-sәfadır,

Mәktәb nә demәk? Bariqeyi-fikrә sәmadır.

Neyyirlәri hәp şәşәәbәxşayi-dühadır,

Pәrvәrdeyi-ağuşi olanlar üdәbadır.

Övladi-vәtәn etmәk üçün bizdә tәali

Mәktәblәr açıb kәsb edәlim elmü kәmali!


* * * * *


Mәktәblә bulur tәsfiyә ayineyi-vicdan,

Mәktәblә edәr kәsbi-şәrәf zadeyi-insan,

Mәktәblә görәr tәrbiyә hәp gülşәni-ürfan,

Tәzkar edәk ixvanımıza şu sözü hәr an:

Övladi-vәtәn etmәk üçün bizdә tәali

Mәktәblәr açıb kәsb edәlim elmü kәmali!
XS
SM
MD
LG