Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:28

Gürcüstan NATO üzvü ola biləcəkmi?


Berlində NATO xarici işlər nazirlərinin toplantısı. 14 aprel 2011
Berlində NATO xarici işlər nazirlərinin toplantısı. 14 aprel 2011
NATO xarici işlər nazirləri aprelin 14-15-də Berlində alyansın Rusiya, Ukrayna və Gürcüstanla münasibətlərini müzakirə ediblər.

Son 3 ildə o qədər hadisələr baş verib ki, indi hamını NATO-nun bu ölkələrə münasibətini dəyişib-dəyişməyəcəyi maraqlandırır.

Əvvəlcə Gürcüstandan başlayaq. 3 il əvvəlcən bir çoxları bu Qafqaz ölkəsinin tezliklə NATO-ya üzv olacağını gözləyiridi - Rusiya NATO-nun şərqə doğru genişlənməsi planlarına etiraz etsə də.

2008-ci ildə Rusiyanın Gürcüstana hücumundan sonra alyansla Rusiya arasında münasibətlər daha da kəskinləşdi.

Amma Amerikanın yeni prezidenti Barak Obama Rusiya ilə münasibətləri normallaşıdrmaq planına start veridyi üçün bəziləri alyansın Gürcüstanın üzvlük məsələsini təxirə salacağını güman etməyə başladılar.

Daha sonra NATO Gürcüstanın “günlərin bir günü alyansa üzv olacağını” söyləsə də, konkretlikdən qaçmağa başladı.

NATO-Gürcüstan komissiyasının son iclasını alyansın baş katibi Anders Fogh Rasmussen açıb.

ABŞ Dövlət katibi Hillari Klinton isə iclasda deyib ki, onun ölkəsi “ən yüksək səviyyədə” Rusiya rəhbərliyinə təsir göstərməkdə davam edir ki,

2008-ci ildəki müharibədən sonra əldə edilmiş atəşkəsə əməl edilsin

Rasmussen Gürcüstana alyansla sıx əməkdaşlığa, xüsusən Əfqanıstan və İraqdakı kontingentlərin tərkibində fəal iştiraka görə təşəkkür edib.

Gürcüstanın xarici işlər naziri Vaşadze və NATO-nun baş katibi Rasmussen
“Son illərdə NATO ilə Gürcüstan arasında əlaqələr xeyli dərinləşib. Bu NATO üçün də faydalıdır, Gürcüstan üçün də, ümumilikdə avro-atlantik məkan üçün də. Bu, Gürcüstana avro-atlantik məkanın təhlükəsizliyinə xidmət edən bir dövlət kimi öz mühüm rolunu daha da artırmağa kömək edib”.

Amma NATO Gürcüstanı çağırıb ki, daha çox islahat aparsın ki, alyans üzvü olmaq üçün tələb edilən standartlara uyğunlaşsın.

Buraya “mühüm islahatların aparılması üçün müxalifətlə əməkdaşlıq da daxildir”.

Son illərin daha bir diqqət çəkən hadisəsi o olub ki, Ukraynada hakimiyyətə anti-NATO şüarları səsləndirmiş, rusiyayönümlü qüvvələr gəlib.

Yeni prezident Viktor Yanukoviç özündən əvvəlki dövlət başçısı kimi ölkəsinin mümkün qədər NATO-ya üzv olmasına çalışmır, bu yöndə çağırışlar etmir.

Amma Rasmussen NATO-Ukrayna komissiyasının son iclasında deyib ki,

Ukrayna rəhbərliyi alyansla əməkdaşlığı genişləndirmək niyyətindədir

Rasmussen deyib ki, danışıqlar “yaxın aylarda əməkdaşlığın aydın prioritetlərini müəyyənləşdirməyə kömək edəcək”.

NATO-nun baş katibi qeyd edib ki, alyansla Ukrayna arasında əməkdaşlığın genişlənməsində Ukrayna rəhbərliyi də maraqlıdır.

“Fevralda Ukraynaya səfərim zamanı prezident Yanukoviç şəxsən təminat verdi ki, alyansla aktiv dialoq və əməkdaşlığın irəliləməsində maraqlıdır”.

Rus ordusu Gürcüstanın separatçı Cənubi Osetiya bölgəsində. 21 yanvar 2009
NATO-nun Rusiya ilə müzakirə etdiyi məsələlər - Əfqanıstanda birgə əməkdaşlığı genişləndirmək, əfqan ordusundakı rus hərbi vertolyotlarının təmir edilməsi, eləcə də alyansla Rusiya arasında birgə hava hücumundan müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsidir.

Amma Amerika prezidenti Barak Obamanın hava hücumundan müdafiə ilə bağlı həmin təklifi ölkəsində - müxalifət tərəfindən etirazla qarşılanıb.

Respublikaçı senator Mark Kirk başda olmaqla 39 senator Obamaya məktub yazıblar ki, Amerikanın hava hücumundan müdafiəsi sahəsinə aid mühüm məlumatlar Rusiyaya verilməməlidir.
XS
SM
MD
LG