Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:28

«Azərbaycanda yerli səviyyədə kifayət qədər muxtariyət yoxdur»


Covanni Di Stazi
Covanni Di Stazi
Covanni Di Stazi Avropa Şurası Yerli özünüidarəetmə islahatları ekspertizası mərkəzinin rəhbəridir. Onun «Azadlıq» radiosuna müsahibəsini təqdim edirik:

- Azərbaycanda yerli özünüidarəetmə islahatları ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?


- Azərbaycanda mərkəzsizləşdirmə prosesi alternativi olmayan, önəmli bir prosesdir. Amma bu proses həm də yerli özünüidarəetmə qurumlarının gücləndirilməsi, yerli qurumların səlahiyyətlərinin artırılması ilə müşayiət olunmalıdır. Bu baxımdan məncə, müəyyən problemlər var, çünki Azərbaycanda yerli səviyyədə kifayət qədər muxtariyət yoxdur. Bu da o deməkdir ki, vətəndaşlar yerli səviyyədə qərar qəbul etmək prosesindən kənarda qalırlar. Yəni vətəndaşların yerli səviyyədə demokratiyadan bəhrələnmək imkanı yoxdur. Amma mən yenə də nikbinəm. Bu prosesin alternativi yoxdur. İndi, ya, sabah başlaya bilər. Amma əminəm ki, bir gün Azərbaycanda da Avropanın digər ölkələrində olduğu kimi seçilmiş merlər olacaq, yerli təşkilatların kifayət qədər səlahiyəti olacaq, vətəndaşlar öz şəhər, kənd və qəsəbələrinin idarə olunmasında aktiv iştirak edəcəklər.


- Niyə islahatlar gözlədiyiniz kimi getmir?


- Deməliyəm ki, Azərbaycanda da digər bir çox ölkələrdəki kimi ərazi bütovlüyü məsələsinə xüsusi diqqət yetirilir. Bir unitarçılıq nöqteyi-nəzəri var. Fransada da unitarçılıq əhval-ruhiyyəsi var. Amma bu proses gedir və ümid edirik ki, başqa ölkələrdə də onların ardınca davam edəcək.


- Konkret olaraq, hansı islahatlara ehtiyac var?


- Azərbaycanda və digər ölkələrdə əsasən səlahiyyətlərin və maliyyə resurslarının bələdiyyələrə ayrılmasına ehtiyac var. Bu sahədə danışıqlar gedir. Məncə, Avropa Şurası bu prosesdə iştirak edəcək.


- Bu barədə Azərbaycan rəhbərliyi ilə danışırsınızmı?


- Əlbəttə, mən yerli özünüidarə qurumları Konqresinin prezidenti olanda da Azərbaycana faktaraşdırıcı missiyanın tərkibində getmişdim. Keçirdiyimiz görüşlərdə biz bütün bələdiyyələrdə seçkilərin vaxtında keçirilməsinin lazımlılığını, demokratik proseslərin demokratik seçkilərdən başladığını qeyd etdik. Bəzi problemlər həll olunur, bəziləri qalır. Yeni islahatlar həyata keçiriləndə, şübhə yoxdur ki, proses paytaxtdan başlamalı olacaq. Bələdiyyə şurası, seçilmiş meri olan paytaxtın yaradılmasından.


- Bu, həqiqətən də vacibdirmi?


- Mənim fikrimcə, hə. Mer birbaşa seçicilər tərəfindən, ya da onların seçdikləri şuranın səsi ilə seçilə bilər. Amma seçilmiş merin olması vacibdir. O zaman sizin vətəndaşları təmsil edən meriniz ola bilər. Çünki indi sizin dövləti təmsil edən meriniz var. Məncə, şəhərin fəal sakinlərini təmsil edən və həqiqətən də yerli maraqları təmsil edən merin olması vacibdir.


- Siz deyirsiniz vacibdir. Bəs bu islahatlar öhdəlikdir, ya elə sadəcə tövsiyə olunur?


- Yerli özünüidarəetmələr haqqında Avropa Konvensiyası var. Həmin sənəd hökumətləri bu islahatları aparmağa təşviq edir və bu sənəd əslində bir qanuni mexanizmdir və burada açıq yazılıb ki, əsas prinsip subsidarlıq prinsipidir. Bu, o deməkdir ki, bələdiyyələr özünüidarə prinsipi əsasında qurulmalı, burada təyin edilən məmurların rolu azaldılmalı və əhali tərəfindən seçilmiş şəxslərin rolu artırılmalıdır.


- Dediniz ki, bu sənəd hökumətləri təşviq edir. Avropa Şurasının təşviq edilən islahatların yerinə yetirilməsinə nəzarət üçün hər hansı mexanizmləri varmı?


- Bizim ən güclü vasitəmiz dialoq və mənəvi təlqindir. Amma bu, çox vacibdir.


- Bakıda seçilmiş merin olması məsələsi rəsmilərlə müzaklirə olunubmu və cavab nə olub?


- Mənfi cavab almamışıq. Doğrudur, konkret nəticə də yoxdur. Amma eyni situasiya bir neçə il əvvəl Tbilisidə və Yerevanda da var idi, indi vəziyyət dəyişir. Ümid edirəm ki, Cənubi Qafqazın bütün ölkələrində bu islahat həyata keçiriləcək.


XS
SM
MD
LG