Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:41

«Tikinti maqnatları ölkədən qaçır»


Bir sıra tikinti şirkətinin rəhbərlərinin ölkəni tərk etdiyi haqda xəbərlər yayılıb
Bir sıra tikinti şirkətinin rəhbərlərinin ölkəni tərk etdiyi haqda xəbərlər yayılıb

«GEN» MMC-nin prezidenti Elburus Əliyevin işi ilə bağlı həbs oluna biləcək şəxslərin dairəsi artıq müəyyənləşib. Bu barədə «Bizim Yol» yazıb.


«GEN» MMC-nin payçılardan 12 milyon manat vəsait yığdığı bildirilirdi. Sonradan bu məbləğin ən azı iki dəfə böyük olduğu müəyyənləşib. Qəzet yazır ki, bu hadisədən sonra 12 tikinti şirkətinin rəhbəri ölkəni tərk edib.


Tikinti şirkətinin aldatdığı payçılarının hüquqlarının müdafiə edən Vidadi İsgəndərov bildirib ki, payçıları aldadaraq milyonlarla pul toplamış ən azı 6 şirkətin də adı var. Vidadi İsgəndərov bir sıra tikinti şirkətlərinin rəhbərlərinin ölkədən getməsi haqda onda məlumat olduğunu deyib: «Əslində bundan öncə də ölkədə tikinti sektorunda inhisarçılardan və təqiblərdən bezən iş adamlarının Rusiyaya, Qazaxıstana, Ukraynaya, Moldovaya, Gürcüstana qaçması faktları vardı. Bu hadisələrdən sonra da belə halların baş verməsi ehtimalı var».


«Gəncə polisində hamilə qadına işgəncə verilib»-, məqalə «Yeni Müsavat»ın birinci səhifəsində yer alıb.


«İyunun 20-də Gəncə Şəhər Polis İdarəsi Nizami Rayon Polis Şöbəsində mənə amansız işgəncələr verildi, döyülüb şərləndim». Gəncə şəhər sakini, azyaşlı uşaq anası Zəkiyyə Həziyeva belə deyir. «Onun polis bölməsində hamilə vəziyyətdə döyülməsini deməsi isə sadəcə olaraq tükürpədici idi». Bununla bağlı zərərçəkmiş şəxs mətbuat konfransı keçirib.


«Türkiyədə «Ergenekon qalmaqalı» çərçivəsində kütləvi həbslər başlayıb». Türkiyədə baş verən həbslər əksər qəzetlərin diqqət mərkəzindədir.


«Azadlıq» qəzeti yazır ki, həbs edilən şəxslər Türkiyənin mövcud hökumətinə qarşı müxalif mövqeləri ilə tanınırlar: «Atatürkçü Düşüncə Dərnəyi məşhur cümhuriyyət mitinqlərinin əsas təşkilatçısı olub. Onu da qeyd edək ki, kütləvi həbslər dalğası barədə xəbərlər İstanbul birjasında qiymətlərin düşməsinə, xarici valyutanın dəyərinin artmasına səbəb olub».


Hakim Yeni Azərbaycan Partiyasının 4-cü qurultayı ilə əlaqədar olaraq rayon təşkilatlarında konfranslar keçirilir. Belə tədbirlərdən biri də Yevlaxda olub. Bu haqda «Yeni Azərbaycan» yazıb.


Sabit Bağırov «Üç nöqtə»yə deyib ki, «Qazprom» Azərbaycan qazını 300 dollardan baha almaq istəyir. Ekspert onu da bildirib ki, belə qiyməti isə hazırda potensial müştərilərdən heç biri təklif etmək iqtidarında deyil. «Hesab edirəm ki, bu siyasət maddi maraqları gözləməklə yanaşı, beynəlxalq əməkdaşlıq sahəsində balansın gözlənilməsinə də əsaslanır».


XS
SM
MD
LG