Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:42

«Azərbaycanda zəhmətkeşlər həmrəy ola bilmir»


Bakıda 1 May nümayişi, 2007
Bakıda 1 May nümayişi, 2007
Zəhmətkeşlərin həmrəyliyi günü azərbaycanlı zəhmətkeşlər həmrəy ola bilmir. Bunu mayan 1-də «Azadlıq» radiosunun «Xəbər-ətər» verilişinin qonağı olan Əməkçilərin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Sahib Məmmədov deyir.

O, bildirir ki, Azərbaycanda hüquqları pozulanda işçilər heç vaxt birləşə bilmirlər: «Sirr deyil ki, həmkarlar təşkilatları da formal xarakter daşıyır».


Sahib Məmmədov onu da deyir ki, Azərbaycanda işçilər öz hüquqlarını xaotik şəkildə qoruyurlar.


İlk dəfə 1889-cu ildə Parisdə II İnternasionalın konqresində 1 mayın dünya zəhmətkeşlərinin həmrəyliyi günü kimi qeyd olunması barədə qərar qəbul edilib. Qərar 1886-cı il mayın 4-də ABŞ-ın Çikaqo şəhərində 8 saatlıq iş günü tələbilə etiraz aksiyası keçirən və buna görə gülləbaran edilmiş fəhlələrin xatirəsinə həsr olunmuşdu.


İlk dəfə 1 may 1890-cı ildə ABŞ-da və Avropanın bir sıra ölkəsində, bir il sonra isə Rusiyada qeyd olunub. Sovet vaxtında Azərbaycanda da böyük təntənə ilə qeyd edilən bu günü indi yalnız solçu təşkilatların fəalları yada salır.


XS
SM
MD
LG