Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:19

Naxçıvanda «çəpərləmə»


İşçilərin heç özləri də bilmirlər ki, hələ bundan sonra neçə kilometr hasar hörəcəklər
İşçilərin heç özləri də bilmirlər ki, hələ bundan sonra neçə kilometr hasar hörəcəklər


Artıq bir neçə gündür ki, Naxçıvan Muxtar Respublikasında magistral yolların kənarında yerləşən kəndlər hasara alınır. İlk olaraq hasarlama işlərinə Naxçıvan-Babək-Şahbuz magistral yolunun kənarında yerləşən kəndlərdən başlanıb.


Bu yol boyunca Babək rayonunun 7-8, Şahbuz rayonunun isə 15-ə yaxın kəndi yerləşir. Hələlik işlər yolun yalnız bir tərəfində aparılır.


Hasarı çəkən fəhlələr «Azadlıq» radiosuna bildiriblər ki, yol genişləndirilir. Hazırda eni 10 metrə yaxın olan yol 25 metrə kimi genişləndiriləcək. Fəhlələrin dediyinə görə, hasarı da ona görə çəkirlər ki, yol gözəl görünsün.


O da məlum oldu ki, hasarlama işləri yol kənarındakı bütün kəndlərdə aparılacaq. İşçilərin heç özləri də bilmirlər ki, hələ bundan sonra neçə kilometr hasar hörəcəklər.



İki metr hündürlüyündə ucaldılan hasar Naxçıvanda istehsal olunan qırmızı bişmiş kərpicdən tikilir.


Kərpicin bir ədədinin qiyməti 30 qəpiyə yaxındır. Nəzərə alsaq ki, yol kənarında 25-ə yaxın kənd yerləşir, onda hasarlara xərclənən məbləğin xeyli yüksək olduğu ortaya çıxar.


Ancaq bütün cəhdlərimizə baxmayaraq hasarların tikintisinə ayrılan məbləği öyrənə bilmədik.


Muxtar Respublikanın 2008-ci il üçün büdcəsi 216 milyon manata yaxındır. Büdcədən tikintiyə 40 milyon manat vəsait ayrılıb. Bura avtomobil yollarının təmirinə ayrılan məbləğ daxil deyil.








XS
SM
MD
LG