Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 10:34

Avropa Şurasının növbəti hesabatı...


Azərbaycanın Avropa Şurasında təmsil olunması getdikcə simvolik məzmun kəsb edir
Azərbaycanın Avropa Şurasında təmsil olunması getdikcə simvolik məzmun kəsb edir

Avropa Şurası Azərbaycanla bağlı növbəti hesabatını açıqlayıb. Hesabat insan haqları və seçki problemlərini əhatə edir. Bu yaxınlarda ABŞ Dövlət Departamentinin də insan haqları ilə bağlı hesabatı açıqlanmışdı. Məsələyə bu aspektdən yanaşanda hesabatlar bir növ təqvim xarakteri daşıyır. Şuranın növbəti hesabatı iyun ayında açıqlanacaq.


Amma maraqlıdır ki, hesabatlar daha əvvəlki kimi effekt yaratmır. Ən yaxşı halda hansısa dövlət məmuru bu hesabatlara münasibət bildirir.


Belə reaksiyanın səbəbləri çoxdur. Ölkədə insan haqlarını müdafiə təşkilatlarının və müxalifətin fəaliyyəti zəifləyib. 2008-ci il seçki ili olsa da siyasi fəaliyyət demək olar ki, yox dərəcəsindədir. Gürcüstanda və Ermənistandakı siyasi fəallıq fonunda bu, çox qəribə görünür. Bir vaxtlar Azərbaycan müxalifəti özünü MDB məkanında ən güclü müxalifət hesab edirdi. Amma son hadisələr göstərdi ki, yerli müxalifət qiymətləndirmələrdə ifrat dərəcədə şişirtməyə yol verib.


Azərbaycan getdikcə bölgədəki proseslərdən və tendensiyalardan kənarda qalır. Hakimiyyət Avropa Şurasına üzv olmağı böyük güzəşt kimi təqdim edir. Tədricən Azərbaycanın Avropa, yoxsa Asiya ölkəsi olmasının özü mübahisəli xarakter daşıyır. Demokratiya və insan haqları sahəsində praktiki olaraq irəliləyişin olmamasına baxmayaraq, müxtəlif səviyyəli və ünvanlı hesabatlarda hansısa inkişafdan bəhs edilir.


Prinsipcə, seçki dövrü yaxınlaşır. Artıq indidən bu prosesə başlanılmalı idi. Amma hələ ki hər hansı fəaliyyət yoxdur. Seçki təbliğatı ilə demək olar ki, ancaq hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası məşğuldur. Digər partiyaların təbliğat imkanları tamamilə məhdudlaşdırılıb.

Ölkədə söz azadlığının vəziyyəti acınacaqlı olaraq qalır. Jurnalistlərə qarşı təzyiqlər davam edir. Amma hesabatlarda bir neçə jurnalistin əfv edilməsi böyük hadisə kimi qiymətləndirilir. 2003-cü ildən bu vaxta qədər demək olar ki, siyasi aksiyaların və piketlərin keçirilməsinə icazə verilmir. Amma Avropa Şurasının hesabatın müəllifləri parlamentin sərbəst toplaşmaq haqqında qanuna zəruri düzəlişlər edəcəyinə inanır. Bu düzəlişlər nə vaxt ediləcək? Artıq mart ayı bitmək üzrədir. Prinsipcə, seçki dövrü yaxınlaşır. Artıq indidən bu prosesə başlanılmalı idi. Amma hələ ki hər hansı fəaliyyət yoxdur. Seçki təbliğatı ilə demək olar ki, ancaq hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası məşğuldur. Digər partiyaların təbliğat imkanları tamamilə məhdudlaşdırılıb. Ölkədə faktiki olaraq iki müxalifət qəzeti qalıb.


Ancaq bu qəzetlərdə hansısa alternativ fikrə və baxışa rast gəlmək mümkündür. Siyasi partiyalar da vəziyyəti dəyişməyə cəhd göstərmirlər. Hər şey jurnalistlərin öhdəsinə buraxılıb. Cəmiyyətdə də siyasi süstlük hökm sürür. İnsanların siyasətə və siyasi proseslərə marağı yox dərəcəsindədir. «Görünməmiş iqtisadi sıçrayışlar»dan başqa heç nə eşitməyən insanlar fərqli düşüncə axtarışında deyillər. Gündən-günə artan bahalaşma, «qiymət şoku» başqa şey haqqında fikirləşməyə imkan vermir.


Beynəlxalq təşkilatlar ölkədəki inflyasiyanı artıq iki rəqəmli ədədlə ifadə edirlər. İqtisadi inflyasiya ilə yanaşı ölkədə dəyərlərin də inflyasiyası gedir. Nəyin bahasına olursa – olsun həyatla ayaqlaşmaq, şəraitə uyğunlaşaraq nəyəsə nail olmaq – indi insanları daha çox bunlar düşündürür. Şəraiti dəyişmək cəhdi və istəyi yoxdur. Hesabatlarda təbii ki, bunlar öz əksini tapmır. Heç kim Azərbaycanın hansı səmtdə inkişaf etdiyini müəyyən etməyə və proqnozlaşdırmağa çalışmır.


Vaxtilə bəzi rus filosofları yazırdılar ki, günəş şərqdə doğur, qərbdə isə batır, ona görə də şərqlə qərb qovuşa bilməz. Görəsən, Avropa Şurasının ekspertləri və məruzəçiləri necə düşünürlər? Onlar Azərbaycanı harada görürlər? Vaxtilə «şərqin qapısı» adlandırılan ölkə öz qapılarını qərbin üzünə açırmı? Sözsüz ki, hesabatlarda bu cür fəlsəfi suallara cavab verilmir. Hesabatlarda bir qayda olaraq cari faktlar öz əksini tapır və bu belə də olmalıdır. Amma rəsmi hakimiyyət nümayəndələrinin konseptual yazılarında və çıxışlarında daha çox inkişafın Asiya modelinə maraq göstərilir. Hətta belə bir fikir təlqin edilir ki, iqtisadiyyat demokratiya olmadan da inkişaf edə bilər. Bütün bunlar isə onu göstərir ki, Azərbaycanın Avropa Şurasında təmsil olunması getdikcə simvolik məzmun kəsb edir. Azərbaycanlı məmurlar avropalı kimi yaşamağa, asiyalı kimi isə idarə etməyə üstünlük verirlər. Bu tendensiya da hesabatlarda, o cümlədən Avropa Şurasının hesabatında əks olunmasa da, onu getdikcə daha çox azərbaycanlı hiss etməkdədir.


XS
SM
MD
LG