Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:28

Azərbaycanlı hüquq müdafiəçiləri azad edilib


Hüquq müdafiəçiləri Səid Mətinpur və Cəlil Qənilu
Hüquq müdafiəçiləri Səid Mətinpur və Cəlil Qənilu

Aylardan bəri Tehranın «Evin» zindanında ağır şəraitdə saxlanılan azərbaycanlı fəal və hüquq müdafiəçiləri Səid Mətinpur, Cəlil Qənilu və Əlirza Mətinpur yüksək məbləğdə girovla fevralın 27-də zaminə buraxılıblar.


Azərbaycan Məhbuslarını Müdafiə Komitəsi (ASMƏK)-in verdiyi məlumata görə, Səid Mətinpur 500 min, Əlirza Mətinpur 100 min və Cəlil Qənilu 80 min dollar dəyərində mülk girov qoyublar.


Məlumatda bildirilir ki, məhbusları qarşılamaq istəyənlərin izdihamına mane olmaq üçün onları həbsxanadan gizli şəkildə çıxararaq, Tehranın küçələrinin birində xəlvət maşından düşürüblər.


Ötən ilin iyun və avqust aylarında ETTELAAT-ın Zəncanda həbs etdiyi milli fəalların heç birinə indiyədək vəkilləri ilə görüş icazəsi verilməmişdi.


«Amnesty International» beynəlxalq insan hüquqları təşkilatı hər üç fəalın təbii insan haqlarının bərpasını tələb etdiklərinə həbs edildiyini bildirərək, onların vicdan dustağı olduqlarını elan etmişdi.


Beynəlxalq insan hüquqları təşkilatı onların dərhal azad edilməsi tələbi ilə bir neçə təcili bəyanat verib, İran rəsmilərinə dəfələrlə müraciət edib.


XS
SM
MD
LG