Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 10:38

Siyasətin özəllikləri


Seçkidən əvvəl belə təəssürat yaranırdı ki, sanki Ermənistanda ümumiyyətlə müxalifət yoxdur
Seçkidən əvvəl belə təəssürat yaranırdı ki, sanki Ermənistanda ümumiyyətlə müxalifət yoxdur

Ölkələrin demokratiyaya münasibətini müxtəlif yollarla müəyyən etmək olar. Demokratik ölkələrdə seçki ərəfəsi dövr gərgin keçir, seçki bitdikdən sonra isə siyasi mühit sakitləşir, kəskin bəyanatlar, radikal çağırışlar daha eşidilmir. Qeyri–demokratik ölkələrdə isə hər şey əksinə baş verir. Bu ölkələrdə seçkidən sonrakı dövr daha çox diqqəti cəlb edir. Seçkidən sonrakı Ermənistan bütün bu deyilənlərə canlı misaldır. Bir daha əminlik yaranır ki, əgər düzgün seçki narazılıqları azaldaraq ölkədə milli konsensus yaradırsa, qeyri–düzgün seçki əksinə gərginliyi və siyasi qarşıdurmanı daha da artırır. Məhz bunun nəticəsidir ki, Ermənistanda siyasi proseslər səngimək bilmir. Bir tərəfdən rəsmən seçkini udmuş hakim siyasi qüvvə təbrikləri qəbul etməkdədir, o biri tərəfdən də müxalifətin kəskin bəyanatları eşidilməkdə, müxalifət sıralarına qoşulanların sayı artmaqdadır. Hətta belə təəssürat yaranır ki, müxalifət irəlicədən bu situasiyaya hazır olub. Əslində, bu, belə də olmalı idi. Bir çox hallarda vəziyyət tərsinə olur. Müxalifət seçki dövründə uğurlar əldə etsə də, sonrakı dövrlərdə öz səslərini müdafiə edə bilmir. Bu da siyasətin bir özəlliyidir. Siyasət o şəxsləri mükafatlandırır ki, onlar daha tədbirli olur, şəraiti əvvəlcədən qiymətləndirə bilirlər. Bu taktika həm də qarşıdakı rəqibi tədricən məğlub etmək baxımından maraq kəsb edir.


Gürcüstan müxalifəti seçkidən sonra etirazlarla çıxış edəndə bunu gecikmiş qatarın arxasınca qaçmaq kimi qiymətləndirənlər də var idi. Amma siyasi fəallıq və inadkarlıq heç vaxt nəticəsiz ötüşmür. Çox güman ki, Gürcüstan müxalifəti parlamentə seçkilər zamanı revanş götürəcək. Eyni sözləri Ermənistan müxalifəti haqqında da demək olar. Seçkidən əvvəl belə təəssürat yaranırdı ki, sanki Ermənistanda ümumiyyətlə müxalifət yoxdur. Amma qısa müddətdən sonra bu fikirdə olanlar yanıldıqlarını etiraf etdilər.



Siyasət o şəxsləri mükafatlandırır ki, onlar daha tədbirli olur, şəraiti əvvəlcədən qiymətləndirə bilirlər. Bu taktika həm də qarşıdakı rəqibi tədricən məğlub etmək baxımından maraq kəsb edir.

Bu prosesdə sabiq prezident Levon Ter–Petrosyanın rolunu xüsusilə qeyd etmək lazımdır. O, qeyri-demokratik vəziyyətdə demokratik mübarizə aparmaq təcrübəsini sözün əsl mənasında nümayiş etdirdi. Bir çox siyasətçilər vəziyyətin əlverişsiz olduğunu iddia edərək demokratik mübarizədən çəkinir, siyasi tənhalığa qapılırlar. Amma siyasətçinin missiyası məhz demokratik situasiya yaratmaq və bunun üçün mübarizə aparmaqdır. Bu, bütün hallarda təsirsiz ötüşməyəcək. Hətta Ermənistan müxalifəti təkrar seçki keçirilməsinə nail ola bilməsə də, hakimiyyət bundan sonra əvvəlki ilə müqayisədə daha məhdud çərçivədə fəaliyyət göstərəcək. Bundan sonra Ermənistandakı hakimiyyətin güclü müxalifəti olacaq. Bu, seçkinin nəticəsi ilə bağlı rəqəmlərdə də etiraf olunub.


Prosesin regional siyasətə təsiri də az maraq kəsb etmir. Məsələ bundadır ki, seçki prosesi respublikalar üçün beynəlxalq imic yaradır və bu, onlara qarşı olan münasibətə öz təsirini göstərəcək. Konkret olaraq Ermənistana gəldikdə isə ola bilsin, seçkinin nəticələri və seçkidən sonrakı proseslər hakim Ermənistan siyasi elitasına müəyyən qədər təsir etsin. Hakimiyyətin seçkidə əsas opponenti olan Levon Ter–Petrosyan müqayisədə daha mülayim siyasətin tərəfdarıdır. O, seçki prosesində Qarabağ probleminin mərhələli həll variantının tərəfdarı olduğunu, qonşu dövlətlərlə, o cümlədən Türkiyə ilə münasibətlərin qurulmasını istədiyini bildirirdi. Üstəlik, bu detal da aydındır ki, regional siyasətdə ən radikal və mürtəce addımların tərəfdarı olan siyasi qüvvə məhz hakimiyyətdə olan siyasi qüvvədir. Elə bu səbəbdən Qarabağ probleminin nizamlanması ilə bağlı prosesdə uzunmüddətli siyasi pauzanın yaranacağını gözləmək düzgün deyil. Pauza o vaxt yarana bilər ki, Ermənistandakı siyasi proseslər dinc məcradan çıxsın. Amma indiki dövrdə bu tendensiya müşahidə olunmur. Etiraz edən müxalifət özünün dinc addımlar tərəfdarı olduğunu bəyan edir və zor müstəvisinə keçməyəcəyini bildirir. Amma bir detal var ki, danışıqlar prosesi adətən vəziyyətə nəzarət edə bilən siyasi qüvvələr arasında aparılır.


Hazırda Ermənistandakı hakimiyyət vəziyyətə nəzarət edə bilsə də, müəyyən problemlər var. Elə bu səbəbdən Qarabağla bağlı danışıqlar prosesinin vəziyyət tam sakitləşəndən sonra bərpa ediləcəyini demək mümkündür.


XS
SM
MD
LG