Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 10:23

Dünyanın seçimi


ABŞ-da kimin hakimiyyətə gələcəyi Azərbaycan üçün də az əhəmiyyət kəsb etmir
ABŞ-da kimin hakimiyyətə gələcəyi Azərbaycan üçün də az əhəmiyyət kəsb etmir

İndi diqqət mərkəzində olan məsələlərdən biri də dünyanın aparıcı dövləti ABŞ-da keçirilən ilkin prezident seçkiləridir. Bu prosesi həqiqətən də dünyanın seçimi adlandırmaq olar. Seçkilər dünya siyasətinə hansı yeniliklər gətirə bilər? Xarici siyasətdə nə baş verə bilər? Digər ölkələrə münasibət necə dəyişə bilər? Bu suallar aparıcı KİV-lərin əsas müzakirə mövzusudur. Əsl seçkilərə hələ bir xeyli müddət qalsa da bu sualların cavabları artıq indidən aktuallıq kəsb edir.


Məsələni asanlaşdıran detal budur ki, həm respublikaçıların, həm də demokratların liderlik edən nümayəndələri siyasi dəsti-xətti ilə tanınan siyasətçilərdir. Üstəlik, seçkilərin və administrasiyaların çox illik təcrübəsi var. Zaman keçdikcə daxili siyasət məsələlərində olduğu kimi xarici siyasətdə də demokratlarla respublikaçılar arasındakı fərqlər azalır. Ümumi tendensiya budur ki, hər iki siyasi partiya ABŞ-ın bəşəri missiyasını tanıyır və belə hesab edirlər ki, ABŞ dünyadakı proseslərdə aparıcı və mühüm rol oynamalıdır. Məsələ daha çox bu rolun mahiyyətindədir.


Respublikaçılar daha çox enerji və təhlükəsizlik məsələlərinə üstünlük verirlər. Demokratlar isə əməkdaşlıq etdikləri dövlətlərdə demokratiyanın və insan hüquqlarının vəziyyətinə daha həssaslıqla yanaşırlar.



Təbii ki, ABŞ-da kimin, hansı partiyanın təmsilçisinin hakimiyyətə gələcəyi Azərbaycan üçün də az əhəmiyyət kəsb etmir. ABŞ-dakı seçkilərin bu ölkə üçün rolu dualist mahiyyət kəsb edir. Bir tərəfdən həm Azərbaycanda, həm də ABŞ-da seçkilərin eyni vaxta təsadüf etməsi Azərbaycanın hakim dairələrini izafi nəzarətdən xilas edir

Təbii ki, ABŞ-da kimin, hansı partiyanın təmsilçisinin hakimiyyətə gələcəyi Azərbaycan üçün də az əhəmiyyət kəsb etmir. ABŞ-dakı seçkilərin bu ölkə üçün rolu dualist mahiyyət kəsb edir. Bir tərəfdən həm Azərbaycanda, həm də ABŞ-da seçkilərin eyni vaxta təsadüf etməsi Azərbaycanın hakim dairələrini izafi nəzarətdən xilas edir. O biri tərəfdən ABŞ-da kimin prezident olacağı Azərbaycan üçün mühüm maraq kəsb edən məsələlərdən biridir. Faktiki olaraq, Azərbaycan öz daxili seçimini edib. Builki seçkilərdə də Yeni Azərbaycan Partiyasının hakimiyyətdə qalma ehtimalı daha böyükdür. Qalır xarici seçimlə bağlı məsələlər. Təbii ki, ABŞ-da enerji və neft məsələləri ilə bağlı adamın hakimiyyətə gəlməsi Azərbaycanın hakim dairələrinin maraqlarına daha çox cavab verir. Bu rola isə ən çox iddialı olan respublikaçılardır. Amma əvvəlki illərdən fərqli olaraq Azərbaycan öz münasibətini açıqlamır. Prinsipcə, bu münasibətin açıq izhar olnumasına elə bir ehtiyac yoxdur. Ən azı ona görə ki, Azərbaycanın ABŞ-dakı prezident seçkilərinə təsir edəcək diasporası və lobbisi yoxdur. Azərbaycan daha çox belə mövqedən çıxış edir ki, ABŞ-da kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq bu ölkə ilə sıx əməkdaşlıq qurulacaq. Bəs belə bir əməkdaşlığın perspektivi nə qədərdir?


Sözsüz ki, seçkilərin nəticəsindən asılı olmayaraq ABŞ-ın Azərbaycana münasibətində prinsipial dəyişiklik baş verməyəcək. Bunun bir neçə səbəbi var. Birincisi, Azərbaycan ABŞ-ın təhlükəsizliklə bağlı bütün planlarına dəstək verir, sülhməramlı əməliyyatların, demək olar ki, hamısında yaxından iştirak edir. İkincisi, Dağlıq Qarabağ probleminin həllində Azərbaycan ABŞ-ın siyasi dairələrində ciddi narahatlıq yarada bilən siyasət yürütmür. Üçüncüsü, Azərbaycan perspektivli neft və qaz ölkəsidir, üstəlik bu ölkənin coğrafi vəziyyəti elədir ki, o digər ölkələrin də karbohidrogen ehtiyatlarına açar rolunu oynayır. Dördüncüsü, Azərbaycan dünyəvi dövlət quruluşuna malik olan az saylı müsəlman dövlətlərindən biridir. ABŞ-da Azərbaycandakı demokratiyanın vəziyyəti ilə bağlı yaxından tanışlıq var, problemlər onlara məlumdur. Ancaq belə hesab edilir ki, Azərbaycan gənc dövlətdir və demokratiya sahəsində hələ uzun inkişaf yolu keçməlidir. Bundan başqa, Azərbaycanın geosiyasi resursları və manevr imkanları da nəzərə alınır. ABŞ-da gözəl bilirlər ki, Azərbaycan digər böyük ölkə olan Rusiya ilə də normal münasibətlər saxlamağa çalışır və əksər hallarda buna nail olur.


Bütün bunlar təbii ki, ABŞ-ın hər iki partiyasının analitiklərinə və liderlərinə yaxşı məlumdur. Üstəlik, hakim Yeni Azərbaycan Partiyasının daha bir üstünlüyü var. Bu partiya ABŞ-ın həm demokratları, həm də respublikaçıları ilə əməkdaşlıq edib. Ortalıqda müəyyən təcrübə var. Yerli müşahidəçilərin əksəriyyəti məhz buna istinad edərək belə bir fikir söyləyirlər ki, ABŞ-dakı prezident seçkilərinin Azərbaycan və onun hakim siyasi elitası üçün problemli cəhətləri olmayacaq.


XS
SM
MD
LG