Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 16:19

«Azadlığın boğulması bahasına sabitlik»


Azərbaycanın bu il neftdən 30 milyard dollara yaxın gəlir əldə edəcəyi gözlənilir
Azərbaycanın bu il neftdən 30 milyard dollara yaxın gəlir əldə edəcəyi gözlənilir

Azərbaycanda gedən proseslər haqqında «Financial Times»ın yanvarın 25-də çap etdiyi məqalə belə adlanır. Məqalədə Azərbaycan neftə arxalanaraq birtərəfli inkişaf edən iqtisadiyyatı və korrupsiyalarmış hökuməti olan ölkə kimi xarakterizə olunur.


Qəzet 2008-ci ilin Azərbaycan üçün vacib il olacağını vurğulayır. Çünki neftin qiymətinin artması nəticəsində ildə 26 faiz templə dünyanın ən sürətli artan iqtisadiyyatına malik olan Azərbaycanın bu il neft satışı, beynəlxalq konsorsiumdakı benefitlərdən və başqa vergilərindən 30 milyard dollara yaxın gəlir əldə etməsi gözlənilir.


Bütün bunların fonunda İlham Əliyevin zəif müxalifətin müqavimətinə baxmayaraq, ikinci müddətə prezident seçilmək ehtimalları böyükdür.


Qərbli diplomatlarının fikrincə, prezident İlham Əliyev bugünkü durumdan məmnun olsa da, ölkə iqtisadiyyatının ancaq neft sektorundan asılılığından narahat görünür. Amma kasıb da olsa liberal islahatlar aparan qonşusu Gürcüstandan fərqli olaraq Azərbaycan demokratiya, azad bazar münasibətləri və korrupsiya ilə mübarizə sahəsində islahatlar aparmağa meylli görünmür.


«Financial Times»a görə Azərbaycanın ümidi yalnız ona qala bilər ki prezident özü komandasına islahatmeylli gəncləri cəlb etsin. Amma problem ondadır ki, islahata meylli belə modern liderlərin özlərinə də müəyyən limitlər qoyulur və onların güclənməsi hakim komandaya sərf etmir.


Ölkədə korrupsiya ilə mübarizə məqsədi ilə dövlət komissiyası yaradılıb və müəyyən qanunlar qəbul edilsə də bu ölkədə korrupsiyanı azaltmır. Elə buna görə də qeyri-neft sektoruna xarici sərmayədarları cəlb etmək asan olmur.


«Financial Times»a görə Azərbaycanın ümidi yalnız ona qala bilər ki prezident özü komandasına islahatmeylli gəncləri cəlb etsin. Amma problem ondadır ki, islahata meylli belə modern liderlərin özlərinə də müəyyən limitlər qoyulur və onların güclənməsi hakim komandaya da sərf etmir

Qəzet yazır ki, bu ildən Azərbaycanda hüquqi şəxslərin qeydiyyatı üçün bir pəncərə sistemi tətbiq olunub. İndi hansısa firmanı qeydiyyatdan keçirməyə əvvəlki kimi 6 ay yox, cəmi 3 gün lazımdı. Həmçinin iri şirkətlər də qanunla dünya standartlarına uyğun hesabatlar hazırlamağa borcludurlar.


Dünya Bankının Azərbaycandakı nümayəndəsinə istinadən qeyd olunur ki, Azərbaycanda indi iqtisadi islahatların tempi zəifləyib. Amma neftdən varlanan digər ölkələr Qazaxıstan və Rusiya ilə müqayisədə Azərbaycan biznes mühitinin asanlığı reytinqində bir pillə irəliləyib. Ancaq yenə də çox geridədir.


Hökumət anti-inflyasiya tədbirləri gördüyünü iddia edib və birrəqəmli inflyasiyanı qoruyacağına söz versə də, ötən ilin sonunda inflyasiyanın səviyyəsi rəsmi məlumatlara görə 16.4 % olub. Amma bu da həqiqət deyil. Müstəqil hesablamalar göstərir ki, Azərbaycanda real inflyasiya artıq 30 faizi keçir.


Dövlət külli miqdarda vəsait xərcləməsinə baxmayaraq, hələ də həyat səviyyəsinin yaxşılaşdırılması sahəsində uğurlar qazana bilməyib. Paytaxt Bakıdan kənarda yerləşən yaşayış məntəqələrində elektrik-qazın kəsilməsi adi haldır.


Korrupsiyanın səviyyəsinə görə, Azərbaycan «Transparensy International»ın reytinqlərində Rusiyanın ardınca 150-ci yerdədir. Bu göstərici yalnız Orta Asiya respublikalarını qabaqlayır ki, bu da ümidverici deyil. Azərbaycanda azalmayan korrupsiya neft gəlirlərinin xərclənməsində təsirini göstərir.


«Financial Times» vurğulayır ki, neft gəlirləri və ixrac siyasəti Azərbaycana Gürcüstan və Türkiyə kimi qonşularıyla daha sıx münasibətlər qurmağa, İran və Rusiya kimi ölkələrlə daha arxayın və balanslaşdırlmış siyasət aparmağa imkan verir. Azərbaycan hakimiyyəti bu ilin də Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində mühüm məqam olacağını iddia edir.


Amma ölkədə media zadlığı sahəsində ciddi problemlər qalmaqdadır. Prezident ötən ilin sonu 5 jurnalisti əfv etsə də, 3 jurnalist hələ həbsdədir. Üstəlik keçmiş İqtisadi İnkişaf və Səhiyyə nazirləri və başqa siyasi məhbuslar da beynəlxalq təzyiqlərə baxmayaraq azad olunmayıblar.


Müxalifət partiyaları Amerika və Qərbi demokratiyanı enerji və stabilliyə qurban verməkdə ittiham edirlər. Qərb rəsmiləri Rusiyanın əlaltısı ya da İrandakı kimi molla rejiminin idarə etdiyi dövlət modelindənsə indiki kimi sabit və dünyəvi dövlətə üstünlük verdiklərini, sadəcə demokratiyanın inkişafına çalışdıqlarını gizlətmirlər.


XS
SM
MD
LG