Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:22

Norveç səfirliyi də Nəsibovun həbsini pisləyir


Bir sıra beynəlxalq təşkilatlar jurnalistin həbsini pisləyib
Bir sıra beynəlxalq təşkilatlar jurnalistin həbsini pisləyib

Norveçin Azərbaycandakı səfirliyi «Azadlıq» radiosunun müxbiri İlqar Nəsibovun həbsini pisləyir. Bu haqda «Turan» məlumat yayıb. Səfirliyin dekabrın 10-da açıqladığı bəyanatda deyilir ki, diplomatik korpus Azərbaycanda müstəqil KİV sahəsində vəziyyətdən ciddi narahatdır: «Naxçıvanda daha bir jurnalistin həbsi yanlış istiqamətdə atılmış addımdır. Biz bu işdə zorakılıq və hüquq normalarının pozulmasından xüsusilə narahatıq. Gözləyirik ki, Azərbaycan hökuməti ATƏT və Avropa Şurası qarşısında söz azadlığının təmin edilməsi üzrə öhdəliklərinə hörmət edəcək».


Bəyanatda daha sonra deyilir ki, səfirlik bu məsələdə Azərbaycan hökumətinə kömək etməyə hazırdır.


«Azadlıq» radiosunun əməkdaşı İlqar Nəsibov Naxçıvan Şəhər Polis İdarəsinin rəisi Səbuhi Novruzovun iddiası əsasında 3 aylığa həbs olunub.


Bir sıra beynəlxalq təşkilatlar jurnalistin həbsini pisləyib.


XS
SM
MD
LG