Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:46

«Human Rights Watch» Faina Kunqurovanın ölümünü araşdırmağa çağırır


Faina Kunqurova Böyükşordakı müalicə müəssisəsində vəfat edib
Faina Kunqurova Böyükşordakı müalicə müəssisəsində vəfat edib

«Human Rights Watch» beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycan hökumətini Faina Kunqurovanın ölümünün səbəbini araşdırmağa, günahkarı cəzalandırmağa çağırır.


Təşkilatın Cənubi Qafqaz üzrə tədqiqatçısı Ceyn Byukenen «Azadlıq» radiosuna deyib ki, «Human Rights Watch» Kunqurovanın ölümüylə bağlı müstəqil araşdırma aparılacağına ümid edir:


««Human Rights Watch» ümumiyyətlə, Azərbaycandakı vəziyyətdən - vətəndaş cəmiyyəti, söz azadlığı və mətbuatın vəziyyətindən narahatdır. Bu hadisə - fəalın həbsdə ölümü tam araşdırılmalıdır. Ölümün səbəbi tapılmalı, günahkar cəzalandırılmalıdır».


«Human Rights Watch» Azərbaycan hökumətini iqtidar əleyhinə danışan siyasi fəalları təqib etməməyə, söz azadlığına şərait yaratmağa çağırır. Çünki, tənqidi səslər demokratiyanın bir hissəsidir.


XS
SM
MD
LG