Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:40

Srebrenitsada kütləvi güllələmələrin qurbanları dəfn edilib


1995-ci ildə öldürülən 8 minədək müsəlmanın xatirəsinə matəm mərasimi keçirilib
1995-ci ildə öldürülən 8 minədək müsəlmanın xatirəsinə matəm mərasimi keçirilib
Bosniyanın Srebrenitsa şəhərində 1995-ci ildə öldürülən 8 minədək müsəlmanın xatirəsinə matəm mərasimi keçirilib. Onları Bosniya serblərinin qoşunları güllələyiblər. Bu, İkinci Dünya müharibəsindən sonra Avropada törədilən ən ağır hərbi cinayət sayılır.

Potoçarı xatirə mərkəzində, Srebrenitsada qanlı divanın daha 465 qurbanının qalıqları basdırılıb. İndi bu qəbiristanlıqda təqribən 3 min Bosniya müsəlmanı dəfn edilib. Onların hamısı bir həftə içində öldürülüb.


İndiyədək Srebrenitsada qətlə yetirilən bosniyalı kişi və oğlanların 70-dən çox kütləvi məzarı aşkarlanıb. Amma qurbanların əksəriyyətinin meyiti ya tapılmayıb, ya da tanınmayıb.


Cinayətlərin əsas təşkilatçıları – Bosniya serblərinin keçmiş siyasi lideri Radovan Karaciç və general Ratko Mladiç artıq 12 ildir ki, ədalət məhkəməsindən gizlənirlər.


XS
SM
MD
LG