Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 13:23

Fəzail Ağamalının həbs edilməsi barədə istintaqa vəsatət verilib


Hüseyn Abdullayev parlamentdə Fəzail Ağamalı ilə davaya görə, cinayət məsuliyyətinə cəlb edilib
Hüseyn Abdullayev parlamentdə Fəzail Ağamalı ilə davaya görə, cinayət məsuliyyətinə cəlb edilib

Deputat Fəzail Ağamalı barədə həbs-qətimkan tədbiri seçilməsi haqda vəsatət Respublika Prokurorluğuna təqdim olunub. Vəsatəti verən tərəf isə millət vəkili Hüseyn Abdullayevin vəkili Kamandar Nəsibovdur. Vəkil hesab edir ki, Abdullayev haqda açılan cinayət işi əsassızdır və qarşı tərəf cinayət məsuliyyətinə cəlb olunmalıdır.


Kamandar Nəsibov eyni zamanda, Hüseyn Abdullayevin sağlamlıq durumu ilə bağlı da vəsatət qaldırıb. O, təcridxananın müayinəsinə inanmadığını deyir: «Bir cümləlik cavab almışıq ki, guya, vəziyyəti normaldır».


Artıq məsələ ilə bağlı vəsatət Respublika Prokurorluğu və Ədliyyə Nazirliyinin Penitensiar İdarəsinin Səhiyyə Şöbəsinə təqdim olunub. Millət vəkili Hüseyn Abdullayevin bel və mədə ağrılarından əziyyət çəkdiyi deyilir.


Hüseyn Abdullayev martın 16-da parlamentdə deputat Fəzail Ağamalı ilə davaya görə, cinayət məsuliyyətinə cəlb edilib və barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Qərardan verilən apellyasiya şikayəti təmin olumayıb.


XS
SM
MD
LG