Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 13:22

Fəzail Ağamalının cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı vəsatət veriləcək


Abdullayev saxlanma şəraitindən, təcridxanada ona olan münasibətdən şikayət etməyib
Abdullayev saxlanma şəraitindən, təcridxanada ona olan münasibətdən şikayət etməyib

Millət vəkili Fəzail Ağamalının cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı deputat toxunulmazlığı ləğv edilən Hüseyn Abdullayevin vəkili Kamandar Nəsibov Baş Prokurorluğa vəsatət verəcək. Cənab Nəsibov «Trend» Agentliyinə bildirib ki, Abdullayevin həbsində heç bir siyasi motiv yoxdur və münaqişənin səbəblərini də istintaq araşdıracaq.


Fəzail Ağamalı isə məsələni şərh vermək istəməyib.


Vəkil həmçinin Nəsimi Rayon Məhkəməsinin qərarından martın 27-də apellyasiya şikayəti verəcəklərini deyib. Şikayətdə H.Abdullayev barədə seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı və ya zaminə buraxılıma qətimkan tədbirləri ilə əvəzlənməsi xahiş olunur.


Kamandar Nəsibov onu da bildirib ki, Abdullayevin tibbi müayinədən keçirilməsi ilə bağlı Baş Prokurorluğa verdiyi vəsatət təmin olunub. Bu günlərdə onun tibbi müayinədən keçirilməsi gözlənir. Vəkilin sözlərinə görə, Abdullayev uzun müddətdir bel ağrılarından əziyyət çəkir.


Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov isə 1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanan Hüseyn Abdullayevlə gürüşüb. Behbudov bildirib ki, Abdullayev saxlanma şəraitindən, təcridxanada ona olan münasibətdən şikayət etməyib.


H.Abdullayevin deputat toxunulmazlığı Baş prokurorun təqdimatı ilə Milli Məclisin martın 19-da keçirilmiş növbədənkənar iclasında ləğv olunub və həmin gün məhkəmənin qərarı ilə həbs edilib. Abdullayev hazırda Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanır. Onun barəsində Cinayət Məcəlləsinin 132-ci (döymə) və 221.2.2-ci (xuliqanlıq maddələri) ilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb və istintaq aparılır.


XS
SM
MD
LG