Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 13:17

Hüseyn Abdullayevin Prokurorluqda saxlandığı deyilir


Ziddiyyətlərə görə, Hüseyn Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi yaradılmayıb
Ziddiyyətlərə görə, Hüseyn Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi yaradılmayıb

Vəkil Ramiz Zeynalov «Azadlıq» radiosuna Hüseyn Abdullayevin hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını təsdiq edib. O, deyir ki, deputat hazırda Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindədir: «Müstəntiq Fikrət Mahmudov onu dindirməyə hazırlaşır». Vəkil bildirib ki, Hüseyn Abdullayevin dindirilmə prosesində iştirak etmək üçün Respublika Prokurorluğundan razılıq alıb.


Hüseyn Abdullayevin valideynləri tərəfindən ona vəkil tutulan Ramiz Zeynalov deyir ki, deputatın həbsində heç bir siyasi motiv yoxdur. Bu fikir Hüseyn Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin yaradılmasına həsr olunmuş mətbuat konfransında birmənalı qarşılanmayıb. «Gündəlik Azərbaycan» qəzetinin redaktoru Eynulla Fətullayev Hüseyn Abdullayevin həbsini birmənalı «siyasi sifariş» adlandırıb: «Hüseyn Abdullayev şənbə və bazar günləri mənə zəng edib deyib ki, həbs olunacağını bilir. Bu, siyasi təxribatdır».


Vəkilin fikrincə isə, bu hadisənin siyasətlə heç bir əlaqəsi yoxdur və Hüseyn Abdullayev hazırda yalnız iki millət vəkili arasında olan insidentə görə, saxlanıb: «Mən Hüseyn Abdullayevin valideynləri adından danışıram. Buna siyasi don geydirmək lazım deyil».


Bu ziddiyyətlərə görə, Hüseyn Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi yaradılmayıb.


XS
SM
MD
LG