Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:28

Üzeyir bəy Hacıbəyli. "Millətpərəst"


Bilmirәm, vallah, doğrudurmu, yalandırmı amma belә danışırlar ki, bu zamanlarda ölkәmizin narodnı direktorları bir cürә mәzәli vә ağla gәlmәyәn vasitә tapıbdılar ki, onunla hәr bir mәxfi vә gizli әhvalatı bilirlәr. Mәsәlәn, bu gün müәllimlәr bir yerә yığılıb, millәti irәli aparmaq üçün söhbәt edirlәr.

Belә söhbәt ki, "sair adamların" ondan xәbәrdar olmağı yaxşı deyil. Qәrәz, müәllimlәr söhbәtlәrini elәyib arxayınca dağılırlar ki, bәli hәr nә ki danışmışıq palaz altında qalacaqdır. Amma sabahı günü baxıb görürsәn ki, hәmin söhbәt palaz altından qaçıb, bәndbәbәnd narodnı direktorun qulağına giribdir!...

Belә rәvayәt elәyirlәr ki, bu işdә casus ... (yox, dilim dolaşdı) cadükünlük vardır.

* * * * *

Casusluq, filanlıq o yanda dursun, amma bu saat bizim hamımız elәdir ki, hәrәnin başından bir avaz keçir. Birdәn görürsәn, birisi adını "millәtpәrәst" qoyub, başlayır tәpәsinә adam yığmağa. Adam da yığılır, çünki yazıqlar nә qayırsın?! Deyirlәr ki, bәlkә özümüzә bir nicat yolu tapaq.

Qәrәz, elә ki hәrif camaat içindә özünә bir "ali mәqam" qayırdı vә yerini "rahatladı", haman dәm tәbәәlәrinә elan elәyir ki, bәs, sözün doğrusu, siz gәrәk mәnә nökәrçilik edәsiniz vә mәni dә hәqiqi ağa bilib, barmağımı qalxızanda xoruz kimi banlayasınız.

Bunlar bu cür tәklifdәn bir qәdәr şübhәyә düşürlәr vә bilmirlәr ki, nә qayırsınlar, amma yenә dә bir müddәt xoruz kimi banlamağa başlayıb deyirlәr ki, qoy görәk nә olacaqdır.

Lakin axırda baxıb görürlәr ki, yox, "millәtpәrәst" ağanın fikri meymun oynatmaq vә nahaq yerә xalqı әlә salmaq imiş.... Ona görә birdәn hәrif baxıb görür ki, meydanda tәk qalıbdır.
XS
SM
MD
LG