Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:33

Üzeyir bəy Hacıbəyli. Lal qaydası


Dünәn "Proqress" qәzetinin 46-cı nömrәsindә oxudum ki, guya Gәnçә quberniyasının mәktәb direktoru Levitski uçitellәrә kağız göndәrib deyir ki, " ... gәrәk uşaqlara mәnim kitabımdan dәrs deyәsiniz". Bu belә.

İndi gәlәk cәnab Levitskinin kitabına. Cәnab Levitskinin kitabı üzdәn iraq, urus uşaqlarına yaraşan bir kitabdır, ancaq bütün rus Levitskilәri müsәlman uşaqlarını da gәlәcәkdә urus hesab elәdiklәrinә görә, haman kitabı müsәlman uşaqlarına da oxutmaq istәyirlәr. O kitabdan müsәlman uşaqdarına dәrs verәn uçitel gәrәk müsәlmanca bir söz danışmasın. Yәni özünü elә göstәrsin ki, guya heç әbәdәn müsәlmanca bir söz bilmir vә dәrsi dә "lal qaydası" ilә versii. Bu da belә.

İndi gәlәk "lal qaydasına".

"Lal qaydası" odur ki, mәsәlәn, hәrgah, Molla Taraqqa gәlib onu görә vә görәndәn sonra da kәlib camaata deyә ki, "eviniz yıxılıbdır, uşaqlarınız bәdbәxt oldu"--deyәrәm ki, kişinin haqqı var, sözü dә doğrudur.

"Lal qaydası" bax bu cürdür:

Uçitel daxil olur otağa vә istәyir ki, dәrs desin, özü dә gәrәk müsәlmanca bir söz danışmasın, baxır Levitskinin kitabına, görür yazılıbdır ki: "Ya rıdayu", yәni mәn hönrüküb ağlayıram. Uçitel istәyir bu sözlәri uşaqlara qandırsın, özü dә gәrәk müsәlmanca bir söz danışmasın, ona görә uçitel cibindәn bir dәsmal çıxardıb başlayır ağlamağa vә uşaqlardan rusca soruşur: "İşto ya delayu?".

Uşaqlar qalır mәәttәl vә bilmirlәr ki, uçitel nә soruşur, ona nә olubdur, ölәn kimdir. Uçitel yenә ağlayır vә yenә uşaqlardan soruşur ki, işto ya delayu? Özü dә gәrәk müsәlmanca bir söz danışmasın. Uşaqlar yenә qalırlar belә, bilmirlәr ki, uçitelin kimi ölübdür, tәqsir kimdәdir? Uçitel dә bu tәrәfdәn qısnayıbdır ki: "İşto ya delayu?". Yәni mәn nә qayırıram. Özü dә gәrәk müsәlmanca bir söz demәsin. Axırda uşağın biri barmağını qalxızır, uçitel sevinir vә rusca deyir ki, "Nu-ka, işto ya delayu?" Uşaq durur ayağa vә müsәlmanca deyir ki, Mirzә qarnım ağrıyır, qoy çıxım çölә!

Uçitelin bәrk acığı tutur, özü dә gәrәk müsәlmanca bir söz danışmasın, tüpürür yerә vә o baş-bu başa gәzinib, uşaqlara rusca deyir ki, "Ya rıdayu!", yәni mәn hönkürürәm. Uşaqlar da deyir ki, "Ya rıdayu". Amma, uçitel buna razı olmur, çünki uşaqlar kәrәk desinlәr ki, "Tı rıdayeş", yәni sәn hönkürürsәn. Uşaqlar da bunu bilmirlәr vә uçitel dә gәrәk müsәlmanca bir söz danışmasın, vaxt keçir, uçitel çığırır, uşaqlar qanmır, dәrs qalır....

Axırda uçitel deyir: "Tı rıdayeş", yәni sәn ağlayırsan, uşaqlar da bunu deyir, uçitelin bir az keyfi açılır. Dәsmalı gözünә bir dә tәzәdәn tutub hönkürür vә rusca soruşur ki, mәn nә qayırıram? Uşaqlar da deyir: Mәn nә qayırıram? Uçitel yenә qalır belә, uşaqlar da qalırlar belә.

Uçitel deyir ki, sәn ağlayırsan, uşaqlar da deyir ki, sәn ağlayırsan, uçitel soruşur ki, mәn nә qayırıram? Uşaqlar da deyirlәr ki, mәn nә qayırıram? Uçitel deyir ki, sәn hönkürürsәn, uşaqlar da deyir ki, sәn hönkürürsәn? Uçitel çox bikef olur, özü dә gәrәk müsәlmanca bir söz demәsin. Bu vaxt şkol zәngi çalınır, uşaqlar durub otaqdan elә qaçırlar ki, guya bunları tutub tәlәyә salmışdın. Vә sonra evlәrinә gedib, analarına deyirlәr ki, bu gün şkolda ağlaşma vardı. Anaları soruşur ki, bir zad yox idi ki? Deyirlәr yox. Deyirlәr ir dә olsa bizә dә xәbәr verin, gedәk biz dә ağlayaq, savabdır. Onlar da deyirlәr ki, yaxşı.

İndi haman "lal qaydası" bax budur ki, nümunәsini göstәrdim. Ancaq cәnab Levitskiyә demәlidir ki, balam, hәr gah kitabını satmaq istәyirsәn, get bir özgә bazar tap, yoxsa bizim uşaqlar indi elә biclәşiblәr ki, hәrgah bir dә onlar görsәlәr uçitel gәlib ağlayır, gedib analarını çağırıb sәnin kitabının üstündә ağlaşma qurarlar.
XS
SM
MD
LG