Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:48

Üzeyir bəy Hacıbəyli. Cəmiyyətin ağası


Rus yazıçılarından Krılov deyir ki; vay o gündәn ki, çәkmәçi şәkәrçörәyi bişirә, şәkәrçörәyi bişirәn dә çәkmә tikә.

* * * * *

Bizim işlәrimizin axırından heç bir nәticә hasil olmamağının hikmәti haman bu sözlәrlә mәlum olur. Görürsәn, bir cәmiyyәt qurduq. Bәli, bu cәmiyyәtә bir nәfәr tәdbirli vә ağıllı bir sәdr, yaxşı iş görәn vә işbacaran idarә lazımdır. Kimi seçmәk?



Baxırıq görәk, içimizdә kim iş görәndir? Tәdbir sahibidir? Xeyr, kim "ağa"dır? Tez "ağa"nın әtәyindәn yapışırıq ki, cәmiyyәtimizә sәdr ol! "Ağa" deyir: "Camaat, mәni bağışlayın, sözün doğrusu, mәn bu işin öhdәsindәn gәlә bilmәrәm".

Biz deyirik: Xeyr! Bu nә sözdür, bu nә tәvazödür. Dünyada heç bir iş ola bilәrmi ki, sәn onun öhdәsindәn gәlә bilmәyәsәn?! Sәn hәr bir şeyi bacaransan, çünki sәn ağasan!

"Ağa" deyir: Vallah mәn bacaran iş deyil.

Biz deyirik: Sәn bacarmayan iş yoxdur.



"Ağa" deyir: Vallah, mәni bağışlayın.

Biz deyirik: Yox, sәn bizi bağışla vә millәt naminә bu işi qәbul et! Yazığın gәlsin bu yetim qalmış millәtә, yazıqdır, bikәsdir, binәvadır.

"Ağa"nın ürәyi boşalıb, işi qәbul edir.

Sonra "ağa" qalır öz ağalığında, işlәr qalır öz işliyindә, biz dә şad oluruq ki, "ağanı" iş başına seçdik. Yoxsa, onu seçmәsәydik, bizdәn inciyәrdi.

Günlәrin bir günü bir fağır kişi görür ki, bir nәfәr "millәtpәrәst" Yevropa mehmanxanalarının birindә әylәşib öz-özünә kef edir. Fağır bunun yanına gәlir ki, bәlkә buna da bir şey versin.

Millәtpәrәst ağa soruşur:

-- Nerәdәn gәlirsәn?

Deyir:

-- Sәnin ölkәndәn!

-- Nә var, nә yox?

-- Şükür allaha, hamı sağ vә salamat olub, ağanın ömrünә duagüdürlər.



A ğ a -- Mәnim tәsis elәdiyim cәmiyyәti gördünmü?

Fa ğ ı r -- Bәli, gördüm. Heç onun kimi iş görәn cәmiyyәt olmaz.

-- Cәmiyyәtin qәzetini gördünmü?

-- Bәli, gördüm. Minlәrcә müştәrisi var idi.

-- Cәmiyyәtin mәktәbini gördünmü?

-- Bәli, gördüm, onun kimi müntәzәm mәktәb görmәmişdim.

-- Mәktәbdә oxuyan uşaqları gördünmü?

-- Bәli, gördüm. Bülbül kimi dәrs oxuyurdular.

"Millәtpәrәst" ağa bu sözlәri eşidib kefinә mәşğul oldu.

Amma fağıra bir şey vermәdi. Onun әvәzindә mehmanxanaya daxil olan bir nәfәr oğlan uşağına bir dәnә qızıl bәxşiş elәdi. Fağır әhvalatı belә görüb dedi:

-- Hәrgah sizin mәktәbin uşaqları dağılmasaydılar, bu uşağa çox oxşardılar.

A ğ a tәәccüblә:

-- Mәgәr mәktәbimin uşaqları dağıldı?

-- Bәli.

-- Nә üçün?

-- Çünki mәktәb bağlanandan sonra uşaqlar daha daqıldılar.

A ğ a: -- Mәgәr mәnim mәktәbim bağlandı ki, uşaqlar dağılırlar?

-- Bәli!

-- Nә üçün?

-- Çünki mәktәbә xәrc olan pulları verdilәr qәzetinizin iştiraf xәrcinә vә qәzet bağlandıqdan sonra o pul da batdı.

-- Mәgәr qәzet bağlandı?

-- Bәli!

-- Nә üçün?

-- Cәmiyyәtinizin әzasından birisi danos yazmışdı, onun üçün!

-- Mәgәr cәmiyyәtimin içindә danosyazan oldumu?

-- Bәli, oldu.

-- Nә üçün?

-- Çünki cәmiyyәt bağlandıqdan sonra o biri әzalar cәmiyyәt pulunu öz aralarında bölüşdürüb, ona heç zad vermәdilәr. O da danos yazdı.

-- Mәgәr cәmiyyәt dә bağlandı?

-- Bәli.

-- Nә üçün?

-- Çünki cәmiyyәtin sәdri qoyub qaçandan sonra әzalar dedilәr ki, bizә nә düşübdür?

"Millәtpәrәst ağa" bu әhvalatı eşidәn kimi әllәrini göyә qaldırıb:

-- Allah, sәnә çox şükür, qayğıdan qurtardım! -- deyib fağır kişiyә bir çox mücdә pulu verdi.
XS
SM
MD
LG