Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:27

Mitinq öncəsi həbslər davam edir


11 mart aksiyası
11 mart aksiyası
KXCP FƏALI 7 SUTKA ALDI

KXCP-nin Yevlax rayon Şöbəsinin üzvü Xanlar Laçınov Yevlax rayon Məhkəməsinin qərarı ilə 7 sutka azadlıqdan məhrum edilib.

Bu haqda AzadlıqRadiosuna partiyanın Yevlax Şöbəsindən bildiriblər.

QAZAXDA MÜXALİFƏTÇİLƏR POLİSƏ ÇAĞIRILIB


«Müxalifət partiyalarının bəzi üzvlərinin evində axtarış keçirilib, bəziləri polis şöbəsinə çağırılıb».

Bu barədə AzadlıqRadiosuna Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Qazax rayon şöbəsinin rəisi Xaləddin Abudalov məlumat verib.

O deyir ki, aprelin 1-də müxalifət partiyalarının rayondakı üzvləri Qazax rayon Polis Şöbəsinə çağırılıblar. Şöbədə rəis müavini müxalifətçilərə Bakıda keçiriləcək mitinqlərə getməmək kimi tövsiyələr verib.

Qazax rayon Polis İdarəsinin rəis müavini Feyruz Babayev isə deyilənləri təkzib edir:

«Bu, tam yanlış məlumatdır. Bir-iki nəfər tanışım şəxsi işləri ilə bağlı özləri gəliblər mənim yanıma, öz problemləri ilə bağlı söhbət etmişik, çıxıb gediblər».

F. Babayev aprelin 1-də ümumiyyətlə, müxalifət partiyalarının üzvlərinin şöbəyə gəlmədiklərinin deyir.

AXCP RƏYASƏT HEYƏTİNİN ÜZVÜ DƏ SAXLANILIB


Gecə saat 3 radələrində polis AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənlini Şəmkirdə dostunun evindən aparıb.

Bu barədə AzadlıqRadiosuna AXCP sədrinin köməkçisi Faiq Əmirov məlumat verib.

Ş. Həsənlinin yaxınlarına heç bir məlumat verilmir.

Şəmkir rayon Polis İdarəsinin növbətçi hissəsindən isə bildiriblər ki, rəhbərlik yas mərasimindədir, onlar qayıtdıqdan sonra məlumat verə bilərlər.

RÖVŞƏN NƏSİRLİ 9 SUTKA HƏBS ALDI


Martın 31-də gənc fəal Rövşən Nəsirliyə Yasamal rayon Məhkəməsi 9 sutka həbs cəzası verib. O, polisə müqavimətdə ittiham olunur.

Bu barədə aprelin 1-də AzadlıqRadiosuna jurnalist Şahvələd Çobanoğlu bildirib.

Dünən polis R. Nəsirlini və qardaşını evdən zorla çıxarıb aparıb. Yasamal rayon Polis İdarəsi bu barədə məlumatsız olduqlarını bildirib.

Aprelin 1-də həmçinin, R. Nəsirlinin 11 Mart «Böyük Xalq Günü» aksiyasında tutulması ilə əlaqədar apelyasiya şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib.

KXCP ÜZVLƏRİNİN SAXLANDIĞINI DEYİR


Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) bildirir ki, partiyanın Şirvan şəhər şöbəsinin sədri Əli Bəşirli və fəalı Şükür İzzətoğlu, Yevlax rayon şöbəsinin fəalı Xanlar
Laçınov
və Qazax rayon şöbəsinin rəhbərləri olan Şöhrət Məmmədov
Məqsəd Mirzəyev saxlanılıb. Onları müvafiq rayon polis idarələrinə aparıblar:

«Polis onları 2 aprel mitinqinə getməmələri ilə bağlı xəbərdarlıq edib. Hazırda müxalifətçilər polis idarəsində saxlanılırlar».

Şirvan şəhər Polis İdarəsindən və Qazax rayon Polis İdarəsindən isə AzadlıqRadiosuna deyiblər ki, bu adda şəxslər idarələrə gətirilməyib.

DÜNƏN DƏ TUTULANLAR OLUB
XS
SM
MD
LG