Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:40

Mustafa Çəmənli. Ruhların üsyanı (2)


Əvvəli


Yazıq Fətəli şahın dərdi başından aşırmış, zarafat deyil, o boyda ölkə, böyük bir külfət... Amma düşmənlərinin şər-böhtanı deyilsə, deyirlər bu İran şahı əntiqə bir hovuz tikdiribmiş, hovuzun ətrafında çəmənlikdə xalçalar döşətdirib, üstünə döşəklər, mütəkkələr düzdürüb istirahətlə məşğul olmağı çox xoşlayırmış. Sulu qəlyan da damağında. Arvadları da sağ-solunda. Bu su sonası kimi xanımlar şahın istəyilə lümlüt soyunub özlərini atırmışlar hovuza. Beş günlük dünyadı... Şah da baxıb zövq alırmış. Hətta arabir can dəftərini açıb şeir də yazırmış. Amma bir kərəm vüsalına yetmədiyi, ancaq xətrini əziz tutduğu baş hərəmi, İbrahimxəlil xanın qızı, şairə Ağabəyim ağa Ağabacıya böyük bir şeir dəftərini verib deyir ki, "Oxu, bəyənmədiyin şeirin üstünə barmağını qoyarsan". Ağabəyim ağa da şahın şeirlərini oxuyub, dəftəri çevirir və şəhadət barmağını qoyur üstünə. Şah başına döndüyüm də qulaqlarına qədər qızarır.

... Allah, sən saxla. Adamın başı da çox möcüzəli bir şeymiş ha. İndi mən yazıq neyləyim ki, televizorda Şuşaya baxdığım, Köçəryan "qaqaşın" sifətindəki adama od qoyan o ironiyadan od tutub yandığım yerdə xəyalım uçub keçmişə, İran şahı Fətəli şah Qacarın sarayına. O əziz canınız haqqı, məndə zərrəcə günah yoxdur. Hamısı bu çiynimizdə qərar tutmuş bəzəkli "qarpızdadı". Bir balaca ki qurdaladın, gərək gecə-gündüz oturub xəyala dalasan, xəyalın sənə qaytardığı o olmuş işlərə tamaşa eləyəsən.

Mətbəxdən arvadağamın səsi gəldi:

- Xeyir ola, yenə xəyalın dağda-arandadı. Ay evi yıxılmışın oğlu, xalq-xalq deyə-deyə ömrünü çürütdün. Bir gör nə gündəsən. İndi kitab-dəftərə qiymət verən var? Dur get barı o "qul bazarı"na, bir usta tap gətir. O su bakını düzəltdir. Xarabaya su da çıxmır.

Fikirli olduğumdan, əvvəl-əvvəl əziz-xələf arvadımın nə dediyini başa düşmədim:

- O nə qul bazarıdı elə? Belə bazar da var? Qul satırlar? Quldarlıq dövrü-zaddı bəyəm?

Arvadağa əlində qab dəsmalı gəlib mat-mat üzümə baxdı:

- Ayıl, özünə qayıt, ay Mətləb. Yazıqsan, bizi də yazıq günə qoymusan. Dilim-ağzım qurusun, havalanıb-eləyərsən. Yox, qul bazarında qul satmırlar, işsizlərdi də, müştəri gözləyib, ona-buna yarayırlar. Odur ey, "Xalqlar dostluğu"nun yanında toplaşıblar, indiki dövrdə qul olmaz, amma oraya camaat arasında belə deyirlər.

- Söz danışdın da sən də. Bu qar-qiyamətdə "qul" hardadı, usta hardadı?

- Ağzında "qul" deyirsən. "Qul" üşüməz, üşüməyə haqqı yoxdu. Çünki evdə arvad-uşaq çörək gözləyir axı. Sənə baxma. Sən quru bəysən, quru bəy!

- Səhvin var, bəy döyüləm, amma qul olmağa da halım yoxdur. Qoy qar kəssin, gedib usta tapıb gətirərəm.

Arvadağa arxayınlaşıb mətbəxə keçdi.

Qarın isə kəsməklə arası yoxdur. Mənim isə yaddaşımda yayın lap qorabişirən çağıdır. Qoca tacir Dərbənd bazarından 39 qul almışdı, adətə görə də qırxıncı qulu qul sahibi ona bağışlamışdı. Bu bir adət idi. Ona bağışlanan bu qul yaşca aldığı qulların hamısından balacaydı, özü də arıq-sısqa bir uşaq idi. Tacir balaca qula baxıb istədi sahibinə qaytarsın ki, neynirəm bunu, ayaq üstə ölür. Amma uşağın ona zillənmiş ifadəli iri gözlərinə baxanda fikrindən daşındı.

Qul arabaları Hələbə tərəf yol gedirdi. Ayın işığında ətrafdakı hər şey sirli-sehrli görsənirdi. Kol-kosa soxulmuş cırcıramalar, böcəklər öz dillərində yorulmaq bilmədən oxuyurdular.

Qul arabaları tozlu yolla irəliləyirdi. Bağdadda onları nə gözləyirdi, ora sağ-salamat çatacaqdılarmı — arabadakılar ancaq bu barədə düşünürdülər. Onlar artıq öz taleləri ilə barışıb susmuşdular. Qul tacirinə hədiyyə verilmiş qırxıncı qul arabaya hamıdan axırda mindiyindən yeri arabanın lap arxasına düşmüşdü.

O, susaraq ətrafa baxırdı. Ora-bura qaçışan dovşanları görəndə balaca qulun arıq, qarayanız sifətində xəfif bir təbəssüm işarırdı. Ancaq bu təbəssüm işığı dərhal da sönürdü. Ata-anası basqınçılar tərəfindən öldürülmüş bu balaca qulun bu dünyada daha sevinib-şadlanmağa heç nəyi yoxdu. Nəyə sevinəydi, nəyə güləydi! Tanrı ona heç olmasa cəlbedici bir boy-buxun da verməmişdi ki, sabah onu da almağa can atan bir insan tapılaydı.

Qoca tacir ən qabaqdakı arabanın önündə dəvənin üstəydi. Hərdən onun zümzüməsi eşidilirdi. Deyəsən, qoca tacir yuxusunu qaçırmaq niyyətilə oxuyurdu. Onun bu zümzüməsi yorğun qullara sanki layla çalırdı. Hərdən canavar ulartısı da eşidilirdi. Qullar bir an bu məşum səsdən diksinib göz qapaqlarını qaldırıb key-key ətrafa baxıb, təzədən yuxulayırdılar.

Birdən qoca tacir nəsə bir tappıltı səsi eşitdi. Ətrafa boylandısa da, əhəmiyyət vermədi. Xeyli getmiş arabaları dayandırıb satın aldığı qulları özü bir-bir nəzərdən keçirəndə qırxıncı qulu yerində görmədi. Dəvəsini geri sürdü. Qırxıncı qul yuxulu-yuxulu arabadan necə düşmüşdüsə, eləcə yolun tən ortasında qalmışdı. Qoca tacir uzun qamçısının ucuyla balaca qulu dümsüklədi:

- Ölməyəsən səni. Qalx ayağa! Yönlü zibil olsaydın, qul alverçisi səni mənə bağışlamazdı.

Balaca qul ayağa qalxıb müti halda ağasının qarşısında dayanmışdı. Daha doğrusu, dəvənin. Tacirin dəvəsi yorulmaq bilmədən çənəsini oynadırdı.

Qoca tacirin yerində donub qalmış balaca qula nədənsə bir an rəhmi gəldi.

- Adın nədi? - soruşdu.

- Eldəniz.

Qoca tacir onu bir daha süzüb "adına bax, özünə bax" düşündü.

- Yeri min arabaya.

Eldəniz ay işığında ağaran tozlu yolla xeyli aralıda dayanmış arabalara doğru yeridi.

Tacirin dayanıb səhərin açılmasını gözləmək fikri yox idi. Sərinkən yolu başa vurmağa çalışırdı. Gündüz göydən sanki od yağırdı. Adam başını soxmağa kölgəlik axtarırdı.

Qoca taciri də hərdən elə dəvənin üstündəcə huş aparırdı. Bu dəfə dəvənin fınxırtısına mürgüdən gözünü açdı. Qara nər nə üçünsə narahat idi. Əyri boynunu bir az da əyərək yerindən tərpənmirdi. Tacir dizləri ilə nəri mahmızlasa da, xeyri olmadı. O, birdən ay işığında yolun tən ortasında quyruğu üstə şahə qalxmış iri gürzə ilanını gördu. Canından xəfifcə bir üşənti keçdi. İlan yerindən tərpənmirdi, tez-tez haça dilini çıxarıb şəffaf gözləri ilə düz qoca tacirə baxırdı. Qoca tacir elə nərin üstündəcə uzun qamçısını şaqqıldatmağıyla şahə qalxmış gürzəni kənara atmağı bir oldu. Gürzə şappıltı ilə yerə düşdü və bir an sonra sürünərək tikanlığın içində görünməz oldu. Bu mənzərəni seyr edən qullar arxayınlaşıb gözlərini təzədən yumdular.

Arabalar beşik kimi yırğalanırdı. Hərdən arabanın təkərləri çala-çuxura düşüb qulları yuxudan oyadırdı. Amma yorğun qullar tezcə də yuxuya gedirdilər. Bəlkə də onlar heç vaxt bu gecəki qədər yatmayacaqdılar. Ağzında qul deyirsən, qul nədi, yatdı nədi.

Bir neçə ağac getmiş, tacir nərin ovsarını dartdı. Yenə qulları bir-bir gözdən keçirməyə başladı. Sonuncu arabaya yaxınlaşanda qəzəbdən sifətinə qan doldu. Eldəniz arabada yox idi.

Tacir nərə bir qamçı çəkdi. Qəfil qamçıdan diksinən qara nər irəli sıçradı. Yenə həmin mənzərə idi. Eldəniz yolun tən ortasında yıxılıb qalmışdı. Elə yatırdı, elə bil yumşaq yorğan-döşəkdə idi. Qoca tacirin qamçısı şaqqıldadı, amma yenə bu balaca qulu vurmağa onun əli gəlmədi. Balaca qul isə yenə toz-torpağın içindən qalxıb gözlərini ovuşdurdu. O, bu dəm ağasından hər cür cəza gözləyirdi. Gecənin bir aləmində, kəndlərdən, şəhərlərdən uzaq bir yerdə bu balaca qulun səsinə səs verən kim olacaqdı ki? O, yenə də qoca tacirin qabağında dayanıb ona veriləcək cəzanı gözləyirdi. Tacir isə nə səbəbsə, yenə ona cəza vermədi. Onu balacalığınamı, cılızlığınamı bağışladı, Allahdanmı qorxdu, bilmədi, ancaq qoca tacir onu vurmaq üçün göyə qaldırdığı qamçısını astaca endirdi.

- Eldəniz, bir də arabadan düşsən, səni qoyub gedəcəm! - dedi. - Eşitdinmi?

- Eşitdim, ağa.

- Bax, deyirəm, bir də belə eləsən, səni qoyub gedəcəm, sən də qurd-quşa yem olacaqsan.

Uzaqlarda yenə canavar uladı. Elə bil o da tacirin dediklərini təsdiq eləyirdi. Eldəniz yerə baxa-baxa arabalara doğru getdi. Ay işığında onun tozlu yolda yalın ayaqlarının ləpirləri aydınca görünürdü. Qoca tacir qara nərini onun ləpirlərinin üstü ilə sürürdü. Arabaya çatanda tacirin köməkçisi özünü yetirib onu bir göz qırpımında yerdən qaldırıb arabanın arxasına atdı.

Tacir ona bir də tapşırdı:

- Bax, sənə dediklərim yaddan çıxmasın.

Sonra qara nərini qabağa sürdü. Arabalar da onun arxasınca yerindən tərpəndi.

Eldəniz Allaha yalvardı ki, daha onu yuxu tutmasın. Əgər onu yuxu tutsaydı, yenə də yumalanıb düşəcəkdi yerə. Ağası sözünün sahibi olsaydı, qurd-quşa yem olacaqdı.

Eldəniz gözünə dolmuş yuxu ilə bacarmırdı. Doğrudan da, düz demişlər, yuxu baldan şirin imiş. O, indi bu balın lap içindəydi. Nə qədər yol getmişdilər xəbəri olmamışdı. Amma birdən hiss etdi ki, altında nəsə silkələnmir, çalxalanmır. Yuxulu-yuxulu əlini yanlarına atdı. Əlləri yumşaq toza batdı. Aha, deyəsən, yenə də yumalanıb düşüb yerə. Bircə tacir onu qoyub getməyəydi.

Gözlərini açdı, yerdə arxası üstə uzanmışdı. Günəş yavaş-yavaş qalxmaqdaydı. Ay batmışdı, göyün üzünə çilənmiş ulduzlar sönmüşdü. Balaca qul qalxıb oturdu. Qul karvanı yox idi. Qoca tacir verdiyi sözə əməl eləmişdi, onu bu çölün düzündə atıb getmişdi. Bəs o, indi neyləsin? Oturub qurd-quşa yem olacağı anımı gözləsin? Bəlkə geri qayıtsın? Hara, kimin yanına? Yox, ancaq irəli, qul karvanının ardınca getmək olardı. Karvan isə gözə görünmürdü. Eldəniz arabaların izini tutub gedirdi. Günortaya qədər dayanmadan yol getdi, amma qul karvanına çata bilmədi. Elə bil karvan yağlı əppəyə dönmüşdü. Ayaq saxladı, bərk acmışdı. Şəlliyi görüb yaxınlaşdı, salxım-salxım böyürtkənləri görəndə sevindi. Günəşin işığında bərq vuran qapqara böyürtkən gilələrindən dərib yeməyə başladı. Əlləri, ağzı bənövşəyi rəngə bulaşmışdı. Yeyib doyandan sonra yola çıxdı. Getmək lazım idi. Bilmirdi ki, qoca tacir qulları hara aparacaq, hansı karvansarada dayanacaq. Amma araba təkərlərinin izi çox aydınca görsənirdi. Dünyanın o başına qədər də olsa, bu izi tutub gedəcəkdi. Çünki başqa çıxış yolu yox idi. Bu ucsuz-bucaqsız düzənlikdə ondan başqa kimsə yoxdu. Ətraf kol-kosluq idi. Hərdənbir iri ağaclara da rast gəlirdi. Çobanaldadan quşları ayağının altında ora-bura uçuşurdu. Siçanlar yuvalarından çıxıb acından civildəşirdilər. Günəş isə göydən od ələyirdi. Bir sirkan topasını götürüb başına tutdu ki, gün onu ütməsin. Yaxşı ki, arabaların izi itmirdi. Amma bu izin sonu da görünmürdü. Ancaq o, yenə də qul karvanına çatacağına ümidini itirmirdi. Dayanmadan gedirdi. Elə bil ki, onu qabaqda səadət gözləyirdi. Amma yaxşı bilirdi ki, qabaqda onu heç bir səadət-filan gözləmir. Qul karvanına çatıb qullardan biri olmaqdan, kiməsə satılmaqdan başqa nə ola bilərdi ki?



Qul! Bu sözdən heç xoşu gəlmirdi. Kiminsə qulu olmaq faciyədi. Doğrusu, azad olmağın heç yolunu da bilmirdi. Amma, balaca da olsa, nə zamansa azad olacağına qəlbində bir ümid işarırdı. Nə zaman, bilmirdi. İndilikdə karvana, ancaq karvana çatmalı idi. Taleyi, sabahı o karvandan asılıydı.

Gün əyilmişdi, artıq havada da bir sərinlik vardı, amma qul karvanı görünmürdü. Bütün qüvvəsini toplayıb tələsdi. Gecə düşməmiş, araba təkərlərinin izini itirməmiş karvana çatmaq istəyirdi. Xeyli getmişdi ki, uzaqdan qaraltı görsəndi gözlərinə. Qəlbində ümid işardı. Bircə o qaraltıya tezcə çataydı.

Günəş artıq batmaq üzrə idi. Üfüq şəfəqdən al rəngdə idi. Bir azdan şər qovuşacaqdı. Günəşin son şəfəqləri də çəkiləcəkdi. Sonra gecə düşəcəkdi. Gecənin də ki zəhmi yaman ağırdı.

Hiss eləyirdi ki, qaraltı hərəkət etmir, dayanıb. Tələsdi. Beynində acı fikir dolaşdı: "Qul olmağamı tələsirsən? Qul olmağamı can atırsan? Sənin ki atan-anan qul olmayıb. Səni ki anan qul doğmayıb. Eybi yox, qoy səni qul zənn etsinlər, amma təki ürəyində qul olma... Qul olma... Qul olma..."

Aha, odur, qul karvanıdır. Yəqin dincəlirlər. Karvan da, qullar da, tacirin qulluqçuları da toranlıqda aydınca görsənirdilər. Amma deyəsən, onu unutmuşdular. Bəlkə belə deyildi. Hər halda karvana çatdığı üçün sevindi. Təkliyin, tənhalığın qorxusunu artıq yaşamışdı.

Qoca tacir balaca qulu qarşısında görəndə gözlərinə inanmadı.
- Sənsən?

- Mənəm.

- Bəs sən necə gəldin?

- Arabaların izini tutub gəldim.

- Mən elə bildim, sən artıq qurd-quşa yem olmusan.



- Sağ olsunlar, mənə toxunmadılar.

Tacirin dodaqları qaçdı:

- Yəqin səndən qorxublar!?

- Məndən yox, ağa, mən kiməm ki... Tanrımdan qorxublar.

Tacirin qaşları çatıldı. "Qul olsa da dərrakəsi var" - düşündü.

- Get dincəl, - dedi tacir, sonra da əmr elədi ki, ona yemək versinlər.

Yeməyini yeyib yatdı. Tacir sabah onları qul bazarına çıxaracaqdı...

Gecə keçdi, səhər açıldı. Qoca tacir qul karvanını qul bazarına çəkdi. Balaca qul bazarın darvazasından at belində onlara yaxınlaşan, zahirən də ətrafdakılardan seçilən atlıya tamaşa edirdi. Atlını görən bazar əhli ehtiramla ikiqat əyilib təzim edirdilər. Pıçapıç gəlib qullara da çatdı.
- Bu adam Sultan Mahmudun vəziri Əbu Hamid ibn Əhməd əl-Sümeyrədir.

Vəzir Əbu Hamid atını düz onlara sarı sürürdü. Qulamları da ardınca. Vəzir onlara çatıb dayandı. Cilovdar özünü yetirib, vəzirin atının cilovundan yapışdı.

Qoca tacir vəzirin qarşısına yeriyib təzim etdi.

- Xoş gördük, vəzir həzrətləri.

- Xoş gördük - deyə vəzir bir-bir qulları nəzərdən keçirdi. Balaca qulun — Eldənizin qarşısında ayaq saxladı, xeyli bu çəlimsiz, yapışıqsız, qayışbaldır oğlanı süzdü: - Xocam, bu uşaqdan başqa bütün qullarını alıram, - dedi.

Qoca tacir baş əydi:

- Buyuruq sizindir, ağa.

Qullar tacirdən ayrılıb vəzirin qulamlarının yanına toplaşdılar. Eldəniz tək qalmışdı. İndi taleyi necə olacaqdı, qoca tacir onunla necə rəftar edəcəkdi.

Bəs bütün günü karvana çatmağa buna görəmi can atmışdı? Bu zəhmətə, əziyyətə dəyərdimi? Birdən özünü vəzirin atının ayaqları altına atdı.

- Ağa, məni də götür!

Vəzir balaca qulun cəsarətindən heyrətlənmişdi:

- Sən hələ balacasan, - dedi.

- Mən də böyüyəcəm də, ağa.

- Böyüyərsən, baxarıq.

- Bilsəydim mənə sahib çıxan tapılmayacaq, heç bu qul karvanının dalınca qaçmazdım.

Vəzir Əbu Hamid üzünü qoca tacirə tutdu.

- Bu uşaq nə deyir, Xocam?

Tacir əhvalatı vəzirə danışdı. Vəzir hələ də qarşısında dayanmış balaca qulu bir daha başdan-ayağa süzüb:

- Keç qulların yanına, balaca, - dedi.

Vəzir Əbu Hamidin ürəyində balaca qula qarşı qəribə bir hiss yaranmışdı. Mərhəmət və məhəbbət... - Gedək!

... Günlər ötüb-keçirdi. Balaca qul da yavaş-yavaş böyüyür, ətə-qana dolur, ərgənlik yaşına dolurdu. Vəzir Əbu Hamid bu yeniyetmənin dərrakəsindən, bacarığından, çevikliyindən çox razı idi. Vəzir artıq heç ona qul gözüylə baxmırdı.

Eldənizin istəyi də elə bu idi. O, nəyin hesabına olursa-olsun qul adını üstündən götürmək istəyirdi. Boş vaxtlarında nişan qoyub ox atır, cıdıra çıxır, qılınc çalmağı öyrənirdi. Bir dəfə onun bu işlərini görən vəzir Əbu Hamid:

- Eldəniz, döyüş fəndlərini öyrənirsən, yoxsa sərkərdə olmaq istəyirsən? - soruşdu. Eldəniz nəzakətlə baş əyib:

- Ağam izin versə, sərkərdə də ola bilərəm.

- İnandım. Gün gələr sınayaram səni.

- Döyüş meydanında?

- Bəli, ancaq döyüş meydanında. Davadan öncə hamı qəhrəmandı, oğlan. Hərbə girmək, ölümün qabağına çıxmaq qəhrəmanların işidir.

- Hörmətli ağam. Tanrımızdan arzum budur, mən sizin gözünüzdən düşməyim, ucalım. Mənə şərəfli bir döyüş meydanı qismət olsun, sınaqdan keçim.

Bu söhbətdən heç bir ay da keçməmişdi, 1122-ci il idi. Bir gecə ismaililər vəzir Əbu Hamidin evinə hücum edib, onu öldürdülər, amma var-dövlətinə sahib ola bilmədilər. Bu hadisə o qədər gözlənilməz və sürətlə baş verdi ki, Eldəniz heç bir şücaət göstərə bilmədi. Vəzirin ortada qalmış meyitinə acı-acı baxaraq onun dediyi: "Davadan öncə hamı qəhrəmandır" sözlərini yadına salıb bərk kədərləndi. Sultan Mahmud qiyamçıları layiqincə cəzalandırdı. Ancaq vəzirinin var-dövlətinə sahib çıxmağı da unutmadı. Hətta onun qullarını da öz himayəsinə götürdü. Eldəniz də bu qulların arasındaydı. Sultan sarayında da onun bəxti gətirdi. Burda da ondan razı qalmışdılar. Fərasətinin sorağı Sultan Mahmudun da qulağına çatmışdı. Sultan Mahmud fikirləşdi ki, bu cavanın gələcəyi var, onun tərbiyəsilə məşğul olmaq lazımdır. Bir gün o, Əmir Nasehi yanına çağırıb dedi ki, bu Eldənizin təlim-tərbiyəsilə özün məşğul ol. Onunla qul kimi rəftar etmə! Qəlbində bizə kin bəslər. Kinli adamın da, bilirsən də, əlindən yaxşılıqdan başqa hər şey gələr.

Əmir Naseh baş endirib: - Buyuruq sahibisiniz, Sultanım, necə məsləhət bilirsiniz, elə də olacaq, - dedi.

Sultan Mahmud Eldənizi yanına çağırtdırdı.

- Səni Əmir Nasehə tapşırıram, ox atmağı, qılınc oynatmağı, at çapmağı ondan öyrənərsən. Siyasət dərsi keçərsən, adamlarla rəftar qaydalarını öyrənərsən.

Eldəniz təzim etdi.

- Allah sizdən razı olsun, Sultanım. Yolunuzda canımdan keçməyə hazıram.

Sultan başını ahəstə tərpədib susdu. Bu o demək idi ki, gedə bilərsiniz.

Əmir Nasehlə Eldəniz Sultanın otağını tərk etdilər.

***

... Sarayda ölüm sükutu vardı. Hamı qəmə qərq olmuşdu. Səbəb də Sultan Mahmudun gecənin yarısı qəflətən dünyasını dəyişməsi idi. Eşitdiyi xəbərdən Eldənizin də qanı bərk qaralmışdı. Artıq o, on ilə yaxın idi ki, Sultan Mahmudun sarayında yaşayırdı. Ancaq doğru deyiblər ki, hər gecənin bir hökmü var. Tanrının izni ilə Sultan Mahmud haqqa qovuşmuşdu. Ölənlə ölmək olmaz, deyirlər. Gecə-gündüz yas saxlayıb ölkəni başsız qoymaq olmazdı, ona görə də Sultan II Toğrul taxta çıxdı.

... Televizorda son xəbərləri verirdilər. Tərtər bölgəsində atəşkəs yenə də pozulmuşdu. Bir əsgərimiz snayperlə vurulmuşdu. Di gəl döz də bu dərdə. Bu da atəşkəs. Belə də atəşkəs olarmı?

Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü.

Ulu şair, hələ də yer üzündə tökülən qanların qarşısını alan kimsə yox!

Baho, bu ATƏT-in Minsk qrupu yenə Bakıya gəlib ki. Vallah, bu Merzlyakovu görəndə lap dişim bağırsağımı kəsir, gör necə tənbəl-tənbəl, dərdsiz-qəmsiz yeriyir. Bəlkə elə bu Qarabağın "açarını" vaxtı ilə Yeltsin verib ona ki, bu "açarı" bərk-bərk saxla. Hələ bu Stiven Mənə bax, sən Allah. Yaxşı, ay dünyanın başbilənləri, ay demokratiyanın ali mərtəbəsində qərar tutmuş ölkələr, bu Qarabağ münaqişəsini həll etmək istəyən kəslərin arasında niyə bir nəfər də olsun müsəlman bəndəsi yoxdur? Yəni sizcə bu müsəlmanlar sülh istəmir? Nəyə görə sizin nəzərinizdə müsəlman olan kəs barbar, geriqalmış, terroristdi? Bizə olunan bu zülmlər, haqsızlıqlar bircə gün sizə olsaydı, görərdik necə sülhpərvərsiniz. Yer üzündə heç bizim millət qədər sülh istəyən var bəyəm? Sülhsevər olmasaydıq torpaqlarımız işğal olunmazdı. Ə, qardaş, bu yalançı danışıqlara son qoyun dayna. İrəvanda bir cür, Bakıda bir ayrı cür nağıl danışmayın də. Qaraya qara, ağa ağ deyin. Bircə söz bilirlər: "qarşılıqlı güzəştlər olmalıdı". Daha hansı güzəştləri etməliyik, ay dünyanın demokratik ölkələrinin demokratik kişiləri? Torpağı işğal olunan, yurdu viran qalan, mədəniyyəti, tarixi abidələri ayaqlar altında tapdalanan bir xalq işğalçı dövlətə nəyi bağışlamalıdır?! Şəhərləri yerlə yeksan olmuş, övladları pərən-pərən düşmüş, çadırda doğulub, çadırda ölən, ünvanı çadır şəhərciyi, vaqonlar olan bu insanlar sizin sevdiyiniz, hər zaman tərəfini saxladığınız haylara daha nə bağışlamalıdır? Nəyi güzəşt etməlidir? Biz vaxtı ilə elədiyimiz güzəştlərin indi altını çəkirik. Ermənistan dövləti bəs bizim torpaqlarımızda bərqərar olmayıbmı? Yəni sizin doğrudanmı tarixdən xəbəriniz yoxdu? Doğrudanmı vaxtilə ermənilərin İrandan, Türkiyədən Azərbaycana Rusiya dövləti tərəfindən köçürülüb yerləşdirilməsindən heç kəsin xəbəri yoxdu? Axı kitab oxuyan hər kəsə tarixi qaynaqlar bəllidir. Ola bilməz ki, hər kəsə məlum olan, siz cənablara məlum olmasın. Belə olan halda biz daha neyləməliyik ki, bizi anlayasınız, cənablar? Deyirsiniz müharibə yolverilməzdir! Çox gözəl, sizinlə şərikik, bəs bu haylara özgə torpağını işğal etməyə kim haqq verib? Gəlirsiniz, xala-xətrin qalmasın, gedib hələ qaçqınlara da baş çəkirsiniz. "Bu cür şəraitdə yaşamaq olmaz, qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdır" - bəyanatlarınız ürəyimizdən xəbər verir. Bəs nəticəsi? On beş ildir ki, gəlib-gedirsiniz, həmsədrlər bir-birini əvəz eləyir (təkcə Merzlyakovdan başqa - deməli, Qarabağın açarı bu kişidədir), di gəl ki, münaqişə həll olunmur. Çox fikirləşdim, götür-qoy etdim və nəhayət bu qərara gəldim ki, bu həmsədrlər, demokratik ölkələrin demokratik kişiləri bu işə qarışmasalar, beş-on gecə bizim dərdimizi çəkməsələr, gedib öz evlərində rahatca otursalar, inanıram ki, haylarla bizim şərikli malımız dərhal həll olunacaq. İntəhası, nə gizlədək, sakit oturmursuz, ağalar! Ədalət tərəzisinin gözünü əyirsiniz. Sizdən soruşan yoxdur ki, bu dünya xalqlarına sizi kim vəkil seçib? Belə də vəkillik olarmı, ağalar?

... Bu quş qripi də bir bəla olub keçib xirtdəyimizə də. Belə getsə, heç nə, başımız bir az da quş qripinə qarışar. Tanrı bəzi pis adamların üzündən yer üzünə dərmanı tapılmayan bəla göndərir ki, ağlımızı başımıza yığaq, amma nəticə çıxartmırıq da. Əməlimizdən əl çəkmirik ki, çəkmirik...

Yaxşı, bu Eldəniz necə oldu? Bu hardan gəlib yadıma düşdü?

Hə, onu da yadıma arvadımın o "Qul bazarı" kəlamı salmışdı. Üzünü görmədiyim, amma orta məktəbdə tarix kitabından adını bildiyim Eldəniz gəlib xəyalımdan keçdi. Dünyaya çox qullar gəlib-gedib, amma mən biləni bir neçə nəfərin adı tarixə düşüb — Spartak, Alptəkin, Mahmud Qəzvinin atası Səbüktəkin... bir də Atabəy Şəmsəddin Eldəniz...

Hə, qardaş, bəxt yaxşı şeydi, II Toğrul Sultan Mahmudun yerində rahatlanandan sonra Eldənizi də unutmamışdı, onu özünün "məmlük"ü eləmişdi. Sultan Toğrulun gözəl-göyçək, ağıllı, tədbirli arvadı Möminə Xatun da nədənsə ona çox iltifat göstərirdi. Hərdən fürsət düşəndə ona deyirdi ki, Eldəniz, bu saray intriqa yuvasıdır, fitnə-fəsad işlərdən həmişə uzaq dur. Belə etsən heç vaxt başın ağrımaz. Eldəniz də onu lal baxışlarıyla öpüb-oxşayır, söz verirdi ki, cəncəl işlərdən yüz ağac uzaq olacaq... Möminə Xatun da gəncin atəş kimi yanan gözlərinə qıyğacı bir nəzər salaraq uzaqlaşırdı. Möminə Xatunmu məsləhət bilmişdi, yoxsa Sultan II Toğrul özü bu fikrə gəlmişdi, nə idisə, Sultan Eldənizi bir gün azyaşlı oğlu Arslana Atabəy təyin etdi.

Amma Sultan II Toğrul da çox yaşamadı, 1135-ci ildə dünyasını dəyişdi. İndi də Sultan Məsud taxta çıxdı. Eldəniz yenə saraydaydı, yenə Arslanın Atabəyi idi. İndi o, Arslanın Atabəyi kimi Möminə Xatunla lap tez-tez görüşürdü. Artıq onun atəş saçan baxışları ürkək deyildi. Möminə Xatun da Eldənizin ona zillənmiş lal baxışlarından qaça bilmirdi. Daha doğrusu, qaçmaq istəmirdi. Bu xanım-xatın qadın artıq öz taleyi ilə barışmışdı, həmişə yas içində yaşaya bilməzdi ki. Bir gün Sultan Məsud elə bil Eldənizin gözlərindən qəlbini oxudu. Ona dedi ki, Möminə Xatunu sənə almaq istəyirəm, razısanmı? Eldənizin yanaqları allandı, başını aşağı saldı. Sultan sualını təkrar elədi:

- Razısanmı?

- Ey böyük Sultan, məsləhət sizindi. Amma bilmirəm Möminə Xatun bu izdivaca razılıq verərmi?

Sultan Məsud gülümsədi:

- O sənlik deyil. Belə bir cavan xanımın ərdə olmağı məsləhətdir.

- O sultanın xanımı olub, mən isə...

- İndi sən qul deyil, bir Atabəysən.

- Mənə belə həssas yanaşdığınıza görə sizə minnətdaram, amma mən qul olanda da qul deyildim. Sultan Məsudun qaşları çatıldı:

- Anlamadım. Necə yəni qul olanda da qul deyildim?!

- Çox-çox cah-calal sahibi var ki, ağa olsa da, qul kimi bir şeydi. Nəfsinin, tamahının quludur. Mən isə lap balacaykən bir qul kimi Həmədana gətirilsəm də, ruhum heç vaxt qul olmayıb.

***

- Mət­ləb, te­le­fon... - uşaq­la­rın ana­sı­nın o bi­ri otaq­dan sə­si gəl­di. Ba­ğış­la, El­də­niz ki­şi, sən­dən ay­rıl­ma­lı ola­cam. Te­le­fon zəng ça­lır, qoy gö­rüm kim­di. Te­le­fo­na ça­tıb - ya Al­lah, xe­yir elə - de­yib dəs­tə­yi qal­dır­dım. - Bə­li.

- Sa­lam, - ki­şi sə­siy­di, am­ma hə­lə kim­li­yi­ni anış­dı­ram­ma­mış­dım.

- Əley­kəs­sa­lam. Kim­di?

- Mət­ləb mü­əl­lim, ta­nı­ma­dın mə­ni?

- Sə­sin doğ­ma gə­lir, am­ma...

- Ə, mə­ni nə tez unut­dun, da­nı­şan Mu­rad­dı.

- Ay saq­qa­lın ağar­sın, ba­yaq­dan adı­nı de də, val­lah, ba­şım­da min bir səs var, o sa­at ta­nı­yam­ma­dım. Çox­dan­dı sə­sin gəl­mir.

- Har­dan gəl­sin. Sə­si­mi­zi ba­tı­ra­nın sə­si bat­sın.

- Amin! Ay Mu­rad, in­di ha­ra­lar­da­san?

- Qaç­qın ha­ra­da olar? Sə­pə­lən­mi­şik ra­yon­la­ra. Mən qar­da­şın da Sa­bi­ra­bad dü­zün­də. Qar­ğı-qa­mış­dan özü­mə bir ça­vıs­tan tik­mi­şəm, bir­tə­hər ba­şı­mı­zı gir­lə­yi­rik.

- Da­rıx­ma, in­şal­lah, bir gün hər şey yo­lu­na qo­yu­lar.

- Yax­şı ki, de­mir­sən bu Nov­ruz bay­ra­mı Cı­dır dü­zün­də­yik.

- Yox, elə səh­və yol ver­mə­rəm, Nov­ru­za nə qa­lıb. İn­di ki­çik çil­lə­di.

- On beş il­di özü­müz-özü­mü­zü al­da­da-al­da­da ya­şa­yı­rıq, dün­ya döv­lət­lə­ri də ba­şı­mı­zın al­tı­na yas­tıq qo­yur. Qor­xur bir­dən ayı­lıb-elə­yə­rik.

- Dün­ya döv­lət­lə­ri de­yil elə bi­zi bu gü­nə qo­yan, əl-aya­ğı­mı­zı bağ­la­yan.

- Gö­rü­nür bi­zim ca­nı­mız­da tə­pər yox­du. Ki­mi din­di­rir­sən de­yir la­zım gəl­sə... Bu «la­zım gəl­sə­ni» bir vu­rub öl­dü­rən yox­du də. La­zım gəl­sə, la­zım gəl­sə... On beş il­di yur­du­muz­da er­mə­ni­lər turp əkir, özü də iri­sin­dən, biz ye­nə də de­yi­rik la­zım gəl­sə.

- Gö­rü­nür bi­zim bil­mə­di­yi­miz iş­lər çox­du.

- Biz nə­yi bil­mi­rik ey... Dün­ya ya­ra­nan­dan ağıl­lı fi­kir­lə­şin­cə də­li vu­rub ça­yı ke­çib. Be­lə çı­xır ki, dün­ya­nın naz-ne­mə­ti də­li­lə­rə qis­mət olub. Ay qar­daş, gö­rən bir he­sab­la­yan var son bu on beş il­də nə qə­dər qaç­qın-köç­kün dün­ya­sı­nı də­yi­şib? Elə bir ra­yon yox­dur ora­da qaç­qın qə­bi­ris­tan­lı­ğı sa­lın­ma­sın. Bu­nu Al­lah gö­tü­rər, qa­ğa? Nə qə­dər ağ­saq­qal, ağ­bir­çək Və­tən de­yə-de­yə dün­ya­dan köç­dü. Uşaq­la­rı­mız ça­dır şə­hər­cik­lə­rin­də, qar­ğı-qa­mış ça­vıs­tan­lar­da do­ğul­du. İn­di on­lar bö­yü­yüb on beş ya­şı­na ça­tıb, hə­lə biz nəğ­mə oxu­yu­ruq. Çox keç­mi­şəm bu dağ­lar­dan, Dur­na göz­lü bu­laq­lar­dan...

- Ni­yə su­sur­san, qa­ğa?

- Doğ­ru sö­zə nə de­yim, Mu­rad, söz ta­pa bil­mi­rəm. Ya­dın­da­dı, bir vaxt Azad­lıq mey­da­nın­da mi­tinqlər­də - Qa­ra­bağ! Qa­ra­bağ! - de­yə qış­qı­rır­dıq.

- Gör in­di sə­ni qo­yar­lar ora ge­dib, Qa­ra­bağ! Qa­ra­bağ! - qış­qı­ra­san.

- Baş­qa söz de­yi­rəm. On­da biz özü­müz qış­qı­rıb, özü­müz eşi­dir­dik. Gə­rək on­da mil­lət ge­dib do­lu­şay­dı Qa­ra­ba­ğın me­şə­lə­ri­nə, kəndlə­ri­nə, qo­ru­yay­dı yur­du­nu.

- De­yir­sən də, sə­ni ora bu­ra­xan var­dı? İs­tə­səy­di­lər sə­ni o vaxt heç o Azad­lıq mey­da­nı­na da bu­rax­maz­dı­lar, am­ma on­da be­lə la­zım­dı... Çox­la­rı­nın si­fə­ti çıx­dı or­ta­lı­ğa. San­dıq­lar açıl­dı, pam­bıq tö­kül­dü...

- Yox, sə­nin­lə ra­zı de­yi­ləm, Mu­rad, mil­lət aya­ğa qalxmış­dı, onun qar­şı­sın­da kim­sə da­ya­na bil­məz­di. Am­ma bu da­nıl­maz­dı ki, mil­lə­tin azad­lıq niy­yə­ti­ni baş­qa məc­ra­ya yö­nəl­dən­lər ol­du. Ha­ki­miy­yət hə­ris­lə­ri bu oya­nış­dan öz xe­yir­lə­ri­nə is­ti­fa­də et­mək is­tə­yir­di­lər.

- Əşi, bun­lar ha­mı­sı bə­ha­nə­di. Gö­rü­nür ca­nı­mız­da can yan­ğı­sı yox, can qor­xu­su var. Qar­daş, gəl eti­raf elə­yək, Və­tən sev­gi­miz can sev­gi­miz­dən az imiş. Be­lə ol­ma­say­dı, heç nə­yə, heç kə­sə bax­maz­dıq.

- Nə­sə, qar­daş, olan ol­du, tor­ba da dol­du.

- Mət­ləb, olan olub, tor­ba hə­lə dol­ma­yıb. Be­lə get­sə heç vaxt da dol­ma­ya­caq. Xris­ti­an dün­ya­sı hər yer­də biz türklə­ri sı­xış­dır­maq­da­dır. Elə bil söz­lə­şib­lər, hər yer­də hay­la­rın mü­da­fi­ə­çi­si ki­mi çı­xış elə­yir­lər. Bəl­kə bun­lar hay­lar­dan tö­rə­yib­lər, xə­bə­ri­miz yox­du?

- Əşi, bun­lar ha­mı­sı si­ya­sət­dir. Bu hay­la­rı da bəd­bəxt elə­yib­lər. Ta­rix­dən bi­xə­bər in­san­lar ağız­la­rı­nı açıb, göz­lə­ri­ni yu­mur­lar: 1915-ci il­də Tür­ki­yə­də er­mə­ni soy­qı­rı­mı be­lə ol­du, elə ol­du. Bun­lar de­yir ki, qoy hay­lar atı­lıb min­sin boy­nu­nu­za, am­ma ona düş aşa­ğı de­mə­yin. Qoy gə­mi­də otu­rub, gə­mi­çiy­nən da­va elə­sin­lər. Gu­ya ca­nı­ya­nan çı­xıb­lar, əs­lin­də bu söz-söh­bə­tin ha­mı­sı biz türklə­ri boğ­maq, par­ça­la­maq, ta­qət­dən sal­man üçün­dür.

- Çün­ki biz za­man-za­man hər şe­yə la­qeyd ol­mu­şuq. Əşi, ke­çər-ge­dər de­mi­şik. Ona gö­rə də in­di ba­şı­mız bə­la çə­kir.

- Bax, sö­zün dü­zü bu­dur.

- Nə­sə, Mət­ləb, Al­lah axı­rı­mı­zı xe­yir elə­sin. Ya­dın­da­dı, sə­nin bir sağ­lıq de­mə­yin var­dı...

- Elə, sağ­lıq­lar ol­ma­dı bi­zi bu gü­nə sa­lan? (gü­lüş­dük).

- Əşi, sağ­lıq­sız da ke­çin­mək ol­maz. İn­san ro­bot de­yil ha. Sə­nin o vaxt söy­lə­di­yin o sağ­lıq son vaxtlar tez-tez ya­dı­ma dü­şür... Ba­xar­dın ev­lə­rin pən­cə­rə­lə­rin­dən gə­lən işı­ğa, de­yər­din, o ev­dən ki, işıq gə­lir, de­mə­li, ora­da in­san var, bi­zim dostla­rı­mız var, gə­lin içək işı­ğın—dostla­rı­mı­zın sağ­lı­ğı­na. Qoy hə­mi­şə dostla­rın işı­ğı gəl­sin.

- Hə, Mu­rad, hər­dən mə­nim be­lə əsrdən uzun bir sağ­lıq de­mə­yim var­dı.

- Sə­nin dos­tun adi­cə sağ­lıq de­yil­di, nə­sə çox fəl­sə­fi bir söh­bət idi. Yax­şı, Mət­ləb, sağ ol. Vaxt ta­pıb bir gün gö­rü­şə­rik.

- Al­lah qoy­sa.

Gül­lü ya­xın gə­lib so­ruş­du:

- Kim idi zəng elə­yən?

- Tə­lə­bə yol­da­şım. Mu­rad idi.

- Ya­zıq Mu­rad, o boy­da top­da­ğıt­maz mül­kü qal­dı er­mə­ni­lə­rə. Yax­şı ki, ürə­yi partla­mır.

- İn­san həm də ağır gü­nün dos­tu­dur, ay Gül­lü. Bir çə­tən kül­fə­ti var, döz­sə yax­şı­dı.

- Sən Al­lah, o nə sağ­lıq­dı elə?

- Ya­dın­dan çı­xıb? Hər­dən axı xud­ma­ni məc­lis­lər­də mə­nim bir sağ­lıq de­mə­yim var­dı.

- He­yif o gün­lər­dən, - Gül­lü kök­sü­nü ötür­dü. - Sən də bu dün­ya­da çox əziy­yət çək­mi­sən, ay Mət­ləb, tə­zə­cə-tə­zə­cə ağ gü­nə çı­xır­dıq, in­di də bu tor­paq dər­di, qaç­qın-köç­kün dər­di.

- Gül­lü xa­nım, dərd gə­lən­də bat­man­la gə­lir. Bi­ri­nə ca­van, bi­ri­nə yaş­lı vaxtla­rın­da. Mə­n isə lap uşaq­lıq­dan tap­mış­dım o dər­di.

- Sən Al­lah, ürə­yi­mi sıx­ma. Ha­va da açı­lıb, dur get us­ta gə­tir, ba­kı dü­zəltdir. Nov­ruz bay­ra­mı qa­pı­nın ağ­zı­nı kəs­di­rib.

- Ge­dib gə­ti­rə­rəm, qoy bir az uza­nım bu di­va­na, ke­fim po­zul­du, keç­miş-ke­çə­cək düş­dü ya­dı­ma.

- Əşi, unut get­sin, sən Al­lah...

- İn­san hər şe­yi unu­dar, öz hə­ya­tı­nı, keç­mi­şi­ni heç vaxt unu­da bil­məz, Gül­lü... - Mu­ra­da nə de­yim, ye­nə dər­di­ni də­bərtdi.

- Mu­rad­da nə təq­sir. Al­lah ve­rən ta­leh­di... Nə­sə, beş də­qi­qə uza­nım, ge­dib sə­nin o «qul ba­za­rı»ndan us­ta gə­ti­rə­rəm.

- Mə­nim ni­yə ba­za­rım olur, iş­siz­lə­rin ba­za­rı­dı. Ca­ma­at ba­la­sı­nı sax­la­maq üçün əmə­yi­ni sa­tır. Onu da alan ol­sa... Ge­dim mən də bir şey bi­şi­rim.

«Sən öl­mə­yə­sən, zə­ma­nə ar­va­dı lap fi­lo­sof elə­yib». Gül­lü mət­bə­xə keç­di, mən də qal­dım keç­mi­şim­lə baş-ba­şa. Mə­nim uşaq­lı­ğım hər­dən keç­mi­şi­min için­dən kə­dər­lə boy­la­nır­dı. Mən lap ba­la­ca olan­da bir gün hiss elə­dim ki, evi­miz­də nə­sə ça­tış­mır. Mən bu ça­tış­ma­yan nə­sə­ni on­dan duy­muş­dum ki, mə­nim ki­mi ba­la­ca uşaq olan ev­lər­də ca­van ki­şi­lər ya­şa­yır­dı­lar. Be­lə ca­van bir ki­şi isə bi­zim evi­miz­də yox­du. Evi­mi­zin baş tə­rə­fin­də di­va­ra bir şə­kil vu­rul­muş­du və o şək­lin üzü­nə qa­ra ipək par­ça­dan ör­tük çə­kil­miş­di. Qəl­bi­mə dam­mış­dı ki, mə­nim ta­le­yim o üzü ör­tü­lü şə­kil­lə çox bağ­lı­dı. Bir gün anam­dan so­ruş­dum ki, bu şək­lin üzü­nü ni­yə örtmü­sü­nüz? Ca­vab ver­mə­di, sus­du, üz-gö­zü­nə kə­dər çök­dü. Nə­nəm­dən so­ruş­dum, o da o sa­at yay­lı­ğı­nın ucu­nu göz­lə­ri­nə apar­dı. Evi­mi­zin bir kün­cün­də ağ­zı da­i­ma qı­fıl­lı bir san­dıq var­dı, ana­mın ce­hiz san­dı­ğı idi. Bu san­dıq­da da di­var­dan asıl­mış üzü ör­tü­lü şə­kil­lə bağ­lı nə­sə var­dı, çün­ki bi­zim evi­miz­də ağ­zı bağ­lı baş­qa bir şey yox idi. Özü də mə­nə elə gə­lir­di ki, bu san­dı­ğın ağ­zı da mə­nə gö­rə bağ­la­nır. Nə­nəm, se­vim­li nə­nəm hə­mi­şə qa­ra ge­yir­di, sa­çı­na xı­na qoy­mur­du, son za­man­lar hət­ta pa­pi­ros da çə­kir­di. Nə­dən­sə mən meh­ri­mi anam­dan çox nə­nə­mə sal­mış­dım. Ge­cə­lər də onun ya­nın­da, bö­yük ağac tax­tın üs­tün­də ya­tır­dım. Bəl­kə də ona gö­rə ki, nə­nəm mə­nə şi­rin-şi­rin na­ğıl­lar da­nı­şır­dı. Çox-çox son­ra­lar bil­dim ki, onun mə­nə söy­lə­dik­lə­ri na­ğıl-fi­lan de­yil­miş, atam­la, ba­bam­la, kən­di­miz­lə bağ­lı ha­di­sə­lər, əh­va­lat­lar imiş. Ya­vaş-ya­vaş bö­yü­yür­düm, ar­tıq ba­şa dü­şür­düm ki, di­var­dan asıl­mış üzü ör­tü­lü şə­kil mə­nim ata­mın şək­li­di, san­dıq­da­kı ba­la­ca xən­cər, əs­gər be­ret­ka­sı, üç­künc mək­tub­lar da o şək­lin sa­hi­bi­nə — mə­nim ata­ma məx­sus­du. Mən bü­tün bun­la­rı on­dan duy­muş­dum ki, hər­dən nə­nəm bu əş­ya­la­rı or­ta­ya tö­küb üs­tün­də ağı de­yər­di. Sən de­mə, nə­nə­min bu əş­ya­la­rı or­ta­lı­ğa tö­küb ağ­la­ma­ğı­nın da sə­bə­bi var­mış. Əl­bət­tə, mən bun­la­rı çox son­ra­lar, yo­lum kənd qə­bi­ris­tan­lı­ğı­mı­za dü­şən­də bil­dim. Ata­mın qəb­ri yox­du ora­da. Bir-bir baş­daş­la­rı­nın üs­tü­nü oxu­yur­dum, am­ma ata­mın adı­na rast gəl­mir­dim. Mən on­da ba­şa düş­düm ki, atam kən­di­miz­dən çox-çox uzaq­lar­da və­fat elə­yib. Və­fat et­di­yi yer­də də dəfn edi­lib.

Elə bir ax­şam ol­maz­dı ki, atam haq­qın­da dü­şün­mə­yəm. An­caq bir ya­şın­da itir­di­yim ata­mı heç cür xa­tır­la­ya bil­mir­dim. Bir ge­cə isə qə­ri­bə bir yu­xu gör­düm. Bu, yu­xu­dan çox ar­zu­ya ox­şa­yır­dı. Yu­xu­da gör­müş­düm ki, atam baş­dan-aya­ğa pal­çı­ğa bə­lə­nib. Onu bu və­ziy­yət­də gə­ti­rib evi­mi­zin böy­rün­də qa­zıl­mış su qu­yu­su­nun ya­nı­na qoy­muş­duq. Qu­yu­dan su çə­kib ata­mın cə­na­zə­si­ni yu­yur­duq. Pal­çı­ğı yu­yan­dan son­ra atam di­ri­lib otur­muş­du: - Tez mə­nim pal­ta­rı­mı gə­ti­rin ge­yi­nim, - de­miş­di. Onun sə­si­ni eşi­dib yu­xu­dan oyan­mış­dım. Bu ana qə­dər onun sə­si mə­nim ba­şım­da yox­du.

Sə­hər yu­xu­mu nə­nə­mə, ana­ma da­nış­mış­dım. Anam hön­kür­müş­dü, nə­nəm əli­ni üzü­nə at­mış­dı, qon­şu ar­vad­lar çə­pə­ri ad­la­yıb anam­la nə­nə­mə qo­şul­muş­du­lar. Ağ­laş­ma sə­si kə­si­lən­dən son­ra ar­vad­lar nə­nə­mə tə­səl­li ver­miş­di­lər ki, Al­la­ha şü­kür, heç ol­ma­sa yur­dun­da oğ­lu qa­lıb. Mən bu əh­va­lat­dan son­ra ana­ma, nə­nə­mə, ba­ba­ma atam­la bağ­lı heç bir su­al ver­mir­dim. Mən on­la­rın göz ya­şı tö­küb ağ­la­ma­sı­nı is­tə­mir­dim. Ona gö­rə də mə­nim atam­la bağ­lı ve­rə­cə­yim say­sız-he­sab­sız su­al­la­rım hə­mi­şə­lik ürə­yim­də qal­dı. Am­ma hər­dən nə­nəm özü atam haq­qın­da na­ğı­la bən­zər söh­bət­lər eli­yər­di. Bu na­ğıl­la­rın qəh­rə­man­la­rın­dan bi­ri də hök­mən ba­bam olar­dı. Sən de­mə, ba­bam kən­di­miz­də So­vet hö­ku­mə­ti­ni qu­ran­lar­dan imiş. (Am­ma son­ra­lar ba­bam qur­du­ğu hö­ku­mət­də nə gör­müş­dü­sə - So­vet hö­ku­mə­ti dov­şa­nı ara­ba ilə tu­tur - söy­lə­miş­di). Nə­nəm de­yir­di ba­bam heç ev­də otu­ran de­yil­di. Qor­xu-hür­kü də bil­məz­di. Am­ma mər­di-mə­zar­lı­ğı da yox­du. Mü­ha­ri­bə­dən qa­baq bu Sol­tan­bud me­şə­si qa­çaq-qul­dur­nan do­luy­du. Bir də­fə ba­bam lap ca­van vax­tı Ağ­dam ba­za­rı­na ge­dib­miş. Gö­rür mey­dan adam­la do­lub. O da ya­xın­la­şır ca­ma­a­ta. De­yir­lər bəs, tə­zə hö­ku­mət ya­ra­nıb. Hə, bir nə­fər hör­mət­li ki­şi­yə söz ve­rir­lər (Mən çox-çox son­ra­lar bil­dim ki, bu hör­mət­li ki­şi ya­zı­çı Əb­dür­rə­him bəy Haq­ver­di­yev imiş). O da bir­cə kəl­mə de­yir: - «Ya­şa­sın Ba­kı­dan gə­lən Şu­ra hö­ku­mə­ti!» Ona gö­rə ba­ban sə­nin ata­nın adı­nı Şu­ra qoy­muş­du. Ya­zıq Şu­ra! - de­yə nə­nəm yay­lı­ğı­nın ucuy­la gö­zü­nün ya­şı­nı qu­ru­la­yar­dı. Mən göz­lə­yər­dim ki, nə­nəm ye­nə atam haq­qın­da da­nış­sın. Qəs­dən su­al ver­məz­dim ki, bir­dən da­nış­maz. Nə­nəm ma­ra­ğı­mı gö­rüb öz na­ğı­lı­nı da­nı­şar­dı: — Bir də­fə yay­la­ğa get­miş­dik. Bıy, ba­şı­ma xe­yir, de­yi­rəm bir də­fə yay­la­ğa get­miş­dik. Bir də­fə yox ey, hər il ge­dir­dik. Nə­sə, get­miş­dik yay­la­ğa. Hər kə­sin öz yurd ye­ri var­dı. Ala­çıq­lar ti­kib bü­tün ya­yı qa­lar­dıq göy yay­laq­lar­da. Nə­sə, get­miş­dik yay­la­ğa, ba­ban da qal­mış­dı kənddə əkin-bi­çin­lə məş­ğul ol­ma­ğa. Ya­yın o qo­ra­bi­şirən və­də­sin­də bir də gör­ürdün dağ­la­rın ba­şı­nı bu­lud al­dı. Az keç­məz­di göy gu­rul­da­yıb şim­şək ça­xar­dı, ley­san ya­ğış baş­lar­dı, de­yər­din bəs qi­ya­mət gü­nü­dür. Be­lə bir ya­ğış­lı ha­va­da ala­çı­ğı­mı­zın qa­ba­ğın­da at kiş­nə­di. Elə bil­dim gə­lən ba­ban­dı. Çö­lə çıx­dım, beş nə­fər at­lı ala­çı­ğın ya­nın­day­dı. On­lar qa­çaq­lar­dı. Bel­lə­rin­də pat­ron­daş, çi­yin­lə­rin­də be­şa­tı­lan var­dı. Baş­çı­la­rı so­ruş­du: - A gə­lin, ev­də kim var? De­dim, ba­şı­pa­paq­lı­mız kənddə­dir. De­di, is­ti ça­yı­nız ol­maz? De­dim, — olar, dü­şün qo­na­ğı­mız olun. At­dan düş­dü­lər. Sə­nin atan Şu­ra da on­da heç dil də aç­ma­mış­dı, to­tuq bir uşaq­dı. Uşa­ğı ver­dim bal­dı­zım Sü­rəy­ya­ya, get­dim çay qay­na­dam gə­ti­rəm. Qa­çaq­la­rın bö­yü­yü alar uşa­ğı qu­ca­ğı­na, bir az atar-tu­tar. Sü­rəy­ya­dan so­ru­şar ki, qı­zım, bu uşa­ğın adı nə­di? Sü­rəy­ya da nə bil­sin, de­yər ki, Şu­ra. Qa­ça­ğı elə bil ilan vu­rar. Ta­pan­ça­sı­nı çə­kər uşa­ğı vur­sun. Qa­çaq on­da ata­nı vu­rub öl­dür­səy­di, in­di sən dün­ya­da ol­maz­dın. Hə, çay əlim­də gir­dim içə­ri, gör­düm qa­çaq ta­pan­ça­sı­nı çı­xa­rıb. O sa­at da­la­ğım sancdı. Qar­daş, de­dim, ona la­ğı­nan Şu­ra de­yi­rik, əsl adı Sa­bir­di. Qa­çaq çəp-çəp mə­nə ba­xıb Şu­ra­nı qay­tar­dı özü­mə. Elə bil üs­tü­mə gün doğ­du. Bir bə­la­dan so­vuş­dum. Am­ma son­ra onu elə So­vet hö­ku­mə­ti əlim­dən al­dı. Mü­ha­ri­bə­dən bir ne­çə il son­ra onu əs­gər apar­dı. Bir il keç­di. Nə ol­du, yad yer­də, yad öl­kə­də, ti­fi­li­min ba­şı­na nə gəl­di, bil­mə­dim. Bir gün ölüm xə­bə­ri­ni al­dıq. Çox ağır gün­lər idi. Ba­bam get­di ata­nın cə­na­zə­si­ni gə­tir­sin, am­ma gə­ti­rə bil­mə­di. Yad öl­kə­də tor­pa­ğa tap­şı­rıb qa­yıt­dı. Sə­nin on­da bir ya­şın var­dı. Al­lah mə­nə ömür ver­sin, sə­nin to­yu­nu gö­rüm. Əhd elə­mi­şəm, on­da qır­mı­zı ge­yi­nə­cəm.

Mən on­da Al­la­ha yal­va­rır­dım ki, bir­cə tez bö­yü­yəm, nə­nəm əh­di­nə ça­ta, qır­mı­zı tu­man ge­yi­nib to­yum­da oy­na­ya. Axı nə­nəm heç vaxt toy­lar­da oy­na­mır­dı. Kən­di­miz­də ha­mı da bi­lir­di ki, nə­nəm toy­da ni­yə oy­na­mır. İl­lər öt­dü, bö­yü­düm, am­ma mən ev­lən­mək yox, ali mək­təb­də oxu­maq eş­qi­nə düş­düm. Bi­zim vax­tı­mız­da ali mək­təb­lər az idi. Gə­lib gün­lər­lə Ba­kı­nın kü­çə­lə­rin­də qa­lır­dıq. Mə­nim o sağ­lı­ğa ox­şar söh­bə­tim də bur­dan baş­la­yır­dı. Xud­ma­ni məc­lis­lər­də söz de­mək mə­qa­mı mə­nə ça­tan­da qal­xır­dım aya­ğa. De­yir­dim ki, mən sağ­lıq de­mi­rəm ha, bir ba­la­ca dö­zün. Göz­lə­ri­ni­zin qa­ba­ğı­na on yed­di-on sək­kiz yaş­lı bir ca­van gə­ti­rin. O oğ­lan ax­şam Yev­lax­da qa­ta­ra mi­nib sə­hər tez­dən gə­lib dü­şüb Ba­kı­ya. Ta­nı­dı­ğı bir kim­sə yox, ge­də­cə­yi ün­van yox. Gə­rək im­ta­ha­nı ve­rib ax­şam qa­ta­ra mi­nib qa­yıt­sın ev­lə­ri­nə. Üçün­cü im­ta­han nə üçün­sə gün­ba­ta­na qal­mış­dı. Ki­tab­la­rı­nı uni­ver­si­te­tin qa­ba­ğın­da­kı bağ­da bir da­şın al­tın­da giz­lə­dib get­di im­ta­ha­na. On­da im­ta­han­lar in­di­ki ki­mi bir gü­nün için­də, özü də tap­ma­ca­sa­yaq su­al­lar­la ke­çi­ril­mir­di. Bi­le­ti­ni çə­kib otu­rur­dun üç-dörd mü­əl­li­min qa­ba­ğın­da, ca­va­bı­nı ve­rir­din, əgər ve­rə bil­sən... Mü­əl­lim­lər sə­ni, ata­nı, ana­nı ta­nı­mır­dı­lar. (Yə­qin ki, ta­nı­dıq­la­rı, tap­şı­rı­lan­la­rı da var­dı, yox­sa adam­sız­lar il­lər­lə «kon­kur­sa» düş­məz­di, pro­fes­sor­lar öz sor­ğu-su­al­la­rıy­la ada­mın su­yu­nu çı­xar­dıb bu­ra­xır­dı­lar.) Nə­sə, im­ta­han çox gec baş­la­mış­dı. Oğ­la­nı ni­ga­ran­çı­lıq üzür­dü, çün­ki im­ta­han be­lə uzan­sa, qa­ta­ra çat­ma­ya­caq­dı. Bəs on­da bu oğ­lan ha­ra­da qa­la­caq­dı? İm­ta­han ağır və gər­gin ke­çir­di. İki pro­fes­so­run ara­sın­da nə üs­tə­sə mü­ba­hi­sə düş­müş­dü. On­la­rın üz-göz­lə­rin­dən zə­hər-zəh­qum ya­ğır­dı. Ta­le­lə­rin həll olun­du­ğu bir za­man­da on­la­rın nə­yi şə­rik­li düş­müş­dü gö­rə­sən? İki alıb çı­xan­la­rın sa­yı ço­xal­mış­dı. Növ­bə oğ­la­na çat­dı, bi­let çə­kib otur­du. Bir az keç­miş pro­fes­sor ça­ğır­dı ki, gəl ca­vab ver. Oğ­lan bi­le­tə dü­şən su­al­la­rın ca­va­bı­nı ver­di. Qaş-qa­ba­ğın­dan zə­hər tö­kü­lən pro­fes­so­run ey­ni bir ba­la­ca açıl­dı, oğ­la­nın qiy­mət və­rə­qə­si­nə bir yağ­lı dörd yaz­dı. Oğ­lan im­ta­han­dan çı­xan­da ax­şam­dan xey­li keç­miş­di. Bu vax­ta qa­tar qal­maz­dı. Bir az çöl­də da­ya­nıb göz­lə­di. Ba­yaq onun ya­nın­da otu­ran oğ­lan da qı­mı­şa-qı­mı­şa ona ya­xın­laş­dı. İm­ta­han­dan ka­fi qiy­mət al­mış­dı. Qo­şa­la­şıb üzü­a­şa­ğı düş­dü­lər. O za­ma­nın ən məş­hur «Nax­çı­van» meh­man­xa­na­sı­na gəl­di­lər. İla­hi, ne­cə bi­ga­nə adam­lar var­dı. Do­da­ğı poa­ma­da­lı xa­nım heç on­la­rı adam ye­ri­nə qoy­ma­dı, «ye­ri­miz yox­du» de­yib dur­du. Ge­cə ke­çir­di. Bu boy­da qo­naq evin­də on­la­ra rəh­mi gə­lən yox­du. Əlac­sız qa­lıb çıx­dı­lar çö­lə. Son­ra­dan qiy­mət alan oğ­lan de­di ki, qar­daş, bi­zim bir ta­nış var, mən ge­di­rəm on­la­ra. Oğ­lan ona yax­şı yol de­di, qal­dı kü­çə­nin or­ta­sın­da tək-tən­ha. On sək­kiz yaş­lı bir gən­cin ge­cə­nin ya­rı­sı kim­sə­ni ta­nı­ma­dı­ğı bir şə­hər­də tək qal­ma­sı bi­lir­si­niz­mi nə de­mək­di? Oğ­lan ət­ra­fa ba­xır­dı, uca bi­na­la­rın pən­cə­rə­lə­rin­dən işıq gə­lir­di. (De­mə­li, bu şə­hər­də on­dan baş­qa hər kə­sin işı­ğı var­dı.) Am­ma o, bu işı­ğın bi­ri­ni tu­tub kim­sə­nin qa­pı­sı­nı dö­yə bil­mir­di, çün­ki o işıq sa­hib­lə­rin­dən heç kə­si ta­nı­mır­dı. Bir anın için­də onun üçün sev­di­yi na­ğıl­lar ya­lan ol­muş­du. Axı na­ğıl­lar­da yo­lu az­mış qəh­rə­man işı­ğı tu­tub ge­dir­di, qar­şı­sı­na çı­xan ilk evin qa­pı­sı­nı dö­yür­dü:

- Ay ev yi­yə­si.

Ev sa­hi­bi so­ru­şur­du:

- Kim­sən?

- Al­lah qo­na­ğı.

- Al­la­ha da qur­ban olum, qo­na­ğı­na da, - qa­pı­lar tay­ba­tay açı­lır­dı qo­na­ğın üzü­nə.

Yox, in­di na­ğıl­lar­da­kı ki­mi de­yil­di. İn­di qa­pı­nın bam­ba­la­ca göz­lü­yün­dən ba­xır­lar, qa­pı­nın ağ­zın­da du­ra­nı ta­nı­ma­sa­lar, heç ora­da yı­xı­lıb ölə­sən səs­lə­ri­ni də çı­xartmaz­lar.

Oğ­lan məc­bur olub üz tut­du So­vetski­nin yas­tı-ya­pa­laq mə­həl­lə­lə­ri­nə. Ge­cə ke­çir­di, yo­rul­muş­du, qıç­la­rı ta­qət­dən düş­müş­dü. Ha­va is­ti ol­du­ğun­dan adam­lar kü­çə­lə­rə su sə­pib otur­muş­du­lar. Ki­şi­lər nərdtax­ta oy­na­yır, qa­dın­lar dərdlə­şir­di­lər. Oğ­lan ürək elə­yib kim­sə­yə bir söz de­mi­di. On­dan so­ru­şan da yox­du ki, kim­sən, nə­çi­sən, har­dan gə­lib, ha­ra ge­dir­sən? Bu­ra­sı şə­hər idi, bu­ra­da bir-bi­ri­ni ta­nı­ma­yan­lar sa­lam-ka­lam­sız ötü­şür­dü­lər. Oğ­lan qəl­bi­nə ya­tan, ona doğ­ma olan, ana­sı­nı, nə­nə­si­ni, ba­ba­sı­nı xa­tır­la­dan bir in­san ax­ta­rır­dı. Bur­da elə bil qa­dın­lar qo­cal­mır­dı. Ha­mı qa­ra­saç idi. Nə­ha­yət, oğ­lan bir to­pa ada­mın için­də ağ­saç bir qa­dın gör­dü, ürək­lə­nib ona ya­xın­laş­dı.

- Ana, bir ge­cə­lik qal­ma­ğa ye­ri­niz olar­mı?

Qa­dı­nın meh­ri­ban sə­si eşi­dil­di:

- Olar, oğ­lum, keç içə­ri. Oğ­lan içə­ri ke­çən­də göz­lə­ri­nə inan­ma­dı, bu­ra əməl­li-baş­lı ya­taq­xa­nay­dı. Oğ­lan içə­ri göz gəz­dir­di, ya­şıd­la­rı çox­du. Am­ma evin baş tə­rə­fin­də­ki çar­pa­yı­nın üs­tün­də iki can­lı «kuk­la­nı» gö­rən­də dik­sin­di. İs­tə­di ge­ri qa­yıt­sın, am­ma gec idi. Çün­ki öm­rün­də bu boy-bu­xun­da adam­lar gör­mə­miş­di. On­la­rın bi­ri qa­dın, bi­ri ki­şi idi. Hər iki­si qırx, qırx beş ya­şın­da olar­dı. On­la­rın bə­dən­lə­ri qur­şaq­dan aşa­ğı in­ki­şaf elə­mə­miş­di. Am­ma hə­rə­kət­lə­ri çox çe­vik idi. Qa­dı­nın si­fə­ti tə­kəm­sey­rək tük gə­tir­miş­di, ki­şi isə nə ba­rə­də­sə üyü­düb-tö­kür­dü. On­lar ar­tıq ta­le­lə­ri­lə ba­rış­mış­dı­lar, de­yib-gü­lür­dü­lər. Ara­da oğ­lan­lar­dan bi­ri ki­şi­ni ba­la­ca uşaq ki­mi qol­tu­ğu­na vu­rub ayaq­yo­lu­na apar­dı. Yə­qin ki bu oğ­lan bu ev­də çox­dan löv­bər sal­mış­dı, özü­nü çox sər­bəst apa­rır­dı. Qon­şu otaq­dan üzü­nü hə­lə də gör­mə­di­yi­miz bir qa­dı­nın de­yin­ti­si gə­lir­di. Qa­dın, de­yə­sən, hə­lə də gə­lib çıx­ma­yan əri­nin qa­ra­sı­na da­nı­şır­dı.

Ge­cə ke­çir­di. Nə­ha­yət, yer­lər sa­lın­dı. Na­zik, en­siz ocaq­qı­ra­ğı dö­şək­lər idi. Ba­la­ca, özü də xey­li nim­daş yas­tıq­lar qo­yul­muş­du. Oğ­lan ya­ta­ğın ürə­yin­cə ol­ma­dı­ğı­nı gö­rüb pal­ta­rı­nı so­yun­ma­dan ye­ri­nə uzan­dı. Ana­sı onu o qə­dər tə­miz­li­yə öy­rət­miş­di ki... Oğ­la­nı nə vaxt yu­xu tut­du, bil­mə­di. Yu­xu­dan sə­sə oyan­dı. Ax­şam­dan üzü­nü gör­mə­di­yi o qa­dın har­dan­sa qa­yı­dıb evi­nə gə­lən ki­şi­si­ni di­va­ra qıs­na­mış­dı. Ki­şi gü­nah­kar ol­du­ğun­dan­mı, abır-hə­ya et­di­yin­dən­mi, sə­si­ni içi­nə sal­mış­dı. Qa­dın isə sus­maq bil­mir­di. Onun hik­kə­li sə­si oğ­la­nın ba­şı­na düş­müş­dü... «Ra­yo­nun gə­də­lə­ri­ni yı­ğıb­sı­nız bu­ra. Xa­ra­ba qal­mış elə bil ya­taq­xa­na­dı, ya­taq­xa­na». Qa­dı­nın bu söz­lə­ri elə bil oğ­la­nın yed­di qa­tın­dan keç­di. Ye­rin­dən sıç­ra­yıb qalxdı, əli­ni ci­bi­nə sa­lıb yer haq­qı­nı nim­daş ya­ta­ğın üs­tü­nə atıb ev­də çıx­dı. Kim­sə gö­zə gö­rün­mür­dü. Dan ye­ri ya­vaş-ya­vaş ağa­rır­dı... Söh­bə­ti­nin bu ye­rin­də ba­də­si­ni qal­dı­rır­dı yu­xa­rı: - O oğ­lan mən idim. İn­di çı­xı­ram bal­ko­na, şə­hə­rin han­sı səm­ti­nə ba­xı­ram, ürək­do­lu­su nə­fəs alı­ram. Ona gö­rə ki, dostla­rı­mın, ta­nış­la­rı­mın o say­rı­şan işıq­lar için­də öz işıq­la­rı var. Ona gö­rə de­yi­rəm qoy hə­mi­şə işı­ğı­nız gəl­sin. İşı­ğı yan­ma­yan ev gö­rən­də qəl­bim sı­xı­lır...

- Mət­ləb, hə­lə ev­də­sən? - Gül­lü­nün qı­naq do­lu sə­si mə­ni xə­yal­dan ayır­dı. Fi­kir­ləş­dim ki, lap ağ elə­dim. - İn­di ge­di­rəm us­ta gə­tir­mə­yə - de­yib ye­rim­dən qalxdım. Ar­va­dı­mın «şü­kür» kəl­mə­si ürə­yim­də ev­dən çıx­dım.

Yo­la çı­xıb ma­şı­nın sü­rə­ti­ni ar­tır­dım. Ma­şı­nın pən­cə­rə­sin­dən ba­xıb gör­dü­yüm uzundraz bi­na­lar bir az ke­fi­mi kor­la­dı. Ona gö­rə yox ki, gö­züm gö­tür­mə­di, yox, is­tə­mə­yə­nin gö­zü çıx­sın. Sa­də­cə, Ba­kı mə­nim gör­dü­yüm şə­hər de­yil­di. Axı bu uzundraz bi­na­la­rı ni­yə har­da gəl­di, ne­cə gəl­di ti­kir­lər? Qor­xu­ram axır­da bu şə­hər­də görk üçün bir qə­dim ti­ki­li qal­ma­ya. İla­hi, doğ­ru­dan­mı, bu uzundraz ev­lə­ri ti­kən­lə­rin qəl­bin­də mü­qəd­dəs heç bir hiss qal­ma­yıb... De­yi­rəm, ya­şa dol­dum, saç-saq­qa­lım ağar­dı, am­ma uşaq ki­mi sa­də­lövh qal­dım. Ye­nə de­yi­rəm, ağıl­lı fi­kir­lə­şin­cə də­li vu­rur ça­yı ke­çir. Ona gö­rə ki, də­li­nin qa­ba­ğı­na çı­xan yox­dur. Bu­dur, iş adam­la­rı bi­zim bu şə­hər­lə bağ­lı xa­ti­rə­lə­ri­mi­zi gö­zü­müz ba­xa-ba­xa şum­la­yır­lar. Be­lə get­sə bir ni­şa­nə qal­ma­ya­caq. Ə, qar­daş, o So­vetski de­yi­lən yer­də, da­mı­na qır ba­sıl­mış mey­nə­li ev­lər­də gəncli­yi­miz ke­çib axı. Əşi, bu Ha­cı Zey­na­lab­di­nin də pu­lu olub də. Axı bu ki­şi özü­nə əriş­tə kə­sən­də, xal­qı üçün də umac ovub. Tik­dik­lə­ri bu­dur ey, gö­zü­mü­zün qa­ba­ğın­da. Sağ­lı­ğın­da ona mil­lət ata­sı de­yir­di­lər. Di gəl ki, So­vet hö­ku­mə­ti o ki­şi­ni də müf­lis elə­di. Hə­lə Nə­ri­ma­nov ol­ma­say­dı, bol­şe­vik­lər o yaş­da ki­şi­ni elə şə­hə­rin or­ta­sın­da­ca gül­lə­lə­yə­cək­di­lər. Muz­dur hö­ku­mə­ti­nə bəy, xan, za­də­gan gə­rək de­yil­di. Onun­ku oraq-çə­kic idi, nö­kər-na­yıb idi, ba­şı­nı sal­sın aşa­ğı, işi­ni gör­sün. Var­lı adam gö­rən­də So­vet hö­ku­mə­ti­nin ca­nı­na qa­şın­ma dü­şür­dü. Ya­zıq Ha­cı dün­ya­sı­nı də­yi­şən­dən son­ra ca­nı qə­dər sev­di­yi So­na­sı çöl­lər­də qa­lıb­mış, bir ti­kə çö­rə­yə möh­tac imiş. Hə, Ha­cı­nın ar­va­dı So­na xa­nı­mı gör­mə­səm də, qı­zı Sa­ra xa­nı­mı gör­müş­düm. Çiy­nin­də köh­nə bir me­şin çan­ta (de­yir­di­lər ki, o, çan­ta­da Ha­cı­nın bə­zi-bə­zi sə­nəd­lə­ri var), be­li bir az əyil­miş, nim­daş ge­yim­li, arıq vü­cud­lu Sa­ra xa­nım­la Ni­za­mi mu­ze­yi­nin ya­nın­da çox rastlaş­mış­dıq. Onun üzün­də əbə­di bir kə­dər do­nub qal­mış­dı. Və mən bi­lə­ni, o, bu dün­ya­dan üzü gül­mə­dən get­di. Onu gös­tə­rib de­yir­di­lər ki, çiy­ni çan­ta­lı bu qa­dın mil­yon­çu Ta­ğı­ye­vin qı­zı Sa­ra xa­nım­dır. Biz Sa­ra xa­nı­ma heç əhə­miy­yət də ver­mir­dik, ona gö­rə ki, o, vax­ti­lə mil­yon­çu qı­zı ol­muş­du. Mü­əl­lim­lə­ri­miz bi­zi ba­şa sal­mış­dı­lar ki, bu mil­yon­çu­lar bi­zim xal­qı­mı­zın ca­nı­nı alıb­lar (am­ma son­ra­lar oxu­yub bil­dim ki, bu ki­şi­lər mil­yon­la­rı alın­la­rı­nın tə­ri­lə qa­za­nıb­lar, bi­zim in­di­ki bə­zi mə­mur­lar ki­mi oğur­luq pul­la sa­hib­kar ol­ma­yıb­lar), Nə­sə, So­vet hö­ku­mə­ti­nin muz­dur­dan xo­şu gəl­di­yi üçün, biz də für­sə­ti əl­dən ver­mir­dik, tər­cü­me­yi-ha­lı­mız­da fəxrlə ya­zır­dıq ki, bəs, mən muz­dur oğ­lu, muz­dur nə­və­si­yəm. Ona gö­rə be­lə ya­zır­dıq ki, on­da bi­zi Kom­mu­nist par­ti­ya­sı­nın üz­vü elə­yir­di­lər, son­ra və­zi­fə ve­rir­di­lər və biz bun­dan son­ra adam ba­la­sı ki­mi ya­şa­yır­dıq. Bir söz­lə, biz muz­dur sö­zün­dən qə­tiy­yən uta­nıb-elə­mir­dik. Çün­ki So­vet hö­ku­mə­ti muz­dur hö­ku­mə­tiy­di. Ona gö­rə də biz muz­dur nə­və­lə­ri mil­yon­çu qı­zı Sa­ra xa­nı­mın ya­nın­dan say­maz­ya­na ke­çib-ge­dir­dik. Hal­bu­ki Sa­ra xa­nım bi­zə nis­bət­də da­ha yox­sul bir gün­dəy­di. Biz Ta­ğı­ye­vi unu­dub, Mur­tu­za Mux­ta­ro­va da­lı­mı­zı çe­vi­rib, bərk-bərk Le­ni­nin ətə­yin­dən ya­pış­mış­dıq. Bu ki­şi hə­lə uşaq bağ­ça­sın­dan bi­zim ən əziz «ba­ba­mız» ol­muş­du. Biz bu ba­ba­lar ba­ba­sı­nın şə­rə­fi­nə qo­yul­muş hey­kəl­lə­ri­nin ət­ra­fın­da əl-ələ tu­tub yal­lı ge­dir­dik. Şa­ir­lə­ri­miz onun adı­na zır­pı-zır­pı şe­ir­lər qo­şur­du­lar. Ona gö­rə ki, on­da ad-san sa­hi­bi olur­du­lar. He­yif de­yil can ra­hat­lı­ğı. Xalq-xalq de­yib Ba­yıl­da yat­maq­dan­sa, Le­nin ba­ba­nın şə­rə­fi­nə şe­ir­lər ya­zıb pər­qu yor­ğan-dö­şək­də, ar­va­dın is­ti qu­ca­ğın­da yat­maq yax­şı­dı. Yox­sa Ca­vi­din, Müş­fi­qin gü­nü­nə dü­şər­di­lər. Am­ma bir də­fə bi­zim ra­yon­da bu Le­nin ba­ba­ya ba­ğış­la­nıl­maz bir hör­mət­siz­lik elə­miş­di­lər. Han­sı qu­dur­muş­sa zi­bil do­lu zən­bi­li nə yol­la­sa Le­nin ba­ba­nın hə­mi­şə qa­ba­ğa uza­nan əli­nə ke­çirtmiş­di. (O ki­şi qa­ba­ğa uzat­dı­ğı əli ilə bi­zə cən­nə­tin — Kom­mu­niz­min yo­lu­nu gös­tə­rir­di.) On­da ra­yon bir-bi­ri­nə dəy­miş­di.

davamı
XS
SM
MD
LG