Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:27

Paşinyan: 'Rusiya ilə münasibətlərimizdə səhv etməmişik'


Nikol Paşinyan "Mülki müqavilə" Partiyasının üzvləri ilə görüşdə. 30 mart 2024
Nikol Paşinyan "Mülki müqavilə" Partiyasının üzvləri ilə görüşdə. 30 mart 2024

"Biz Rusiya Federasiyası ilə münasibətlərimizdə səhv heç nə etməmişik". Bunu Ermənistan baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi hakim "Vətəndaş Müqavilə" Partiyasının üzvləri ilə görüşündə bildirib.

"Tərəfdaşlarımız hansısa yerə işarə edib "burada filan öhdəliyin var idi və o öhdəliyi yerinə yetirmədin" deyə bilməz. Biz isə işarə edə bilərik, edirik, qanuni suallar qaldırırıq və bu qanuni suallara əsaslı cavablar gözləyirik. Həmin cavab verilmədiyinə görə, hər nə deyilirsə deyilsin, bu, məsələni həll etməyəcək", - baş nazir vurğulayıb.

Rəsmi Moskva iddia edir ki, Ermənistan rəhbərliyi onlar ilə münasibətləri pozmaq yolunu tutub və Qərb Yerevan vasitəsilə Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışır.

Ermənistanın Rusiya və KTMT ilə münasibətləri xüsusilə 2022-ci ilin sentyabrında onun Azərbaycanın hücumuna məruz qaldığını açıqlamasından sonra gərginləşib. Yerevanın tələblərinə baxmayaraq, nə KTMT, nə də Rusiya hələ də müttəfiq ölkəyə qeyd edilən hücumu pisləməyib və Azərbaycanın Ermənistandan ərazi işğal etməsini təsdiqləməyib. Paşinyan bəyan edib ki, Yerevanın KTMT-yə üzvlüyü de-fakto dondurulub, müttəfiqlər mövqeyini dəyişməsə, onun de-yure də dondurulması mümkündür.

Paşinyanın partiyadaşı: 'Azərbaycan və Rusiya eyni cəbhədə hərəkət edirlər'

"Mənə elə gəlir ki, azərbaycanlılar hansısa zəmin hazırlayırlar, çünki əslində bizdə qoşunların yerdəyişməsi yoxdur, sərhədlərdə durduğumuz kimi, dururuq".

Bunu news.am-a hakim "Vətəndaş Müqaviləsi" Partiyasından deputat Qaqik Melkonyan Azərbaycan Müdafiə Nazirliyinin sərhəddə Ermənistan ordusunun canlı qüvvəsinin, zirehli texnikasının cəmləşməsi və onların intensiv hərəkəti ilə bağlı məlumatını şərh edərkən bildirib.

"Onlar sadəcə olaraq aprelin 5-nə planlaşdırılan Paşinyan-Blinken-Ursula fon der Leyen üçtərəfli görüşündən narahatdırlar. Bilmirəm niyə onlar və rusiyalılar bundan belə narahatdırlar? Rusiya daim bəyanatlar verir ki, Avropa İttifaqı (Aİ) müdaxilə edəndə burada sabitlik pozulur. Azərbaycan isə Rusiya Federasiyasının sözlərini təkrarlayır. Onlar bir cəbhədə hərəkət edirlər və qorxuları var, bilmirəm niyə?", - Melkonyan bildirib.

Bu cür informasiyanın yayılmasının mümkün genişmiqyaslı hücum riskini özündə ehtiva edib-etməməsi ilə bağlı suala deputat belə cavab verib: "Yaxın gələcəkdə belə bir təhlükənin olacağını düşünmürəm. Onlar sadəcə gələcək üçün zəmin yaradırlar. Hazırda belə bir təhlükə görmürəm. Biz bu cür bəyanatlara öyrəşmişik, həmişə belə bəyanatlar veriblər. Aİ müşahidəçilərinin gəlişindən sonra sərhədlərdə atışma sanki dayanıb. Aİ müşahidəçiləri görürlər ki, qoşunların yerdəyişməsi yoxdur".

Bakının açıqlamasını təkcə Ermənistan Müdafiə Nazirliyi deyil, Aİ-nin müşahidə missiyası da təkzib edib.

'Avropa İttifaqının Ermənistandakı missiyası NATO missiyasına çevrilir' - Lavrov

"Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası NATO missiyasına çevrilir".

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "İzvestiya"ya qəzetinə müsahibəsində deyib.

"İndi Norveç, Kanada və Amerika Birləşmiş Ştatlarından (ABŞ) olan hərbçilər də oraya gedərək Avropa İttifaqının missiyasını Şimali Atlantika Alyansının (NATO) missiyasına çevirirlər", - o əlavə edib.

Lavrovun sözlərinə görə, məhz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çətin vəziyyətlərdə Ermənistanın maraqlarını dəfələrlə müdafiə edib və 2021-ci ildə Azərbaycanla münasibətlərindəki gərginliyi azaltmaq üçün bu ölkəyə öz sülhməramlı missiyasını göndərməyə hazır olub: "Missiyanın mandatı 2021-ci ilin payızında Yerevanda keçirilən nazirlər görüşündə tam razılaşdırılıb. Gecəyə qədər oturduq, hər şeyi təsdiqlədik. Səhər prezidentlər və baş nazirlər artıq görüşəndə cənab Paşinyan bildirdi ki, konsensus yoxdur, bir neçə gün sonra o, Ermənistana Avropa İttifaqının eyni sülhməramlı missiyasını dəvət etdi".

İndiyədək Bakı dəfələrlə Aİ missiyasının Ermənistanda yerləşdirilməsi ilə bağlı narazılığını bildirib.

Avropalı müşahidəçilər 2022-ci ildən Ermənistan-Azərbaycan sərhədində müşahidə aparırlar, həmin vaxt missiyada 40 nəfər var idi. Artıq orada 138 müşahidəçi var, sentyabradək onların sayı 209-a yüksəlməlidir.

Missiyanın mandatı iki ildir.

Dmitri Peskov
Dmitri Peskov

Ermənistan müşahidəçiləri dəvət edərkən Azərbaycanın fikrini nəzərə almayıb - Peskov

"Ermənistan Azərbaycanın rəyini nəzərə almadan birtərəfli qaydada Avropa İttifaqı (Aİ) müşahidə missiyasını dəvət edir. Bu, missiyanın effektivliyini şübhə altına ala bilər".

Bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün, martın 20-də jurnalistlər üçün brifinqdə bildirib.

"Məsələ monitorinqin obyektinin nədən ibarət olması və bu missiyanın Azərbaycan tərəfindən tanınıb-tanınmamasıdır", - Kreml nümayəndəsi qeyd edib .

O, daha sonra da bunları əlavə edib: "Orada belə bir mandatın anlayışla qəbul olunacağına şübhə edirəm".

Ermənistan parlamenti Aİ missiyası haqqında sazişi ratifikasiya edib

Ermənistan Milli Assambleyası 57 səs lehinə və 27 bitərəf olmaqla Avropa İttifaqının (Aİ) missiyası haqqında sazişi ratifikasiya edib.

Parlamentdəki müxalif "Ermənistan" və "Şərəfim var" fraksiyaları bitərəf qalıb.

Sənəd müşahidə missiyasının funksiyalarını tənzimləyir və onların toxunulmazlığını təmin edir.

Dünən, martın 19-da Milli Assambleyaya sənədi təqdim edən xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bildirib ki, Avropa missiyasının Ermənistanda yerləşdirilməsi regionda davamlı sülhün və sabitliyin bərqərar olması məqsədi daşıyır.

Avropalı müşahidəçilər Ermənistana 2023-cü ilin fevralında gəliblər, o zaman missiya 100 nəfərdən ibarət idi. İndi artıq 138 müşahidəçi var, sentyabra qədər 209 üzv olmalıdır.

Hələ Milli Assambleyaya daxil olana qədər bu sənəd Konstitusiya Məhkəməsində Konstitusiyaya uyğun sayılmışdı. Hökumət bu il yanvarın sonunda sazişin ratifikasiyasını təsdiqləyib.

Ermənistan-Azərbaycan sərhədinə yerləşdiriləcək müşahidəçilərdən Gürcüstanda da var. Effektivdirmi?
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

Mülki missiya niyə yaradıldı...

2023-cü ilin yanvarında Aİ Azərbaycanla sərhəd ərazilərdə "sabitliyə töhfə vermək" məqsədilə Ermənistanda mülki missiya yaradıb. İki illik monitorinq missiyası Ermənistanda sərhəddə patrul xidməti həyata keçirir. Dekabrda missiya üzvlərinin sayı 138-dən 209 nəfərə artırılıb.

Rəsmi Bakı qurumun bu qərarını tənqid edib və bu addımı mandatın sayının "özbaşına" genişləndirilməsi adlandırıb.

Bu missiyanın yaradılmasından öncə tez-tez Azərbaycan və Ermənistan sərhədində atəşkəsin pozulması ilə bağlı məlumatlar yayılırdı. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini günahlandırırdılar.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla Qarabağa nəzarəti bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Bakı ərazilərinin 20 faizinə nəzarəti itirmişdi.

XS
SM
MD
LG