Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:34

Azərbaycanın korrupsiyanı qavrama indeksi dəyişməyib


İlham Əliyev hələ də bacarmayıb... Gürcülər rüşvətin kökünü necə kəsdilər?
Gözlə

No media source currently available

0:00 0:10:37 0:00

İlham Əliyev hələ də bacarmayıb... Gürcülər rüşvətin kökünü necə kəsdilər?

Azərbaycan "Transparency International" beynəlxalq şəffaflıq təşkilatının Korrupsiyanı Qavrama İndeksində (CPI) 180 ölkə və ərazi içində 23 balla 154-cü olub.

Yanvarın 20-da açıqlanan indeks ekspertlərin, biznes adamlarının dövlət sektorunda korrupsiyanın səviyyəsini necə görməsinin göstəricisidir.

Azərbaycan ötən il 23 balla 157-ci, 2022-ci ildə isə 30 balla 128-ci yeri tutulmuşdu. Ötənilki göstərici antirekord sayılırdı.

Regionda ən aşağıda

Azərbaycan Tacikistan (20 balla 162-ci yer) və Türkmənistanla (18 balla 170-ci yer) birlikdə regionda korrupsiya indeksi ən aşağı ölkələr sayılıb.

İndeksdə 100 bal dövlət sektorunda korrupsiyanın olmadığını, 0 bal isə korrupsiya səviyyəsinin çox yüksək olduğunu göstərir.

Azərbaycan rəsmiləri, hələlik, bu İndeksə münasibət bildirməyib. Ancaq hakimiyyət ölkədə korrupsiya ilə sistematik və davamlı mübarizə aparıldığını bildirir. Son illər bir sıra rayonların icra hakimiyyəti başçıları, yüksək vəzifəli dövlət qulluqçuları mənimsəmə, rüşvətxorluq ittihamları ilə həbsə atılıb, mühakimə olunub. Ancaq, məsələn, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov xüsusilə külli miqdarda mənimsəmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirli bilinmişdi. Amma ona 5 ili sınaq müddəti olmaqla, 11 il şərti cəza verildi. S.Müslümov cinayət işi üzrə 27 milyon manatlıq ziyandan 20 milyonu ödəyəndən sonra ev dustaqlığına buraxılmışdı.

Dünyada vəziyyət necədir

Builki Korrupsiyanı Qavrama İndeksi bir çox ölkələrin dövlət sektorunda korrupsiya ilə mübarizədə az irəliləyişə nail olduğunu üzə çıxarıb. Qlobal indeks artıq 12-ci ildir dəyişmir - 43-dür. Ölkələrin üçdə ikisi 50-dən az bal yığıb ki, bu da ciddi korrupsiya problemlərinin mövcudluğunu göstərir.

Azərbaycanın qonşularından Ermənistan 62 (47 bal), Gürcüstan 49 (63), Rusiya 141 (26), İran 149-cu (24) yerdədir. Ermənistanın son 10 ildə indeksini yaxşılaşdırdğı vurğulanır.

Türkiyə (34 balla 115-ci yer) və Türkmənistan isə geriləyib. Türkiyə, eləcə də Serbiya (36 balla 104-cü yer), Rusiya və Tacikistan indiyədək ən aşağı korrupsiya indekslərini yığıblar.

Danimarka (90) artıq altıncı ildir indeksin başındadır. Ondan sonra Finlandiya (87) və Yeni Zelandiya (85) gəlir. Bu ölkələr yaxşı işləyən məhkəmə sistemlərinə görə "Hüququn aliliyi" indeksində də ön yerləri tuturlar.

XS
SM
MD
LG