Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:16

Aİ missiyasının rəhbəri Azərbaycanda jurnalistlərə rəftardan sarsılıb. XİN-dən cavab


Peter Mixalko
Peter Mixalko

Avropa İttifaqının (Aİ) Azərbaycandakı missiyasının rəhbəri Peter Mixalko (Peter Michalko) bu ölkədə jurnalistlərə qarşı mövcud münasibətdən narahatlığını ifadə edib.

“Azərbaycanda bu yaxınlarda həbs edilmiş bəzi jurnalistlərə qarşı ləyaqəti alçaldan rəftara dair xəbərlər məni sarsıtdı. Bu xüsusilə məhkəmə zallarında qandallanan, şüşə qəfəslərə salınan və ya əsas insan ehtiyaclarından məhrum olan gənc qadınlara aiddir. Hər kəsin ləyaqət və hörmətlə rəftar olunmaq hüququ var”, -- o, X platformasındakı hesabında yazıb.

'Azərbaycanda həbslər davam edəcək': AbzasMedia İşində son vəziyyət
Gözlə

No media source currently available

0:00 0:05:34 0:00

XİN rəsmisinin cavabı

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə isə öz növbəsində ölkəsinin məhkəmə sisteminin ən yaxşı beynəlxalq təcrübələr əsasında qurulduğunu və ona müdaxilənin qəbuledilməz olduğunu bildirib. O, bu barədə “X” hesabında yazıb.

Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalkonun fikirlərinə cavab verən XİN rəsmisi qeyd edib ki, bu iddialar tam əsassızdır: “Bu iddia həm əsassız, həm də məsuliyyətsizdir! Yaxşı olardı ki, səfir Avropa İttifaqının bəzi ölkələrinin məhkəmə sistemlərində ədalətin olmaması və pis rəftara diqqət yetirsin”.

Son aylar Azərbaycanda 10-a yaxın jurnalist həbs edilib. Onlara əsasən qaçaqmalçılıq ittihamı verilib. Həbs edilən jurnalistlərin heç biri ittihamları qəbul etmir və bunu peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hərçənd, rəsmilər ölkədə jurnalistlərin peşə fəaliyyəti ilə bağlı təqib və həbs olunmaları ilə əlaqəli deyilənləri qəbul etmirlər.

Onlardan vəkilinin deməsinə görə, yanvarın 15-də Xətai rayon məhkəməsində həbs edilən “Abzas Media” saytının əməkdaşı, jurnalist Elnarə Qasımova prosesə dəmir qandalda gətirilib. Yalnız müdafiə terfinin vəsatətindən sonra onun qollarından qandal açıldığı bildirilirdi.
Ondan əvvəl isə eyni qaçaqmalçılıq ittihamı ilə həbs edilən “Abzas Media” saytının baş redaktoru Sevinc Vaqifqızının da proses zamanı şüşə qəfəsdə saxlanması ilə bağlı müdafi tərəfinin vəsatəti olsa da onunla bağlı bu halın dəyişmədiyi vurğulanmışdı.

XS
SM
MD
LG