Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:26

Azərbaycan dünya insan haqları hesabatında: ‘Narahatedici pozuntular davam edir’


Söyüdlüdə polislə qarşıdurma
Söyüdlüdə polislə qarşıdurma

Human Rights Watch beynəlxalq insan haqları təşkilatı yanvarın 11-də 2024-cü il üçün özünün Dünya Hesabatını açıqlayıb.

Bu hesabatda Azərbaycana ayrıca bir bölüm həsr olunub. Bu bölümdə Azərbaycanda 2023-cü il ərzində baş vermiş insan haqları pozuntularından bəhs edilir, ayrı-ayrı hadisələrin xronoloji və təfərrüatlı təsviri verilir.

Hesabatda qeyd olunur ki, Azərbaycanda uzun müddətdir narahatlıq doğuran hallar 2023-cü ildə də davam edib.

Sənəddə vurğulanır ki, hökumət ifadə, toplaşma və təşkilatlanma azadlıqlarını sərt bir şəkildə məhdudlaşdırıb.

İşgəncələrlə bağlı hay-küylü bir işlə (Tərtər işi-red) bağlı müəyyən irəliləyişə baxmayaraq polisdə və saxlanma yerlərində pis rəftar və işgəncə halları davam edib.

Bu da bildirilir ki, may ayında prezident İlham Əliyevin imzaladığı əfv fərmanı ilə ittihamlarının siyasi motivli olduğuna inanılan işlər üzrə bir neçə nəfər azadlığa buraxılıb, bununla belə qanunsuz məhbus edilmiş onlarca başqaları məhbəsdə qalıb.

Hesabatda ictimai fəal Bəxtiyar Hacıyev və müxalif siyasətçi Qubad İbadoğlunun həbsləri xüsusilə vurğulanır.

Hökumət tənqidçilərinin təqibi

Hesabatın “Hökumət tənqidçilərinin təqibi” hissəsində xatırladılır ki, siyasətçi Əli Əliyev prezident fərmanı ilə azadlıqğa buraxılıb.

Qeyd olunur ki, buna baxmayaraq hakimiyyət aparıcı fəalları və müxalifət fiqurlarının hədəflənməsini davam etdirib.

Sənədin bu hissəsində ictimai fəal Bəxtiyar Hacıyevin, AXCP üzvü Əlizamin Salayevin, Qubad İbadoğlunun işlərindən bəhs olunur.

Vurğulanır ki, Hacıyevi 6 il, İbadoğlunu isə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzaları gözləyə bilər.

Yazdıqları postlara görə...

Hesabatda deyilir ki, Azərbaycanda sosial mediada yazdıqları postlara, müsahibələrinə və başqa fəaliyyətlərinə görə təqib olunanlar var.

Sənəddə deyilir ki, məsələn fevral ayında AXCP üzvü Orxan Baxışlı Bəxtiyar Hacıyevin həbsini pisləyən müsahibə verdikdən bir gün sonra saxlanıb.

Qeyd olunur ki, müstəqil jurnalist Vəli Şükürzadə jurnalist təhqiqatı üçün informasiya istəyəndən, AXCP fəalı Zaur Usubov Facebook postları yazandan, sosial media fəalı Əmrah Təhməzov isə Facebook-da prezidenti Əlzamin Salayevin azad olunmasına çağırdıqdan sonra saxlanıblar.

Sənəddə deyilir ki, noyabr ayında Abzas Media saytının aparcı jurnalistləri Ülvi HəsənliSevinc Vaqifqızı, habelə bu nəşrlə bağlı olan Məhəmməd Kekalov həbs ediliblər.

Saatlı və Söyüdlü etirazları

Hesabatda Saatlı rayonunda polisin su qıtlığına etiraz olaraq ylou kəsmək istəyənlərə qarşı gözyaşardıcı qazadan və rezin güllələrdən istifadə etdiyi, bu zaman 15 yaşlı oğlan da daxil iki nəfərin xəsarət aldığı deyilir.

Hesabatda habelə Söyüdlü kəndində kimyəvi tullantıların axıdılması üçün süni gölün yaradılmasına etiraz edənlərə qarşı polis zorakılığından bəhs olunur.

Bu etirazla əlaqədar aksiyanı koordinasiya etməkdə ittiham olunan keçmiş deputat Nazim Bəydəmirlinin həbs olunduğu vurğulanır.

İyun ayında fəallar Elmir AbbasovQiyas İbrahimov Söyüdlü kəndindəki etirazların polis tərəfindən zorakılıqla yatırımasını tənqid etdiklərinə görə 32 və 20 sutkalıq müddətə həbs olunublar.

Rüşvətxor icra başçılarına olar, siyasi fəallara yox... Həbsxanalarda nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:07:00 0:00

Qarabağ və başqa məsələlər

Hesabatda Qarabağla bağlı ayrıca bölüm verilib. Bu bölümdə Azərbaycanın Laçın dəhlizi ilə hərəkəti əngəlləməsindən, Qarabağda humanitar böhranın yaranmasından, daha sonra 19 sentyabr əməliyyatının ardınca demək olar bütün erməni əhalinin bölgəni tərk etməsindən bəhs edilir.

Bu da vurğulanır ki, Azərbaycan bu hadisələrlə bağlı Beynəlxalq Məhkəmənin iki keçid tədbirini tətbiq etməkdən imtina edib.

Hesabatda iddia olunur ki, hakimiyyət Qarabağda keçirilmiş 19 sentyabr əməliyyatını tənqid edən azı 9 fəalı həbs edib.

Hesabatda bu da deyilir ki, Azərbaycanda LGBT icmasına daxil şəxslərlə pis rəftar, onların diskriminasiyası və qanunsuz saxlanmaları yer alıb.

Sənəddə deyilir ki, Azərbaycan ötən il ərzində insan haqları pozuntuları ilə bağlı beynəlxalq təşkilatların tənqidləri, Avropa Parlamentinin qətmanamələri ilə üzləşib.

***

Azərbaycan hökuməti bir qayda olaraq beynəlxalq insan haqları təşkilatlarının hesabatlarındakı tənqidləri qəbul etmədiyini bildirir və bunları qərəzli adlandırır.

Hökumət vurğulayır ki, Azərbaycanda heç kəs siyasi baxışlarına görə təqib olunmur və buna görə də ölkədə siyasi məhbuslar yoxdur.

Rəsmi Bakı bəyan edir ki, Azərbaycanda təməl insan haqlarına və azadlıqlarına hörmətlə yanaşılır.

XS
SM
MD
LG