Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:48

HƏMAS girovları haqqında nələr bilinir

Fələstinin Hamas (HƏMAS) qrupunun silahlıları oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrailin güneyindəki icma və hərbi bazalara hücum edərək, azı, 200 nəfəri girov götürüblər., min 400 nəfərsə öldürülüb. İsrail bu hücuma Qəzzaya hava zərbələri endirməklə, minlərlə insanı öldürməklə cavab verib. İsrail bunu da bildirib ki, Hamas-ı yer üzündən silməklə yanaşı, girovları qurtarmağa çalışacaq.

İsrail anklavın perimetri yaxınlığındakı ərazilərə tank və qoşun toplayaraq, fələstinliləri gözlənilən quru hücumu başlanmazdan öncə Qəzzanın quzeyini tərk etməyə çağırıb. Hamas girovların İsrail həbsxanalarında saxlanan 6 minə yaxın fələstinli ilə dəyişdirilməsini təklif edib.

2011-ci ildə İsrail bir əsgərini azad etməkdən ötrü min 27 fələstinli məhbusu buraxdığından, bəzi vətəndaşlarının tənqidinə məruz qalmışdı. İsrail bildirib ki, israilli girovlar azad edilməyincə Qəzzanın blokadasına son qoyulmayacaq.

İsrail bildirib ki, israilli girovlar azad edilməyincə Qəzzanın blokadasına son qoyulmayacaq.

Misirlə Qəzza arasındakı Rəfah sərhəd keçidinin məhdud həcmdə yardımın çatdırılması üçün tezliklə açılacağı gözlənilir.

Girovların sayı neçə nəfərdir?

İsrailin ictimai televiziya kanalı Kan oktyabrın 19-da hərbi qaynaqlara söykənərək, aralarında 30 nəfər yeniyetmə və uşağın, 20 nəfər yaşı 60-ı aşan şəxsin də olduğu 200 nəfərin Qəzzada girov saxlandığı bildirib.

Hamas əlində 200 girovun olduğunu və daha 50 nəfəri Qəzzadakı başqa silahlı qrupların saxladığını bildirib. Üstəlik, detalları açıqlamasa da, 20-dən artıq girovun İsrailin hava zərbələrində öldürüldüyünü də deyib.

Girovlar haradadır?

İsrail girovların Qəzzaya aparıldığını, ancaq onların dəqiq yerinin bilinmədiyini, bu üzdən onları qurtarmağın çətinləşdiyini bildirib. Rəsmilər çox adamın Qəzzanın altındakı tunellər şəbəkəsində saxlana biləcəyini deyiblər. İsrail əsgərləri bu tunelləri “Qəzza metrosu” adlandırırlar.

Hamas bazar ertəsi günü (oktyabrın 16-da -red.) rəqs mərasimindən tutulan 21 yaşlı fransalı-israilli Mia Şemin görüntülərini yayıb. Videoda kimliyi bilinməyən tibb işçisi Mia Şemin qolundakı yaranı müalicə edir.

Girovlar hansı ölkələrin vətəndaşlarıdır?

Girovların arasında onlarca ölkənin vətəndaşları var. Bir çoxu həm də İsrail vətəndaşlarıdır.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan (Jake Sullivan) çərşənbə axşamı günü (oktyabrın 18-də - red.) 20 nəfər, ya da daha çox amerikalının itkin düşdüyünü, ancaq onlardan neçəsinin girov saxlandığını deyə bilməyəcəyini bildirib. Respublikaçı senator Cim Riş isə (Jim Risch) jurnalistlərə girovlardan 10-nun amerikalı olduğunu deyib.

Tailand 17 vətəndaşının girov götürüldüyünü açıqlayıb. Yerli medianın verdiyi xəbərə görə, girov götürülən 8 alman vətəndaşının yarıya qədəri kibbutzdan götürülüb (“Kibbutz” ibranicə icma, topluluq, birgəlik anlamını verir. İsraildə bütün mülkiyyəti ortaq olan və kənd təsərrüfatıyla məşğul topluluqlar belə adlanır – red.).

Argentina Prezidenti Alberto Fernandez ailələrlə videogörüşündə 16 həmvətəninin girov saxlandığını söyləyib.

Baş Nazir Rişi Sunakın sözçüsü bildirib ki, Britaniyanın, azı, 9 vətəndaşı öldürülüb, 8-i itkin düşüb. Sunak cümə axşamı (oktyabrın 19-da -red.) günü İsrailə səfəri zamanı itkin düşənlərdən ikisinin ailəsi ilə görüşüb.

Fransa Qəzzada saxlanan vətəndaşlarının dəqiq sayını açıqlamayıb. Ancaq hücumdan sonra yeddi vətəndaşın tapılmadığı, bəzilərinin girov götürüldüyü bildirilir.

Niderland hökuməti 18 yaşlı Niderland vətəndaşı Ofir Engelin Be’eri kibbutzundan girov götürüldüyünü bildirib.

Portuqaliya 4 nəfər İsrailəsilli Portuqaliya vətəndaşının girov götürüldüyünü güman etdiyini açıqlayıb. İsrail və Çili vətəndaşı Dafna Garkoviç ispaniyalı əri İvan İllaramendi ilə birilikdə girov götürülüb. İtaliya isə ikili vətəndaşlığı olan iki nəfərin itkin düşdüyünü, çox güman, oğurlandığını bildirib.

Oktyabrın 16-da Hamas-ın silahlı qanadı oğurlanan qeyri-israillilərin “qonaq” olduğunu, “şərtlər imkan verincə” buraxılacaqlarını deyib.

Hökumətlər girovlarla bağlı nə edəcəklərini deyirlər?

İsrailin Baş Naziri Benyamin Netanyahu istefada olan general Qal Hirşi (Gal Hirsch) İsrailin girov və itkin düşən şəxslər üzrə koordinatoru təyin edib.

Qətərli vasitəçilər israilli qadın və uşaqların azad edilməsi üçün danışıq aparmağa çalışdıqlarını, onların İsrail həbsxanalarında saxlanan 36 qadın və uşaqla dəyişdirilməsini təklif etdiklərini bildiriblər. Ancaq hələlik, razılaşmanın əldə edildiyini demək mümkün deyil.

Türkiyəin Xarici işlər naziri Hakan Fidan əcnəbi vətəndaşların, mülki şəxslərin və uşaqların azad edilməsi üçün Türkiyənin də Hamas-la danışıq apardığını bildirib. O, “Anadolou” xəbər agentliyinə deyib ki, ABŞ və Almaniya da daxil, bəzi ölkələr vətəndaşlarını qurtarmaqdan ötrü Türkiyədən kömək istəyib.

ABŞ Prezidenti Co Bayden administrasiyasının amerikalı girovları qurtarmaq üçün “dəridən-qabıqdan çıxdığını” deyib. ABŞ kəşfiyyat və planlaşdırma məsələlərində kömək üçün İsrailə kiçik bir xüsusi əməliyyat qrupu göndərib.

Böyük Britaniyanın Baş naziri Sunak bildirib ki, onun hökuməti girovların qaytarılması üçün regiondakı tərəfdaşlarla danışıq aparır.

Argentina Prezidenti Fernandez də hökumətinin argentinalı girovların yerinin müəyyənləşdirilməsi üçün İsrail kəşfiyyat qüvvələri ilə danışdığını bildirib.

Almaniya Hamas üzvlərinə qarşı qətl, adam öldürmə və girov götürmə ittihamları ilə cinayət işi açıb. Almaniya qanunlarına görə, xarici ölkələrdə baş verən cinayətlər alman vətəndaşları ilə bağlıdırsa, prokurorluq onları araşdırmağa borcludur.

XS
SM
MD
LG