Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:31

Putin 'taxıl sazişi' ilə bağlı şərt qoydu


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin deyib ki, Qərb Rusiyanın ərzaq və gübrə ixracını ilə bağlı verdiyi vədə əməl edərsə taxıl müqaviləsinə qayıda bilər. Bu barədə Reuters agentliyi xəbər verir.

Sentyabrın 4-də Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin görüşüb. Görüşdə Rusiyanın "Qara dəniz taxıl təşəbbüsü"nə qayıtmasının müzakirə edilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin

Lakin, bu ilin iyulunda Rusiya Ukrayna taxılının Qara dəniz limanlarından ixracına şərait yaradan bu sazişdən çıxıb. Bunu öz ərzaq və gübrə ixracının ciddi maneələrlə üzləşməsi ilə əsaslandırıb. Türkiyəli həmkarı ilə görüşdən sonra mətbuata birgə çıxışında Vladimir Putin deyib ki, qərb ölkələri taxıl sazişinin həyata keçirilməsinə əngəl olublar və bu əngəllər hələ də qalır:

“"Biz taxıl sazişinin bərpası imkanlarını nəzərdən keçirməyə hazır olacağıq. Bu gün cənab prezidentə bu barədə bir daha dedim ki, biz bunu Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bütün razılaşmalar tam yerinə yetirilən kimi edəcəyik",

Prezident Ərdoğan da taxıl sazişinin yenidən canlandırılacağına inandığını deyib. Həmçinin deyib ki, Ukrayna Rusiya ilə birgə addımların atılması üçün mövqeyini yumşaltmalıdır.

Qara dəniz taxıl razılaşması barədə saziş ilk dəfə 2022-ci ilin iyulunda imzalanıb. Bu dördtərəfli razılaşmanı BMT, Türkiyə, Ukrayna və Rusiya imzalayıblar.

Razılaşma Rusiya və Ukraynanın Qara dənizdəki limanlarından kənd təsərrüfatı mallarının maneəsiz ixracını nəzərdə tutur.

Ərdoğanın da vasitəçilik etdiyi saziş ötən yaydan bəri Ukraynadan taxıl ixracının davam etməsinə səbəb olub. Böyük taxıl istehsalçısı olan Ukrayna 2022-ci ilin yayından bəri dəniz vasitəsilə 33 milyon tona yaxın taxıl və digər kənd təsərrüfatı məhsulu ixrac edə bilib ki, bu da qlobal təchizat zəncirini təmin edib.

XS
SM
MD
LG