Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:22

Putin həbs ehtimalına görə Yohannesburq sammitinə getməyəcək


Vladimir Putin BRİKS liderləri ilə təşkilatın 2018-ci ildə Yohannesburqda keçirilmiş sammitində
Vladimir Putin BRİKS liderləri ilə təşkilatın 2018-ci ildə Yohannesburqda keçirilmiş sammitində

Rusiya prezidenti Vladimir Putin BRİKS təşkilatının avqust ayında Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçiriləcək sammitinə getməyəcək.

Bu tədbirdə onu xarici işlər naziri Sergey Lavrovun əvəz edəcəyi bildirilir.

Bu barədə məlumatı CAR prezidenti Siril Ramaposa verib.

Cənubi Afrika prezidentinin rəsmi saytında qeyd olunur ki, Putinin sammitdə iştirak etməyəcəyi ikitərəfli razılıqla qərara alınıb.

Təşkilatın başqa üzvlərini – Çin, Braziliya, Hindistan və CAR-ı bu sammitdə dövlət başçıları təmsil edəcəklər.

Moskva israr etsə də...

Putinin sammitə qatılmaması onun barəsində Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) həbs orderinin olması ilə izah edilir.

CAR Roma statutunu imzalamış ölkələrin arasındadır. Bu isə o deməkdir ki, CAR məhkəmə qarşısındakı öhdəliyinə görə Putini həbs etməliydi.

BƏM Putin və Rusiya uşaq ombudsmanı Mariya Lvova-Belovanı Ukrayna uşaqlarının qanunsuz olaraq Rusiyaya deportasiyasında ittiham edir.

CAR prezidenti iyulun 18-də bildirmişdi ki, BƏM-ə Putini səfər zamanı həbs etməmək icazəsi üçün müraciət edib.

Siril Ramaposa demişdi ki, Putinin həbs edilməsi Rusiyaya qarşı müharibə elan edilməsinə bərabər olardı.

Kremlin sözçüsü Dmitri Peskov Ramaposanın bu iddiasını təkzib edib.

CAR-ın vitse prezidneti Pol Maşatile bu yaxınlarda jurnalistlərlə söhbət zamanı demişdi ki, onun ölkəsi Putini Yohannesburq sammitinə gəlməməsi üçün dilə tutub.

Maşatilenin sözlərinə görə Moksva sammitdə Putinin iştirak etməsində israr edirdi.

Ramaposanın cəhdləri

Sammitin təşkilatçıları onun Çində keçirilməsini təklif etsələr də, Hindistan və Braziliya buna etiraz etmişdilər.

Kreml son anadək bildirirdi ki, Putinin sammitdə iştirakı məsələsi barədə qərar qəbul edilməyib.

Bundan əvvəl Financial Times qəzeti yazırdı ki, Ramaposa iyulun sonlarında Sankt Peterburqda keçiriləcək Rusiya-Afrika sammitində Putini Yohannesburqa gəlməməsinin zərurətinə inandırmağa çalışacaq.

Hələ aprel ayında Ramaposa bəyan etmişdi ki, hakim Afrika Milli Konqresi partiyası ölkənin Haaqa məhkəməsinin yurisdiksiyasından çıxması barədə qərar qəbul edib.

Lakin daha sonra prezident administrasiyası bu məlumatın dəqiq olmadığını və CAR-ın BƏM-in yurisdiksiyasından çıxmağı planlaşdırmadığını bildirmişdi.

XS
SM
MD
LG