Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:28

Rusiyanın Belqorod vilayətində döyüşlər davam edir


Belqorod vilayəti
Belqorod vilayəti

Rusiya Müdafiə Nazirliyi mayın 23-də bəyan edib ki, Belqorod vilayətinə müdaxilə etmiş “Ukrayna birləşmələri məhv edilib”.

Məlumatda 70-dək diversantın həlak olduğu bildirilir.

Nazirlik qeyd edir ki, antiterror əməliyyatlının gedişində “aviasiya və artilleriya zərbələri, habelə qoşun birləşmələrinin fəal hərəkəti ilə diversant qruplaşmalar mühasirəyə alınıb və məhv edilib":

"Millətçilərin sağ qalanları Ukrayna ərazisinə geri oturdulub və orada onların tam ləğv edilməsi üçün atəşə tutulması davam etdirilib. 70-dən çox Ukrayna terrorçusu, dörd zirehli maşın və beş pikap məhv edilib”.

Bu arada Rusiya İstintaq Komitəsi diversiya qruplarının Belqorod vilayətinə müdaxiləsi ilə bağlı 6 maddə üzrə cinayət işləri qaldırıb.

Məlumatda deyilir ki, mayın 22-də “Ukrayna silahlı birləşmələrinin nümayəndələri Belqorod vilayətinin Qrayvoron rayonuna hücum ediblər.

İK-nın məlumatında deyilir ki, rayonun inzibati binalarını və infrastrukturu artilleriya və minaatanlardan atəşə tutublar.

FTX binasına dron zərbəsi

Rusiya tərəfi bildirir ki, Belqorod vilayətində diversantların ələ keçirilməsi üçün əməliyyat davam edir.

Bunların Rusiya Könüllü Korpusu (RKK) və “Azad Rusiya” legionunun döyüşçüləri olduğu bildirilir.

Mayın 23-ə keçən gecə naməlum dronlar Belqorod vilayətinə hücum edib.

Belqorod şəhərinin özündə güclü partlayış səsi eşidilib.

Orada FTX binasına zərbə endirildiyi ehtimal olunur.

Belqorod vilayətinin Borisovka qəsəbəsində dronun atdığı bomba inzibati binalardan birinin damını dağıdıb.

Bundan əvvəl Rusiyanın Belqorod vilayətində antiterror əməliyyatı rejimi elan edilib.

Şəhərə giriş və çıxışda maşınlar dayandırılır və adamların sənədləri yoxlanır.

“Təhlükəsiz zona”

Belqorodun qubernatoru Vyaçeslav Qladkov iddia edib ki, diversantlar radioaktiv, kimyəvi və bioloji təhlükəli partlayıcılardan istifadə edirlər.

Mayın 23-də Ukrayna Müdafiə Nazirliyi baş kəşfiyyat idarəsinin nümayəndəsi Andrey Yusov deyib ki, “Azad Rusiya” legionu və RKK Rusiya vətəndaşlarından ibarət dəstələrdir və onlar Belqorod vilayətində “təhlükəsizlik zonasının” yaradılması üçün əməliyyat aparırlar.

Onun sözlərinə görə “təhlükəsizlik zonasının” yaradılmasından məqsəd Rusiya silahlı qüvvələrini vilayətin içərilərinə doğru geri oturtmaqdır.

RKK və “Azad Rusiya” komandirlərinin dediyinə görə Rusiya ordusu məhz bu ərazidən Ukraynanın mülki əhalisini atəşə tutur.

***

Rusiya hakimiyyət orqanları mayın 22-də Belqorod vilayətinə diversiya-kəşfiyyat qrupunun daxil olduğunu təsdiq edib.

Xəbərdə vilayətdə döyüşlərin getdiyi bildirlir.

Mayın 22-də Rusiya və Ukraynanın media və teleqram kanallarında Belqorod və Ukraynanın Sumı vilayətinin sərhədində ağır döyüşlərin getdiyi barədə xəbərlər yayılıb.

Xəbər verilir ki, Ukraynadan Rusiya ərazisinə bir və ya bir neçə silahlı qrup daxil olub.

Bu reydlərə görə məsuliyyəti öz üzərinə Rusiya Könüllü Korpusu (RKK) və “Azad Rusiya” legionu götürüb.

Sosial media şəbəkələrində habelə Belqorod vilayətinin Qrayvoronovsk rayonunda sərhəd-buraxılış postuna zərbələri əks etdirən videolar yayılıb.

Videolardan birində üstündə Ukrayna bayrağı olan tank sözü gedən postu keçir.

Başqa bir videoda isə postun özü və həlak olmuş əsgərin meyiti görünür. Videoların həqiqiliyi müəyyənləşdirilməyib.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukraynanı “Belqorod üzərinə informasiya həmləsində və panika yaratmaqda” ittiham edib.

O Qrayvoronovsk rayonunun atəşə tutulduğunu təsdiq edib, ölən və yaralanan olmadığını bildirib.

Onun sözlərinə görə hakimiyyət əhalinin evakuasiyasını elan etməyib.

Döyüşlər gedir

Bunun ardınca Belqorodda döyüşlərin getdiyinə dair xəbərlər yayılıb. Qladkov deyib ki, Qrayvoronovsk rayonunun ərazisinə diversiya-kəşfiyyat qrupu müdaxilə edib. Rusiya ordusunun bu dəstə ilə döyüşdüyü iddia olunur.

“Azad Rusiya” legionu – Ukrayna tərəfində döyüşən Rusiya vətəndaşlarından ibarət bölmədir.

Legion məlumat yayıb ki, onun döyüşçüləri RKK ilə birlikdə Kozinka yaşayş məntəqəsini tutublar və

Qrayvoron qəsəbəsinə “öncül dəstələr” daxil olub.

Bu legionla bağlı olan keçmiş Rusiya Duması deputatı İlya Ponomaryov Facebook səhifəsində yazıb ki, “öncül dəstələr” Belqorod şəhəri istiqamətində irəliləyir”. Bu xəbər müstəqil şəkildə təsdiq edilməyib.

Lakin Rusiya teleqram kanalları iddia edirlər ki, döyüş Qrayvoron yaxınlığındakı Qora-Podol məntəqsində gedir.

Rusiya Könüllü Korpusu

Qrayvoronda çəkilmiş videoda atışma səsləri eşidilir. Bu Ukrayna sərhədinin 10 kilometrliyində yerləşən rayon mərkəzidir.

Rusiya Könüllü Korpusu, habelə Rusiyadan mühacirət etmiş və Ukrayna tərəfində döyüşən sağ təmayüllü fəalların yaratdığı döyüş birləşməsi bəyan edib ki, onun döyüşçüləri Rusiya ərazisinə reyd keçiriblər.

Korpusun dərc etdiyi videoda qollarında RKK nişanı olan hərbi geyimli şəxslər Bezlyudovka, Çuroviçi və Lyubimovka kəndlərinin adlarını göstərən yol lövhələrinin qarşısında şəkil çəkdirirlər.

Bezlyudovka Rusiyanın Belqorod, Çuroviçi isə Bryansk vilayətində yerləşir, amma həmsərhəd bölgədə, o cümlədən Bryansk və Kursk vilayətlərində bir neçə Lyubimovka kəndi var.

Ukrayna təsdiq edir

Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsinin nümayəndəsi Andrey Yusov deyib ki, RKK döyüşçüləri Belqorod vilayətində “təhlükəsiz zonanın” yaradılması üçün əməliyyat keçirirlər.

Bu, Kiyevin bu qəbildən olan ilk rəsmi məlumatıdır. Ukrayna rəsmiləri adətən Rusiya ərazisinin atəşə tutulması kimi xəbərləri şərh etmirlər.

Yusov vurğulayıb ki, sözü gedən əməliyyatda yalnız Rusiya vətəndaşları iştirak edirlər.

Ukrayna prezidenti ofisinin müşaviri Mixaylo Podolyak yazır ki, hadisələri “maraqla izləyirlər”, amma onlarla “birbaşa heç bir əlaqələri” yoxdur:

"Tanklar Rusiyanın istənilən “Voyentorq” mağazalarında satılır, gizli partizan dəstələri isə hər halda Rusiya vətəndaşlarından ibarətdir”.

Mayın 22-də Kremlin sözçüsü Dmitri Peskov deyib ki, insident barədə prezident Vladimir Putinə məlumat verilib.

Peskov bildirib ki, Belqorod vilayətinə reyd diqqəti “Baxmut istiqamətindən yayındırmaq” məqsədi gdür.

Rusiya Donetsk vilayətindəki Baxmutun tutulduğunu elan edib. Ukrayna şəhərin təslim olduğunu inkar edir.

Martın əvvəllərində RKK Bryansk vilayətinə edilmiş reydə görə məsuliyyəti öz üzərinə götürmüşdü.

XS
SM
MD
LG