Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:42

Ankara Ukraynaya S-400 verməkdən niyə imtina edib?


S-400 hava hücumundan müdafiə sistemi
S-400 hava hücumundan müdafiə sistemi

Ankara Rusiyadan alınmış S-400 hava hücumundan müdafiə sistemi komplekslərini Kiyevə verməkdən imtina edib.

Bu barədə məlumatı xarici işlər naziri Mevlüt Çavuşoğluya istinadla Anadolu agentliyi verib.

Bu sistemlərin Ukraynaya verilməsini Türkiyədən ABŞ xahiş etmişdi.

Çavuşoğlunun sözlərinə görə ABŞ-ın S-400-lərlə bağlı ricasını icra etmək ölkənin milli suverenliyinə ziyan vura bilərdi.

Nazir əlavə edib ki, Vaşinqton habelə S-400 komplekslərinin idarə olunmasının ABŞ-a verilməsini istəmişdi.

Vaşinqton sövdələşmə təklif edibmiş

Türkiyə Rusiyadan S-400 raket sisteminin alınması üçün 2.5 milyard dollarlıq sazişi 2017-ci ildə imzalamışdı.

2019-cu ildə S-400-lərin ilk batalyonu Türkiyəyə çatdırılıb.

ABŞ Türkiyənin Rusiyadan bu sistemləri almasına qarşı idi. Buna görə də ovaxtkı prezident Donald Tramp Türkiyəyə sanksiyalar qoyub və Ankara F-35 təkmil qırıcı təyyarə proqramından xaric edilib.

2022-ci ilin yazında Reuters mənbələrə istinadla yazırdı ki, Vaşinqton S-400 sistemlərinin Ukraynaya verilməsi müqabilində Ankaraya Türkiyə üzərindəki ABŞ sanksiyalarının qaldırılmasını təklif edib.

Bu da qeyd olunur ki, ABŞ əslində bütün müttəfiqlərindən Ukraynaya hava hücumundan müdafiə sistemlərinin verilməsini xahiş edir.

Çətin müttəfiq

Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçirilməlidir.

Seçkiqabağı rəy sorğuları indiki prezident Rəcəb Tayyib Ərdoğanın məğlub ola biləcəyini göstərir.

Ərdoğan indiyədək Rusiya və Ukrayna arasında vasitəçilik etməyə çalışıb.

Ötən ilin martında Rusiya və Ukrayna nümayəndə heyətlərinin sülh danışıqları məhz İstanbulda keçirilirdi.

Bu da qeyd olunur ki, Türkiyə Ukraynanın işğal olunmuş ərazilərində yetişdirilən kənd təsərrüfatı məhsullarını almaqda günahlandırılır.

Bundan başqa Ankaranı Moskvaya sanksiyalardan yayınmaqda kömək etməkdə ittiham edirlər.

XS
SM
MD
LG