Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:38

Çin səfiri: Pekinin Moskva ilə ‘hüdudsuz dostluğu’ yalnız ritorikadır


 Çinin Avropa İttifaqındakı səfiri Fu Tsun
Çinin Avropa İttifaqındakı səfiri Fu Tsun

Pekin Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləmir, Rusiyaya silah vermir, Krım və Donbas da daxil Moskvanın ilhaq cəhdlərini tanımır.

Bunu Çinin Avropa İttifaqındakı səfiri Fu Tsun The New York Times qəzetinə müsahibəsində deyib.

Diplomat bildirib ki, ötən ilin fevral ayında müdaxilədən az əvvəl prezident Vladimir Putinin Çinə səfərinin yekununda verilmiş bəyanat düzgün şərh olunmur.

Onun sözlərinə görə Rusiya və Çin arasında “hüdudsuz dostluğa” dair deyilənlər “yalnız ritorikadır”.

Fu deyib ki, Çinin Rusiyanın Ukraynaya müdaxiləsini pisləməməsinin səbəbi var.

Səfirin sözlərinə görə Rusiyanın NATO-ya qarşı verdiyi bəyanatları başa düşmək olar və “məsələnin həqiqi kökləri daha mürəkkəbdir”.

Kremlin reaksiyası

Kremlin sözçüsü Dmitri Peskov Çin diplomatının dediklərini şərh edərkən bildirib ki, Rusiya hakimiyyəti prezidentlər Putin və Si arasında bu ilin martında Moskvada keçirilmiş görüşün “məzmun və ruhundan” çıxış edir:

"Onların qarşılıqlı anlaşmasının tam mətni iki sənəddə, Rusiya-Çin danışıqlarının yekunlarına dair qəbul edilmiş və imzalanmış iki bəyanatda yer alıb. Bunlar çox məzmunlu sənədlərdir və məhz bu sənədlər birgə gündəlikdə olan məsələlərin tam spektrini əks etdirir”.

The New York Times yazır ki, Fu Tsun Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenlə onun Pekinə səfərinin ərəfəsində görüşüb.

Si niyə Zelenskiyə zəng etmir?

Diplomat deyib ki, Si Tsinpin hələ ki, Ukrayna prezidenti Volodimir Zelenskiyə zəng etməyib.

Onun sözlərinə görə Çin prezidenti bunun çox da mühüm məsələ olmadığını düşünür, çünki iki ölkənin nümayəndələri daha aşağı səviyyədə daimi kontaktdadırlar:

"Prezident Sinin Zelenski ilə danışmaması o demək deyildir ki, Çin Ukrayna məsələsində Rusiyanın tərəfindədir”.

Bundan əvvəl AP agentliyi yazmışdı ki, Volodimir Zelenski Sini rəsmən Kiyevə dəvət edib.

Çin diplomatı Ukrayna müharibəsinə görə Avropanın ABŞ-la həddən ziyadə yaxınlaşmasının Avropanın Çinlə münasibətlərini necə təsirləndirəcəyini sual edib:

"Aİ daim dünyada, ABŞ kimi müstəqil güc mərkəzi olduğunu iddia edir. Onda nəyə görə İttifaq daim ABŞ-ın sözünə baxır”.

XS
SM
MD
LG