Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:44

Sorğu: Ukraynalıların 93 faizi qələbəyə inanır. Necə qələbəyə?


Rəyi soruşulmuş ukraynalıların 93 faizi ölkələrinin Rusiya ilə müharibədə qalib gələcəyinə inanır.

Bunu Kiyevdəki Razumkov sosioloji mərkəzinin fevralın axırı və martın əvvəllərində Ukrayna regionlarında keçirdiyi “Müharibə, qələbə və təhlükəsizlik qarantiyaları haqqında ictimai rəy” adlı sorğunun nəticələri göstərib.

Sorğu nəticələrinə görə respondentlərin 79.5 faizi Ukraynanın qələbəsindən “tam əmindir”.

Daha 13 faiz buna ümumən əmin olduğunu deyib.

Sorğu zamanı o qədər də böyük regional fərqlər qeydə alınmayıb. Ölkənin şərq hissəsində qələbəyə inananların payı 83.5, qərb regionlarında isə 96 faizdir.

Qələbəyə inananların 96 faizi prezident Volodimir Zelenskiyə səs vermiş və 78 faizi ona səs verməmiş adamlardır.

Ukraynalılar “qələbə” deyərkən onu necə təsəvvür edirlər?

Qələbəyə inananların 47 faizi “qələbə” deyəndə ölkənin (2014-cü ilin əvvələrinə olan sərhədlərdə) bütün işğal olunmuş ərazilərinin azad olunmasını nəzərdə tutur.

Respondentlərin 31 faizi isə deyib ki, qələbə Rusiya ordusunun darmadağın edilməsi və Rusiyanın özünün parçalanması deməkdir.

Rəyi soruşulanların yalnız 5 faizi Rusiya qoşunlarının 23 fevral 2022-ci il tarixinə olan mövqelərə geri çəkilməsini qələbə hesab edir.

Daha 4 faiz respondent üçün qələbə 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilmiş Krımdan başqa bütün ərazilərin azad edilməsidir.

Respondentlərin yalnız 13 faizi Rusiya ilə "elə indi" keçiriləcək danışıqların sülh gətirəcəyinə inanır.

72 faiz bunun tam əksini düşünür.

Ötən sorğudan bu yana Rusiya ilə danışıqların nəticə verə biləcəyinə inananların sayı azalıb.

O vaxt danışıqlara tərəfdar olmayanlar 64 faiz təşkil edirdi.

XS
SM
MD
LG