Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:25

İşğalın ildönümündə döyüşlər səngimir


Ukrayna hərbçiləri Britaniyada "Challenger 2" tankları üzrə təlim keçir
Ukrayna hərbçiləri Britaniyada "Challenger 2" tankları üzrə təlim keçir

Ötən gün Ukrayna qüvvələri ölkənin şərqi Donetsk və Luhansk vilayətlərində Rusiyanın onlarla hücumunu dəf ediblər. Məlumatı Kiyev fevralın 23-də, Moskvanın tammiqyaslı işğalının birinci ildönümü ərəfəsində yayıb.

Rusiya Donetskdə Baxmut, Lıman, Avdiyevka, Şaxtarskı, eləcə də şimal-şərqi Xarkov vilayətində Kupyanskı artilleriya atəşinə tutub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, Donetskdə beş istiqamətdə Rusiya qüvvələrinin 90-dək hücumunun qarşısı alınıb.

Baxmut döyüşləri

Qarşı tərəfin raket, havadan zərbələri davam etdirdiyi, dinc şəhər, kənd və sakinlərin əziyyət çəkdiyi vurğulanır.

Rusiyanın iyuldan bəri tutmağa çalışdığı Donetskdəki Baxmut şəhəri döyüşlərin episentri olaraq qalır. Moskva ötən ay şəhəri ələ keçirmək üçün yeni hücuma başlayıb.

Ancaq hərbi təhlilçilər deyirlər ki, Baxmutun tutulması Rusiya üçün simvolik məna daşıyır, çünki bu şəhərin strateji əhəmiyyəti məhduddur.

Britaniya Müdafiə Nazirliyi də gündəlik bülletenində son iki gündə Baxmutda və ətrafında gərgin döyüşlərin getdiyini bildirib. Məlumata görə, Ukrayna qüvvələri Rusiyanın şəhəri mühasirəyə salmaq cəhdlərinə baxmayaraq, özlərinin təchizat xətlərini açıq saxlaya biliblər.

Vuhledar da atəşə tutulub

Britaniya kəşfiyyatı Rusiya qüvvələrinin Donetskdəki Vuhledar şəhərini də ağır atəşə məruz qoyduğunu bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 19-da deyirdi ki, Rusiya qüvvələri Vuhledar döyüşlərində “qeyri-adi dərəcədə əhəmiyyətli itkilər” veriblər.

Qonşu Luhansk vilayətinin qubernatoru Sergey Haydayın fevralın 22-də dediyinə görə, Rusiya qüvvələri bir gün öncə Kreminna şəhəri yaxınlığında Ukraynanın müdafiə xəttini müvəqqəti yarıblar, ancaq geri oturdulub, əhəmiyyətli sayda silah itkisən məruz qalıblar. Kreminna Baxmutdan 70 km şimalda yerləşir.

XS
SM
MD
LG