Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:28

Avropa Parlamentinin Laçın dəhlizi qətnaməsinə Bakıdan reaksiya


Qarabağ erməniləri internet, telefon və işığın kəsildiyini deyirlər
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

Qarabağ erməniləri internet, telefon və işığın kəsildiyini deyirlər

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi və Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin Azərbaycandan olan üzvləri bəyanat yayıb.

AZƏRTAC-da yayılan bəyanatda Avropa Parlamentinin yanvarın 19-da xüsusi prosedur qaydada qəbul etdiyi qətnamə “qeyri-obyektiv və ədalətsiz” sənəd kimi dəyərləndirilir.

Müəlliflərin fikrincə, qətnamə “yalan və saxta məlumatlar” əsasında hazirlanıb.

Bəyanatda habelə yazılıb ki, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət dairəsinə aid edilmiş ərazidə təbii sərvətlərin qanunsuz istismarı davam etdirilir.

Müəlliflərə görə, “bununla əlaqədar Azərbaycanın dövlət qurumları nümayəndələrinin monitorinq məqsədi ilə əraziyə girişinə maneçilik törədilməsi səbəbindən vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların Laçın-Xankəndi yolunda dinc etiraz aksiyası 1 aydan artıqdır davam edir”:

“Avropa Parlamentinin qətnaməsində iddia edilənlərin əksinə, Qarabağ ərazisində yaşayan 20 mindən artıq erməni milliyyətli vətəndaşın blokadaya alınmasından söhbət gedə bilməz. Laçın dəhlizi Rusiya sülhməramlılarının daşıdığı humanitar yüklər, “Qırmızı xaç” komitəsi nümayəndələrinin, eləcə də Qarabağda yaşayan ermənilərin, o cümlədən uşaqların və xəstələrin gediş-gəlişi üçün açıqdır”

Bəyanatda habelə Qarabağ ərazisində qazın kəsilməsi ilə bağlı fikirlərə də münasibət bildirilib:

“Qətnamədə guya Azərbaycanın Qarabağ ərazisinə təbii qaz tədarükünü pozması barədə iddialara gəlincə, bunlar əsassız olduğu qədər də gülüncdür.”

Qeyd edilir ki, “bu cür qətnamələr Azərbaycanla Avropa İttifaqı arasında dinamik inkişaf edən qarşılıqlı surətdə faydalı əməkdaşlıq münasibətlərinə də mənfi təsir göstərir.”

***

Bundan əvvəl xəbərlrədə deyilirdi ki, Avropa Parlamenti yanvarın 18-da Azərbaycanı Laçın dəhlizinin dərhal açılmasına və Qarabağı Ermənistanla birləşdirən yolun nəqliyyat, enerji və kommunikasiyalarını pozan hərəkətlərdən çəkinməyə çağıran qətnaməni qəbul edib.

Avropa deputatları bu qətnamədə habelə Rusiya sülhməramlılarının hərəkətsizliyini pisləyir, BMT və ATƏT-i faktların öyrənilməsi üçün Laçın dəhlizinə missiya göndərilməsinə çağırırlar.

Qətnamədə tərəflərə sülh danışıqlarının bərpa olunmasına çağırış edilir.

Azərbaycanı Laçın dəhlizini açmağa çağırırlar

Avropa Şurasının Nazirlər Komitəsinin Prezidenti, İslandiyanın Xarici işlər naziri Thordis Kolbrun Reykfyord Gylfadottir (Thórdís Kolbrún Reykfjörd Gylfadóttir) Laçın dəhlizini açmağa çağırır.

Yanvarın 19-da yaydığı bəyanatda Reykfyord Gilfadottir Laçın dəhlizinin bir aydır blokadada qalmasının Qarabağda yaşayan əhali üçün humanitar vəziyyəti getdikcə təhlükəli həddə çatdırmasından narahatlıq bildirib.

“Müvafiq hakim orqanları dəhlizdə hərəkət azadlığını tezliklə bərpa etməyə, vəziyyətin getdikcə ağırlaşmasının qarşısını almağa çağırıram. Tərəfləri narahatlıqlarını dialoq yoluyla həll etməyə, bu yöndə səylərə töhfə verməyə çağırıram”, – bəyanatda deyilir.

+++

Yanvarın 18-də axşam Avropa Parlamentinin plenar iclasında “Dağlıq Qarabağda blokadanın humanitar nəticələri” mövzusunda müzakirə keçirilib. AzadlıqRadiosunun erməni xidməti – Azatutyun müzakirənin insan haqları, demokratiya və hüququn aliliyinin pozulması hallarına həsr olunmuş dinləmələr çərçivəsində baş tutduğunu yazır.

Məlumatda deyilir ki, deputatların hazırladığı qətnamə layihəsi Azərbaycanı Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizini dərhal açmağa, Ermənistanla Qarabağ arasında nəqliyyat, energetika və kommunikasiya əlaqələrini pozmaqdan çəkinməyə çağırır. Sənəddə Rusiya sülhməramlı kontingentinin fəaliyyətsizliyi tənqid olunur, BMT və ATƏT-ə faktların təsbiti, tərəfləri Helsinki Yekun aktının prinsipləri əsasında sülh danışıqlarının bərpasına səsləmək üçün dəhlizə missiya göndərmək müraciəti edilir.

“Azatutyun” çıxış edən deputatların Azərbaycan tərəfinin “saxta ekoloji şüarlarla” yolu bağlamasını kəskin tənqid etdiyini yazır. Laçın dəhlizində təhlükəsizlik üçün məsuliyyət daşıyan Rusiya tərəfinin də fəaliyyətsizliyi qınanıb.

Lavrov: 'Sülhməramlıların Laçın dəhlizindən silah daşınmadığını yoxlamaq hüququ var'
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

“Etnik təmizləmə” ittihamı

Dekabrın 12-dən Laçın dəhlizində ekoloji tələblərlə aksiya keçirən azərbaycanlı fəallar Qarabağda filiz yataqlarının qanunsuz istismarına etiraz etdiklərini deyirlər. Rəsmi Bakı yolun humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Cənubi Qafqazla münasibətlər üzrə nümayəndə heyətinin başçısı Marina Kalyurand Bakını blokadanı dayandırmağa, 2020-ci il 9 noyabr üçtərəfli atəşkəs razılaşmasını yerinə yetirməyə çağırıb. O, 120 min ermənin blokadada qaldığını iddia edib.

Fransadan deputat Natali Luazo isə Azərbaycan Prezidenti İlham Əliyevin siyasətini “etnik təmizləmə” adlandırıb.

Prezident Əliyev indiyədək “etnik təmizləmə” iddialarını rədd edib, Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşı olduğunu deyib.

Səsvermə bu gündür

Bugünlərdə Azərbaycan nümayəndəsi ilə Qarabağ ermənilərinin görüşdüyü barədə xəbər yayılıb. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov məsələnin ən yaxın vaxtda tənzimlənəcəyinə ümid etdiyini söyləyib.

“Azatutyun” yazır ki, sözügedən qətnamə üzrə səsvermə bu günə – yanvarın 19-na planlaşdırılır, avropalı parlamentarilərin layihəni təsdiqləyəcəyi gözlənir.

Azərbaycan 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG