Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:27

Putinin işğalı Qərb universitetlərində nəyi dəyişir


Donetsk, Ukrayna
Donetsk, Ukrayna

Gələn il dünyanın hər yerindən 2 mindən çox slavyanşünas, Şərqi Avropa və Avrasiya üzrə mütəxəssis Filadelfiyada bu sahənin ən böyük illik konfransına toplaşacaq. Rusiyanın Ukraynaya qarşı aqressiyasının konfransda dominant müzakirə mövzusu olacağını öncədən görmək çətin deyil.

Ukraynada törədilən qətllər və dağıntı Qərbin hər yerində universitetlərdə Rusiyanın imperializm və müstəmləkəçilik tarixinə marağı artıraraq bu mövzunu akademik müzakirələrin mərkəzinə gətirib.

Müharibə alimləri, fakültə və universitet rəsmilərini Rusiyanı, keçmiş SSRİ-ni və regionu necə tədris edəcəkləri, hansı dərslik və mənbələrdən yararlanacaqları, kimi işə götürəcəkləri, məlumat üçün hansı arxivlərə üz tutacaqları və hətta kafedralarının adını nə qoyacaqlarını sorğulamağa vadar edib.

“Nələrsə dəyişməlidir”

Slavyanşünaslıq, Şərqi Avropa və Avrasiya Elmləri Assosiasiyası (ASEEES) “dekolonizasiya”nı 2023-cü ilin konfrans mövzusu elan edib.

"Bu müharibə həqiqətən dünyanı lərzəyə gətirən bir hadisədir və dünyanın bir hissəsi olan elm ictimaiyyəti də silkələnib. Mənə elə gəlir ki, artıq işləri əvvəlki kimi davam etdirmək qeyri-mümkündür. Nələrsə dəyişməlidir. Sual odur ki, hansı ölçülərdə və nə qədər dəyişməlidir”, – Toronto Universitetinin Avropa, Rusiya və Avrasiya elmləri mərkəzinin (CERES) direktoru Edvard Şatz (Edward Schatz) AzadlıqRadiosuna bildirib.

Şatz deyir ki, CERES-in professor və müəllim heyəti yanvarda kurrikulumu və mərkəzin adını dəyişib-dəyişməmək məsələsini iki günlük görüşdə müzakirə edəcəklər. Bəzi müəllimlər sual edirlər ki, niyə iki qitəni və Atlantik okeanından Sakit okeanadək geniş ərazini əhatələyən bir institutun adına yalnız bir ölkənin – Rusiyanın adı salınıb.

Rusiyalıların ən çox axışdığı ölkələrdən biri də Özbəkstandır
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Rusiya niyə mərkəzə çıxıb

Britaniyada isə Kəmbric Universiteti “Slavyanşünaslığı yenidən dərk etmə” ("Rethinking Slavonic Studies") silsilə mühazirələri keçirir. Şimali Amerikada alimlər “Şərqi Avropa və Avrasiya incəsənəti və maddi mədəniyyətinin dekolonizasiyası” mövzusunda esselər toplusu üzərində işləyirlər.

Bir çox alimlər Rusiya dövlətinin müstəmləkəyə çevirdiyi millətlər, regionlar və qruplar, o cümlədən Ukrayna, Qafqaz və Mərkəzi Asiyanın, habelə Rusiyanın özünün daxilindəki etnik icmaların hesabına elm sahəsində həddindən artıq diqqət qazandığını deyirlər. Sankt- Peterburq və Moskvanın baxışları isə dominantlıq edir.

Dekolonizasiya və ya “mərkəzsizləşdirmə” tərəfdarları Rusiya, sovet və Avrasiya ilə bağlı tarix, ədəbiyyat, mədəniyyət, siyasi elmlər və iqtisadiyyat kurrikulumlarına (proqramlarına) həmin millətlərin və regionların səslərinin daha çox əlavə edilməsinə çağırırlar.

Moskvamərkəzli yanaşma

Massaçusetsdə yerləşən Tufts Universitetinin siyasi elmlər professoru və Amerika Ukraynaşünaslıq Assosiasiyasının prezidenti Oksana Şevel (Oxana Shevel) deyir ki, regionun bir çox alimləri akademik sahənin Rusiya imperializmi və kolonializminin doğurduğu travmaya məhəl qoymadığını düşünür. Onlar hesab edirlər ki, burada moskvamərkəzli yanaşma dominantlıq edir. Bu baxışsa Rusiya və SSRİ-nin həmin xalqlara “müasirlik, təhsil və sənayeləşmə” gətirdiyini təlqin edir.

Ancaq bu fikirlə razılaşmayanlar da var. Əsas tədqiqat sahəsi Rusiya olan alimlərin bəziləri təklif edilən dəyişikliklərə müqavimət göstərirlər.

Bu dəyişikliyin potensial təsiri sadəcə mühazirələri yenidən yazmaq və yeni materialı kurrikuluma salmaq ehtiyacından ibarət olmayacaq. Bu dəyişiklik eyni zamanda indiki və gələcək tədqiqat layihələrinə təsir edə və keçmiş işlərə yenidən baxılmasına səbəb ola bilər.

Status kvonun sorğulanması

Dekolonizasiya “həmkarlarımın çoxu üçün o qədər də rahat müzakirə mövzusu deyil, ancaq yaranmış vəziyyəti nəzərə alanda düşünürəm ki, o qaçılmazdır”, – Kolumbiya Universitetinin Harriman adına Rusiya, Avrasiya və Şərqi Avropa Elmləri İnstitutunun direktoru Valentina İzmirlieva AzadlıqRadiosuna deyib.

Vaşinqtonda fəaliyyət göstərən Milli Müdafiə Universitetinin siyasi elmlər professoru və Orta Asiya üzrə ekspert Erika Marat qeyd edir ki, ukraynaşünasların elm sahəsindəki status kvonun sorğulanması ilə bağlı çağırışları Moskvanın idarə etdiyi digər regionları öyrənənləri də ilhamlandırıb.

"Ukraynadakı müharibə və ukraynalı alimlərin səslərini yüksəltməsi, əslində, yerdə qalan alimlər üçün də çoxlu imkanlar açır”, – Marat söyləyir.

Qərbin yanlış anladığı Ukrayna

Kanzas Universitetinin Ukraynada doğulmuş slavyan və Avrasiya dilləri və ədəbiyyatları professoru Vitali Çernetski deyir ki, bu sahənin mütəxəssisləri qeyri-rus regionlarını və xalqlarını təmsil edən ekspertlərin işlərini yetərincə ciddi qəbul etmirlər. Marat və digərləri də bu fikri paylaşırlar.

Çernetskinin sözlərinə görə, Ukrayna Qərbdə “yanlış mühakimə edilir və yanlış başa düşülür”; bu isə qismən Rusiyadan olan alimlərin müzakirədə dominant olduqları üçündür.

O deyir ki, bu sahənin mütəxəssislərinin çoxunun fevralda Rusiya hücum edən zaman Kiyevin dərhal təslim olacağını gözləməsinin bir səbəbi də Ukraynanın “bölünmüş” millət olması, milli kimlik hissinin zəifliyi ilə bağlı formalaşdırılan hekayətdir.

Rusiyada doğulmuş alimlər

Alimlər deyirlər ki, Avrasiya regionlarının Moskva mərkəzli baxış bucağından tədris olunmasının səbəbi bu sahəni formalaşdıran mütəxəssislər arasında Rusiyada doğulmuş alimlərin üstünlük təşkil etməsidir.

Kolumbiya Universitetinin Slavyanşünaslıq Departamentinin müdiri və öz dövrünün Ukrayna üzrə azsaylı ekspertlərindən biri olan Klərens Mənninq (Clarence Manning) hələ 1957-ci ildə dərc etdirdiyi elmi məqaləsində bu arqumenti ortaya qoymuşdu.

ABŞ elmində dominant düşüncəyə görə, "köhnə Rusiya imperiyası daxilindəki hər bir şəxs rusdur”, – o yazırdı. Mənninq daha sonra yazır ki, bu alimlər Rusiya və Sovet İttifaqını tək, vahid ölkə kimi qələmə veriblər. O hətta bunun “qarşıdan gələn dövrlərdə mənfi nəticələrə gətirəcəyini” də yazmışdı.

Məqalənin üstündən 65 il keçmiş mənfi nəticələr hələ də görülməkdədir.

Vasili Klyuçevskinin baxışları

Nyu Yorkda yerləşən Staten Island Kollecinin Rusiya tarixi professoru Süzan Smit-Piter (Susan Smith-Peter) deyir ki, imperiya dövrü alimi, müasir Rusiya tarixşünaslığının banisi Vasili Klyuçevskinin baxışları (Rusiyadan köçüb gələn alimlər tərəfindən) ABŞ-a köçürülüb.

Onun sözlərinə görə, 1911-ci ildə ölən Klyuçevski Ukraynanın Rusiyadan ayrı xalq və mədəniyyət kimi mövcudluğunu inkar edirdi.

Klyuçevskinin Moskvadakı tələbələrindən Mixail Karpoviç 1927-1957-ci illər arasında Harvard Universitetində rusiyaşünasların bir neçə nəslinə dərs deyib.

İmperiya dövrü tarixçilərinin mühacir alimlər tərəfindən ötürülən daha bir narrativi Rusiyanın Kiyev Rus dövlətinin birbaşa və yeganə varisi olması haqdadır. Bu fikir hələ də ABŞ-da geniş tədris edilir.

XS
SM
MD
LG